“Qəbələ” klubunun kapitanı Rəşad Abdullayevin Qol.Az saytına müsahibəsi
- Premyer Liqanın 14-cü turunda səfərdə “Rəvan”la qarşılaşdınız və 3:1 hesablı qələbə qazandınız. Matç barədə fikirlərin necədir?
- Bu oyuna çox yaxşı köklənmişdik. Fikrimiz Bakıdan qələbəylə dönmək idi. İlk dövrədə “Rəvan” bizi məğlub etmişdi. Bu görüşdə revanş almalıydıq. Həmçinin qələbələrimizin ardıcılığını davam etdirmək istəyirdik. Şükürlər olsun ki, bunu bacardıq. Matç istədiyimiz kimi başladı və tez bir zamanda hesabı açdıq. Düzdü, bir az sonra komandamız qapısında qol gördü. Bundan sonra oyunda gərginlik artdı.
- İlk qolunuz mübahisə yaratdı, “Rəvan”ın etirazına səbəb oldu. Həmin epizoda yaxın idin. Top qapı xəttini keçmişdi?
- O epizoda ən yaxın futbolçu mən idim. Zərbə anında topun qapı xəttini necə keçdiyini gördüm. Ona görə də rəqib müdafiəçi topu qapının içindən çıxaranda irəli qaçmadım. Lakin baş hakim meydanın mərkəzini göstərmədi. Sonra gördüm ki, yan hakim meydanın mərkəzinə tərəf qaçaraq qol olmasına işarə etdi. Mən isə bu olayı baş hakimin nəzərinə çatdırdım. Bundan sonra qol qeydə alındı. Mən tribunada oturanda da hər kəs topun qapı xəttinin keçdiyini söyləyirdi. Videoyazını izləyəndə də buna əmin oldum.
- Amma hesabı açdıqdan 11 dəqiqə sonra qapınızda cavab topu gördünüz. Deyəsən, sizdə bir az arxayınçılıq yaranmışdı.
- Xeyr, arxayınçılıqdan söz gedə bilməz. Bu, onların pressinq etməsi, hücumda çoxluq yaratmasıyla əlaqəli oldu. Çünki çox gərgin bir oyun idi. Sadəcə, həmin anda top onların futbolçusunun önünə düşdü. Bu futbolçuda fürsəti boşa vermədi.
- Komandanın ikinci qolunu 27-ci dəqiqədə cərimə zərbəsindən sən vurdun. Məsafə kifayət qədər uzaq idi.
- “Qəbələ”yə gəldikdən sonra azarkeşlər də mənim cərimə zərbələrimi görmək istədiklərini bildirmişdilər. Əslində düz deyirsiniz ki, bu dəfə məsafə mənim üçün çox olmuşdu. Hardasa 35 metrə yaxın idi. Mənim cərimə zərbələrindən qol vurduğum məsafələr 25-28 metr aralığında olurdu. Ancaq topa yaxınlaşanda hiss etdim ki, qol vuracağam. Çünki qapını bu mövqedən yaxşı görürdüm. Düzdü, zərbə zamanı top rəqib futbolçuya toxundu. Bu da qol olmağa kömək etdi.
- 44-cü dəqiqədə qırmızı vərəqə aldın. Sən hakimi bu qərarıyla razısanmı?
- Mən rəqibin ayağına deyil, sürüşmə fəndiylə topa oynamışdım. Hətta ayağım da topa dəydi. Sadəcə, həmin anda topla bərabər ayağa da toxunuş oldu. Ancaq bunu bilərəkdən etmədim. Mən gözləyirdim ki, hakim sarı vərəqə göstərsin. Qırmızı vərəqə alacağım heç ağlımdan da keçmirdi. Baş hakim heç bir vərəqə göstərmək fikrində deyildi. Yan hakim ona nə dedisə, qırmızı vərəqə göstərdi. Bu qərar mənim üçün müəmmalı qalır. Mən “Qəbələ”yə gəldikdən sonra hesabımda heç bir sarı vərəqəm yox idi. Çalışıram ki, hisslərimi cilovlayım. Ümumiyyətlə, mən intizamlı oynayan futbolçuyam. Heç bir zaman hakimlərlə mübahisəyə girməmişəm. Bu yaxınlarda Qəbələdə komandanın toplanışı zamanı hakimlərlə görüşümüz olmuşdu. Orda da vurğuladılar ki, Rəşadın davranışı xoşumuza gəlir. Lakin artıq olan olub. Hakimlərin qərarına hər zaman hörmətlə yanaşmışam.
