“Bakı” klubunun icraçı direktoru Yaşar Seyidovun Qol.Az saytına müsahibəsi
- Yaşar müəllim, komandanız ev oyunlarını klubunuzun təlim məşq bazasında keçirir. Bundan sonra əvvə Tofiq Bəhramov adına stadiondan istifadə etməyiniz nəzərdə tutulub, yoxsa?
- “Bakı”nın dörd min nəfərlik azarkeş tutumuna malik stadionu tikilib. Bundan sonra bütün ev oyunlarını məhz həmin stadionda keçirəcəyik. Həm də UEFA-nın lisenziyalaşdırma qaydalarına əsasən, hər bir komandanın öz stadionu olmalıdır. Bizim isə belə stadionumuz var.
- Bir müddət əvvəl klub tərəfində futbolçularınızın mətbuata müsahibə verməsinə qadağa qoyulub. Bunun səbəbi nədir?
- Bizim futbolçularla rəsmi müqaviləmizə görə, komandanın bütün üzvləri mətbutla əlaqəni yalnız klubun mətbuat xidməti vasitəsi ilə qura bilər. Bu, bütün inkişaf etmiş dünya klublarında da belədir.
- Axı, səbəb nə oldu ki, birdən-birə belə qərar verdiniz? İndiyə kimi belə bir hal müşahidə olunmamışdı. İbrahim Karqbonun qalmaqallı müsahibəsindən sonra isə klubunuz belə addım atdı.
- Bu futbolçu ilə bağlı heç bir problem olmayıb. Sadəcə nizam-intizam qaydalarına əsasən belə qərar verilib.
- Bəs, bu qadağa nə zaman aradan götürüləcək?
- Məndən olsa, bu qadağa götürülməsə yaxşıdır. Məncə, bütün jurnalistlərlə ünsiyyət klubun mətbuat xidməti vasitəsi ilə həyata keçirilməlidir.
- Çempionatda yaranacaq qış fasiləsi zamanı “Bakı” təlim-məşq toplanışı üçün hansı məkanı seçəcək?
- Bu barədə hələ dəqiq məlumat verə bilmərəm.
- Yəqin ki, ənənəvi olaraq, Türkiyənin Antalya şəhərini seçəcəksiniz.
- Hava şəraiti və komanda üçün daha yaxşı uyğun şərait olmasını nəzərə alsaq, Antalya variantı real görünür.
- “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev dünən “Partizan”la oyundan sonra keçirilən mətbuat konfransında bildirib ki, əgər onun yerinə komandada “Bakı”nın sabiq baş məşqçisi Coko Haciyevski olsaydı, indi bütün media bu mütəxəssisi alqışlayırdı. Hər iki şəxlə çalışmış klub rəsmisi olaraq, deyə bilərsinizmi, bu məşqçilər arasında nə problem olub?
- Böyükağa müəllim nə deyibsə, öz işidir. Onun dedikləri ilə tanış deyiləm. Məşqçilər arasında problem olubsa belə, bundan xəbərim yoxdur. Yaxşı olardı ki, bunu Böyükağa Hacıyevdən soruşardınız.
- “Bakı”nın hazırkı durumu haqda nə deyə bilərsiniz?
- Turnir cədvəlinin ilk pilləsində qərarlaşan komandayla “Bakı” klubu arasında on xal fərq var. Ancaq komandaların yenidən qarşılaşacağını nəzərə alsaq, hələ heç nə itirilməyib. Hər şey qabaqdadır. Ona görə də, gələcək oyunlara daha yaxşı və ciddi hazırlaşmalıyıq.
Əli HƏYATİ
Messidən sonra Argentina millisi ilk oyunlarına hazırlaşır
Ronaldonun klubu ağır məğlubiyyətlə üzləşdi
AFFA-da yeni təyinatlar
Mahir oynadı, komandası uduzdu
Mundiala aparılmadı, millidən getmək qərarı verdi
Azarkeş “Barselona”nın futbolçusuna hücum etdi
Zidan Deşamın çağırmadığı futbolçulara şans verir
Derbidəki VAR qərarı hakimlərə baha başa gəldi
Keyndən “Qızıl top”la bağlı qərar
"Azarkeş amili “Kəpəz”in ən güclü tərəfidir"
İkardinin “Latsio”ya transferi təxirə düşdü
"Heç kimdən üzr istəməyəcəyəm"
Ronaldo “Əl-Nəsr”i almağa hazırlaşır?
Misli.az-da "Sürətlə Yeni Mövsümə" kampaniyası başladı!
“Bayer”dən Benzema açıqlaması
La Liqanı Premyer Liqa ilə müqayisə etdi
Simon Banza Yunanıstan klubuna keçdi
Puxaç: "Onların dəyəri yüz milyonlarla avrodur" - Video
"Araz-Naxçıvan" iki legioner futzalçı transfer etdi
Azərbaycan 1-ci liqasının nöqsanları
Çempionlar Liqasının finalları bu şəhərlərdə
"Trabzonspor" onunla danışıqlara başladı
UEFA Superkuboku Qazaxıstanda - Rəsmi
Qalmaqallı VAR qərarına görə hakimlər cəzalandırıldı
"Arsenal"dan Arteta qərarı
AFFA "Kəpəz"i cərimələdi
Rodri: "Çempionlar Liqasının favoriti deyilik"
"Fənərbaxça"nın uğursuz çıxışı tənqid olunur
“Əsas millimizdə oynamaq istəyirəm. Niyə də yox?” - Video
"Milan"dan ayrılan Bennaser Qətər klubuna keçdi
PSJ-də itki
Kivu: "Mükəmməl deyilik"
Azərbaycandan ayrıldı, aşağı liqa klubuna keçdi
"Sabahın ulduzları": "Zirə" və "Sabah"dan qələbə
Murad Musayev: "Qol vurmaq problemə çevrilib" - Video
8 həftə oynamayacaq
Vüsal İsgəndərlidən bu mövsümdə 4-cü qol
Koutinyonun yeni klubu açıqlandı
Cəlal oynadı, komandası 1 xal qazandı
“Roma”dan ardıcıl dördüncü qələbə - Video
Şeydayev oynadı, "Soçi" geridönüş etdi
“Fənərbaxça” səfərdə büdrədi
Rüfətin komandası uduzdu
Azərbaycan klublarının yay transferləri - Yenilənir