“Bakı”nın yarımmüdafiəçisi Elvin Məmmədovun Qol.Az saytına müsahibəsi
- Ölkə kubokunun 1/8 finalında “Sumqayıt” komandası üzərində 3:1 hesabıyla qalib gəldiniz. Bu görüşü necə dəyərləndirirsən?
- Biz Sumqayıtda, çempionatın oyununda ot örtüyünün bərbad olması üzündən məğlub olmuşduq. Ümumiyyətlə, bir çox iddialı klub məhz Sumqayıtın yararlı olmayan stadionunda xal itirib. Kubok oyununda “Sumqayıt”dan revanş almaq üçün əlimizə yaxşı fürsət düşmüşdü. Özünüz də gördünüz ki, oyun “Bakı”nın üstünlüyüylə keçdi. Asanlıqla qələbə qazandıq.
- Axır ki, bu oyunda neçə aydır qol vurmayan Verpakovskisin ayağı açıldı.
- Əgər Marius erkən qolu vurmasaydı, rəqib öz qapsına doğru qapanacaqdı. Onda bizim işimiz çətinləşəcəkdi. Düzdü, həmin oyunda qalib gələcəyimizə şübhəm yox idi. Ancaq ola bilər, bir top vurmaqla növbəti mərhələyə çıxacaqdıq. Verpakovskisə görə isə sevindim. Çünki yaxşı bir futbolçu olub. Onun komandamızda qol vura bilməməsi çox üzücü idi. Yəqin artıq özünə gəlməyə başlayıb.
- Bu həftənin bazar günü Premyer Liqanın 15-ci turunda səfərdən “Qəbələ”dən üç xalla dönə biləcəyinizə inamınız var?
- Hazırda Azərbaycan Premyer Liqasının ən yaxşı komandası “Qəbələ”dir. Çünki hazırda çox yaxşı formadadır. Həm səfərdə, həm də doğma meydanda qələbələr qazanırlar. Lakin hər şeyin bir sonu var. “Qəbələ” məğlubedilməz deyil. Niyə də, qələbəylə geri dönməyək? Bizə üç xal hava-su kimi çox vacibdir.
- Nəzər alaq ki, rəqibin hücum xətti ən güclülərdən hesab olunur. “Bakı”nın isə müdafiədə problemləri var. Bu amil sizi narahat etmir?
- Deməzdim ki, müdafiəmiz çox zəif təsir bağışlayır. Sadəcə, qarşılaşdığımız komandaların hücumçularının güclü olması müdafiəmiz üçün problemlər yaradıb. Lakin biz komanda şəklində yaxşı oynaya bilsək, müdafiəmiz işinin öhdəsindən gələ biləcək.
- Turnir cədvəlində hazırkı durumunuz yaxşı deyil. Belə olan halda komandanızın ilk “altiliğ”a düşəcəyi sual yaradır. Sən necə düşünürsən?
- Fikrinizlə razıyam. Lakin “Qəbələ” ilə oyundan çox şey asılı olacaq. Bu görüşdə maksimum xal götürə bilsək, şanslarımız xeyli yüksələcək. Ümumiyyətlə, ilk “altılığ”a düşə bilməməyimizi ağlıma belə gətirmirəm. Çünki “Bakı” hər zaman iddialılar sırasında olub. Hələ imkan var ki, istəyimizə çataq.
Əli HƏYATİ
Şamaxıda vurulan 6 qol - Video
"Qarabağ"ın prezidenti "Neftçi"yə təşəkkür etdi
"C Liqasına qayıdacağımıza inanıram” - Ayxan Abbasov
Benzemaya görə matçlara çıxa bilməyəcəklər
UEFA Millətlər Liqasının püşkü atıldı
"Atalanta"nın futbolçusu sıradan çıxdı
Millimizin rəqibləri bəlli oldu - Millətlər Liqası
"Qarabağ" – "Nyukasl" matçına nə qədər bilet satılıb?
"Neftçi" - "Qarabağ" oyunu təxirə salındı
“Zirə” millinin üzvünü heyətinə qatdı - Rəsmi
Məşhur məşqçi oyun zamanı huşunu itirdi
UEFA-dan avrokuboklara qatıla bilməyən klublara böyük dəstək
Balotelli yeni klubunda irqçi təhqirlərə məruz qaldı
1-ci liqada 14-cü turun ilk matçları baş tutdu
"Fənərbaxça"nın rəqibi 3-cü dəfə baş məşqçisini qovdu
Messiyə görə matç təxirə salındı
"Real"da ciddi itkilər var
Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı
"Sumqayıt" hücumçu transfer etdi
Millimiz Rusiya, Özbəkistan və Belarusla eyni turnirdə
Levandovski qərarını verdi
"Liverpul" üçün şok: O da zədələndi
Postekoqlu od püskürdü
Tomas Tuhel daha 2 il İngiltərə millisində - Rəsmi
"Turan Tovuz" Berdıyev üçün apellyasiya şikayəti edəcək
Şahruddinə görə 12 xalları silindi
AFFA rəhbərliyi UEFA-nın Konqresində