“Rəvan” klubunun baş məşqçisi Kemal Alispahiçin Qol.Az saytına müsahibəsi
- Dünən Premyer Liqanın 14-cü turunda komandanızın “Qəbələ”yə 1:3 hesabıyla uduzduğu oyun haqda fikirləriniz necədir?
- Rəqibimiz çox güclüdür. Xüsusən hücum xətləri daha təhlükəlidir. Lakin dünənki qarşılaşmanın hakimlərindən razı qalmadım. Çox gərgin keçən görüşü hakimlər bərbad hala saldı. Bu oyun hər iki komanda üçün çox vacib idi. Belə matçlarda istənilən bir səhv ilk “altılığ”a düşməyə mane ola bilər. Komandam qələbə qazanmaq üçün çox gözəl fürsəti əldən verdi. Xeyli sayda real qol imkanından yararlana bilmədik.
- Hakimlərdən söz düşmüşkən, qarşılaşmanın 12-ci dəqiqəsində yan xətt hakimi qapınıza vurulan zərbənin xətti keçdiyini bildirdi və gec də olsa qol qeydə alındı. Siz bu qərarla razısınız?
- Həmin epizodun görüntüləri imkan vermir ki, birmənalı fikir söyləyək. Söhbət ondan gedir ki, top qapıya ünvanlanan vaxt yan hakim tamamilə başqa mövqedə durmuşdu. Bu, düz mənim gözümün qarşısında idi. Bu mövqedən yan hakim topun xətti keçdiyini görə bilməzdi. Lakin bayrağını havaya qaldırıb qol olduğu qərarını verdi. Mən buna çox təəcübləndim.
Ümumiyyətlə, baş hakim bütün oyunda vacib qərarları “Qəbələ”nin xeyrinə verdi. Hakimlər qələbəni “Qəbələ”yə hədiyyə etdilər. Düzdü, rəqibimiz çox yaxşı və güclü komandadır. Lakin meydanda hakimin idarəçiliyi göz qabağında idi.
- Bəs, matçın 70-ci dəqiqəsində qapınıza təyin edilən penalti və yetirməniz Ekrem Hodziçin qırmızı vərəqə alaraq meydandan qovulması haqda nə söyləyə bilərsiniz?
- Bizim qələbə qazanmaq şansımız oyunun 44-cü dəqiqəsində rəqib futbolçunun meydandan qovulmasından sonra artdı. Buna görə də rəqib baş məşqçi ehtiyatlı olmağa başladı. Daha çox müdafiədən oynamağı üstün tuturdu. Hətta Torresin hesabı bərabərləşdirmək üçün əla şansı oldu. Lakin bundan yararlana bilmədi. Hodziçin hərəkəti başa düşüləndi. Əlindən gələni etdi ki, rəqib futbolçu topu qapıdan keçirməsin. Həmin penalti qərarında isə hakimə haqq verirəm.
- Hodziçin qırmızı vərəqə almasından sonra Amit Quluzadəni meydana buraxdınız. Ümumiyyətlə, bu futbolçu haqda nə düşünürsünüz?
- Amit yaxşı futbolçudur. Onun potensialını çox yüksək dəyərləndirirəm. Onu çox istəyirəm. Lakin mən Amitə demişəm ki, sən ən yaxşı oyunçumuz olsan belə, səni əsas heyətdə oynatmayacağam. Çünki mənə komandayla birgə oynayan, mənim istədiyim kimi çıxış edən futbolçu gərəkdir. Belə olsa, səni əsas heyətdə oynadacağam. Əks halda komandadan kənarda qalacaq. Dünən “Qəbələ” ilə oyunda da bir neçə səhvi oldu. Düzdü, topla çox super davranır. Ancaq meydanda daha çox hərəkət etməlidir.
- Bəlkə onu meydana gec-gec buraxdığınız üçün tam formasını toparlaya bilmir?
