Azərbaycan Premyer Liqasının 14-cü turunun “Simurq” – “İnter” oyunundan sonra qonaq komandanın Zaqatala təmsilçisinə bilərəkdən uduzması barədə söhbətlər dolaşmağa başlaylb. Qol.Az saytının müxbiri bununla əlaqədar “Simurq”un icraçı drektoru Vaqif Əliyevdəm müsahibə alıb
- “Simurq” - “İnter” qarşılaşmasından sonra yayılan söhbətlərə münasibətinizi öyrənmək istərdik.
- Futbolda üç nəticə olur: ya udursan, ya uduzursan, ya da heç-heçə edirsən. Əgər dördüncü variant varsa, desinlər, biz də bilək. Bəlkə də bu söhbətləri yayanların məqsədi odur ki, “Simurq” çempionatdan çıxsın. Və bu söz-söhbət qurtarsın. Bəziləri deyir ki, “İnter”dən Levin, Abdullayev Zaqatalaya niyə gəlməyiblər. Onların sarı vərəqəsi var deyə gəlməyiblər də. Bundan bizə nə? Axı nə vaxtsa “Simurq” “İnter”i udmalı idi, ya yox. İstəyirsiniz, bütün futbolçularımızın telefon nömrələrini sizə verim, danışın. Əgər onlardan biri desə ki, “Simurq” rəhbərliyi “İnter”ə oyun verməklə bağlı bizə nəsə tapşırıb, dərhal istefa verərəm.
- Yeri gəlmişkən, futbolçularınız bu söhbətlər haqda nə düşünür?
- Bu şayiələr onların motivasiyasını aşağı salır. Futbolçularımız da elə düşünə bilər ki, yəqin bu, rəhbərlik səviyyəsində həll olunmuş məsələdir.
Bilirsiniz yerli futbolçular meydanda can qoyurlar ki, milli komandanın heyətinə çağırılsınlar, qələbələr qazanaraq yaxşı mükafat alsınlar. İlkin Qırtımov istəməzmi milli komandada oynasın? Qərib ibrahimov istəməzmi milli komandaya çağırılsın? Əgər bu futbolçular oyun alqı-satqısıyla məşğul olacaqlarsa, necə irəliləyişə nail ola bilərlər?
- Hələ oyundan öncə belə məlumatlar yayıldı ki, “İnter” özünü “kiçik qardaş” bildiyi “Simurq”un ilk “altılığa” düşməsi üçün ona xal verəcək.
- Bəziləri deyir ki, “İnter” “Simurq”un ilk “altılıq”da olmasını ona görə istəyir ki, final mərhələsi zamanı ona altı xal versin. Hazırda “Simurq”un hesabında altı qələbə var. Məgər bu qələbələrin beşini bizə “İnter” bağışlayıb? Biz bu matçları əziyyətimizlə udmuşuq. Əgər yadınızdadırsa, 2009-2010 –cu il mövsümdə ilk “altılığ”a düşmək üçün bizə cəmi bir xal lazım idi. Həmin gün “İnter”lə qarşılaşdıq və 1:2 hesabıyla məğlub olduq. Onda verərdilər də bizə o bir xalı. Bəs niyə vermədilər?! Bu şayiələrə inanmayın. Heç belə bir şeyə yerli futbolçularımız razı olmazdılar. Çünki həmin futbolçuların çoxusu Zaqatalada yaşayanlardılar. Belə olsa, onlar yerli camaatın üzünə baxa bilməzdilər.
- Bəs sizcə, bu söz-söhbətlər nə vaxta qədər davam edəcək? Çünki hər dəfə bu komandaların qarşılaşmasında belə söhbətlər ortaya çıxır.
- Bir daha deyirəm, yəqin istəyirlər ki, “Simurq” çempionatı tərk etsin. Ümumiyyətlə, bizim Beynalxalq Bankın sponsorluğuna heç bir aidiyyatımız yoxdur. Mənə sual verirlər ki, “İnter” tərəfindən “Simurq”a nə qədər mükafat veriləcək? Bunlar hamısı boş söhbətlərdir. “İnter” mükafat verəndirsə, öz futbolçularına versin də, bizə niyə mükafat verir? Yeri gələndə bizdə hər oyuna görə mükafat verilmir. “Simurq”da fərqli sistemdir. Əvvəlcədən qrafik təyin edərək, futbolçuları tanış edirik. Bir şey unutmasınlar ki, hamı çempion olmaq üçün oynayır.
Əli HƏYATİ
Messidən sonra Argentina millisi ilk oyunlarına hazırlaşır
Ronaldonun klubu ağır məğlubiyyətlə üzləşdi
AFFA-da yeni təyinatlar
Mahir oynadı, komandası uduzdu
Mundiala aparılmadı, millidən getmək qərarı verdi
Azarkeş “Barselona”nın futbolçusuna hücum etdi
Zidan Deşamın çağırmadığı futbolçulara şans verir
Derbidəki VAR qərarı hakimlərə baha başa gəldi
Keyndən “Qızıl top”la bağlı qərar
"Azarkeş amili “Kəpəz”in ən güclü tərəfidir"
İkardinin “Latsio”ya transferi təxirə düşdü
"Heç kimdən üzr istəməyəcəyəm"
Ronaldo “Əl-Nəsr”i almağa hazırlaşır?
Misli.az-da "Sürətlə Yeni Mövsümə" kampaniyası başladı!
“Bayer”dən Benzema açıqlaması
La Liqanı Premyer Liqa ilə müqayisə etdi
Simon Banza Yunanıstan klubuna keçdi
Puxaç: "Onların dəyəri yüz milyonlarla avrodur" - Video
"Araz-Naxçıvan" iki legioner futzalçı transfer etdi
Azərbaycan 1-ci liqasının nöqsanları
Çempionlar Liqasının finalları bu şəhərlərdə
"Trabzonspor" onunla danışıqlara başladı
UEFA Superkuboku Qazaxıstanda - Rəsmi
Qalmaqallı VAR qərarına görə hakimlər cəzalandırıldı
"Arsenal"dan Arteta qərarı
AFFA "Kəpəz"i cərimələdi
Rodri: "Çempionlar Liqasının favoriti deyilik"
"Fənərbaxça"nın uğursuz çıxışı tənqid olunur
“Əsas millimizdə oynamaq istəyirəm. Niyə də yox?” - Video
"Milan"dan ayrılan Bennaser Qətər klubuna keçdi
PSJ-də itki
Kivu: "Mükəmməl deyilik"
Azərbaycandan ayrıldı, aşağı liqa klubuna keçdi
"Sabahın ulduzları": "Zirə" və "Sabah"dan qələbə
Murad Musayev: "Qol vurmaq problemə çevrilib" - Video
8 həftə oynamayacaq
Vüsal İsgəndərlidən bu mövsümdə 4-cü qol
Koutinyonun yeni klubu açıqlandı
Cəlal oynadı, komandası 1 xal qazandı
“Roma”dan ardıcıl dördüncü qələbə - Video
Şeydayev oynadı, "Soçi" geridönüş etdi
“Fənərbaxça” səfərdə büdrədi
Rüfətin komandası uduzdu
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Mbappe sabiq klubuna təzminat ödəyəcək
"Fərqi yoxdur, "Mançester Yunayted"dir, ya da "Şəfa" - Video