- Qırmızı vərəqə aldıqdan sonra nə hisslər keçirdin. Məğlub ola biləcəyinizi düşündün?
- Komandanın fiziki durumu və taktiki gedişi göstərdi ki, “Qəbələ” on nəfərlə də qalib gələ bilər. Bəli, hardasa narahat olmuşdum. Çünki komanda belə vəziyyətdə heç-heçə və məğlub da ola bilərdi. Sağ olsun uşaqlar ki, ikinci yarıda əsl döyüşkənlik nümayiş etdirdilər.
Əli HƏYATİ
Messidən sonra Argentina millisi ilk oyunlarına hazırlaşır
Ronaldonun klubu ağır məğlubiyyətlə üzləşdi
AFFA-da yeni təyinatlar
Mahir oynadı, komandası uduzdu
Mundiala aparılmadı, millidən getmək qərarı verdi
Azarkeş “Barselona”nın futbolçusuna hücum etdi
Zidan Deşamın çağırmadığı futbolçulara şans verir
Derbidəki VAR qərarı hakimlərə baha başa gəldi
Keyndən “Qızıl top”la bağlı qərar
"Azarkeş amili “Kəpəz”in ən güclü tərəfidir"
İkardinin “Latsio”ya transferi təxirə düşdü
"Heç kimdən üzr istəməyəcəyəm"
Ronaldo “Əl-Nəsr”i almağa hazırlaşır?
Misli.az-da "Sürətlə Yeni Mövsümə" kampaniyası başladı!
“Bayer”dən Benzema açıqlaması
La Liqanı Premyer Liqa ilə müqayisə etdi
Simon Banza Yunanıstan klubuna keçdi
Puxaç: "Onların dəyəri yüz milyonlarla avrodur" - Video
"Araz-Naxçıvan" iki legioner futzalçı transfer etdi
Azərbaycan 1-ci liqasının nöqsanları
Çempionlar Liqasının finalları bu şəhərlərdə
"Trabzonspor" onunla danışıqlara başladı
UEFA Superkuboku Qazaxıstanda - Rəsmi
Qalmaqallı VAR qərarına görə hakimlər cəzalandırıldı
"Arsenal"dan Arteta qərarı
AFFA "Kəpəz"i cərimələdi
Rodri: "Çempionlar Liqasının favoriti deyilik"
"Fənərbaxça"nın uğursuz çıxışı tənqid olunur
“Əsas millimizdə oynamaq istəyirəm. Niyə də yox?” - Video
"Milan"dan ayrılan Bennaser Qətər klubuna keçdi
PSJ-də itki
Kivu: "Mükəmməl deyilik"
Azərbaycandan ayrıldı, aşağı liqa klubuna keçdi
"Sabahın ulduzları": "Zirə" və "Sabah"dan qələbə
Murad Musayev: "Qol vurmaq problemə çevrilib" - Video
8 həftə oynamayacaq
Vüsal İsgəndərlidən bu mövsümdə 4-cü qol
Koutinyonun yeni klubu açıqlandı
Cəlal oynadı, komandası 1 xal qazandı
“Roma”dan ardıcıl dördüncü qələbə - Video
Şeydayev oynadı, "Soçi" geridönüş etdi
“Fənərbaxça” səfərdə büdrədi
Rüfətin komandası uduzdu
Azərbaycan klublarının yay transferləri - Yenilənir