- Bunu mən etmirəm. Çünki mən məşqlər zamanı da futbolçuları diqqətlə izləyirəm. Demirəm ki, Amitin texniki və taktiki cəhətdən anlayışı yoxdur. Əksinə bu barədə hər şeyi yaxşı anlayır. Sadəcə, o öz bildiyi kimi oynamaq istəyir. Ancaq futbolu komandanın səndən istədiyi kimi oynamalısan. Amit hələ gəncdir. Düşünürəm ki, tezliklə mənim və komandanın ondan istədiyi futbolu nümayiş etdirəcək.
- Qış fasiləsi zamanı komandanızda nə kimi dəyişikliklər olacağı gözlənilir?
- Komandamızın hələ qarşıda bir neçə vacib qarşılaşması var. Mən indidən deyə bilmərəm ki, hansı mövqeyə və kimin yerinə futbolçu almaq haqda düşünürəm. Bu, futbolçularımda ruh düşkünlüyü yarada bilər. Əlbəttə, bu iş klub rəhbərliyi ilə müzakirə edildikdən sonra həyata keçiriləcək. Amma təbii ki, dəyişiklik gözlənilir.
Əli HƏYATİ
Messidən sonra Argentina millisi ilk oyunlarına hazırlaşır
Ronaldonun klubu ağır məğlubiyyətlə üzləşdi
AFFA-da yeni təyinatlar
Mahir oynadı, komandası uduzdu
Mundiala aparılmadı, millidən getmək qərarı verdi
Azarkeş “Barselona”nın futbolçusuna hücum etdi
Zidan Deşamın çağırmadığı futbolçulara şans verir
Derbidəki VAR qərarı hakimlərə baha başa gəldi
Keyndən “Qızıl top”la bağlı qərar
"Azarkeş amili “Kəpəz”in ən güclü tərəfidir"
İkardinin “Latsio”ya transferi təxirə düşdü
"Heç kimdən üzr istəməyəcəyəm"
Ronaldo “Əl-Nəsr”i almağa hazırlaşır?
Misli.az-da "Sürətlə Yeni Mövsümə" kampaniyası başladı!
“Bayer”dən Benzema açıqlaması
La Liqanı Premyer Liqa ilə müqayisə etdi
Simon Banza Yunanıstan klubuna keçdi
Puxaç: "Onların dəyəri yüz milyonlarla avrodur" - Video
"Araz-Naxçıvan" iki legioner futzalçı transfer etdi
Azərbaycan 1-ci liqasının nöqsanları
Çempionlar Liqasının finalları bu şəhərlərdə
"Trabzonspor" onunla danışıqlara başladı
UEFA Superkuboku Qazaxıstanda - Rəsmi
Qalmaqallı VAR qərarına görə hakimlər cəzalandırıldı
"Arsenal"dan Arteta qərarı
AFFA "Kəpəz"i cərimələdi
Rodri: "Çempionlar Liqasının favoriti deyilik"
"Fənərbaxça"nın uğursuz çıxışı tənqid olunur
“Əsas millimizdə oynamaq istəyirəm. Niyə də yox?” - Video
"Milan"dan ayrılan Bennaser Qətər klubuna keçdi
PSJ-də itki
Kivu: "Mükəmməl deyilik"
Azərbaycandan ayrıldı, aşağı liqa klubuna keçdi
"Sabahın ulduzları": "Zirə" və "Sabah"dan qələbə
Murad Musayev: "Qol vurmaq problemə çevrilib" - Video
8 həftə oynamayacaq
Vüsal İsgəndərlidən bu mövsümdə 4-cü qol
Koutinyonun yeni klubu açıqlandı
Cəlal oynadı, komandası 1 xal qazandı
“Roma”dan ardıcıl dördüncü qələbə - Video
Şeydayev oynadı, "Soçi" geridönüş etdi
“Fənərbaxça” səfərdə büdrədi
Rüfətin komandası uduzdu
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Mbappe sabiq klubuna təzminat ödəyəcək
"Fərqi yoxdur, "Mançester Yunayted"dir, ya da "Şəfa" - Video