“Qəbələ” klubunun baş məşqçisi Ramiz Məmmədov Qol.Az saytına müsahibəsində “Neftçi”nin Avroliqadakı çıxışı, eləcə də Premyer Liqada “Rəvan”la keçirəcəkləri oyun haqda danışıb
- Avroliqanın “Neftçi” - “Partizan” qarşılaşmasında qeydə alınan nəticə ədalətli idi?
- “Neftçi”nin oyunu çox xoşuma gəldi. Xeyli real qol imkanı əldə etdilər. Əgər Cavid İmamverdiyev ikinci topu qapıdan keçirsəydi, “Neftçi” qalib gələcəkdi. Lakin ikinci yarıda təmsilçimizin oyun nizam-intizamı bir az pozulmuşdu. Ancaq ümumilikdə bu nəticəni qənaətbəxş hesab edirəm.
- Sizcə, “Neftçi”nin qələbə qazanması üçün nə çatmadı?
- Onların fiziki qüvvəsi yetərli olmadı. Həmçinin hardasa oyun nizam-intizamının pozulması qalib gəlmələrinə təsir etdi. “Partizan” fiziki cəhətdən “Neftçi”dən üstün idi.
- İndi keçək bazar günü “Rəvan”la keçirəcəyiniz oyuna. Rəqib haqda fikirləriniz necədir?
- “Rəvan”ın AZAL-la son oyununun videoyazısını izlədik. Həqiqətən də yaxşı, komplektləşmiş klubdur. Biz bu komandaya ilk dövrədə evdə 1:3 hesabıyla məğlub olmuşuq. Buna görə də səfərə üç xal arxasınca gedirik.
- Bu qarşılaşmanın revanş matçı adlandırmaq olarmı?
- Mən belə deməzdim. Sadəcə, məqsədimiz maksimum xal qazanmaqdır. Bizim üçün ən əsası qələbədir.
- Rəqibinizi analiz etdiyini söyləyirsiniz. Yəqin “Rəvan”ın zəif nöqtələrini müəyyən etdimisiniz.
- Hazırda məşqçilərlə bu işin üzərində çalışırıq. Bir də ki, elə bir komanda yoxdur ki, onun zəiq nöqtəsi olmasın. Biz də hazırda bunu müəyyənləşdiririk.
- “Rəvan”In hansı mövqelərindən ehtiyat edirsiniz?
- Hücum xətləri çox təhlükəlidir. Eyni zamanda yarımmüdafiəçiləri də çox fəaldır. Həmin mövqedə bizə yaxşı tanış olan Tores də çıxış edir. Bu futbolçu bir zamanlar mənim rəhbərliyim altında “Qəbələ”də oynayıb. Eyni zamanda Nuran Qurbanov da çox gözəl təsir bağışlayır. Hücumçuları Vidakoviç, Juan Manuel Varelanı da qeyd edə bilərəm.
- Oyun öncəsi komandanızda problemlər varmı?
- Zədəylə bağlı heç bir problemimiz yoxdur. Əksinə cəzalı olan Çertaqanov artıq sıralarımıza qayıdıb. Zədə üzündən bir neçə tur oynamayan Rövşən Əmiraslanov da artıq dörd gündür ki, komandayla birgə məşqlər edir. Yəni tam heyətlə bu matça hazırlaşırıq. Çalışacağıq ki. bu oyundan maksimum xal götürək.
Əli HƏYATİ
Messidən sonra Argentina millisi ilk oyunlarına hazırlaşır
Ronaldonun klubu ağır məğlubiyyətlə üzləşdi
AFFA-da yeni təyinatlar
Mahir oynadı, komandası uduzdu
Mundiala aparılmadı, millidən getmək qərarı verdi
Azarkeş “Barselona”nın futbolçusuna hücum etdi
Zidan Deşamın çağırmadığı futbolçulara şans verir
Derbidəki VAR qərarı hakimlərə baha başa gəldi
Keyndən “Qızıl top”la bağlı qərar
"Azarkeş amili “Kəpəz”in ən güclü tərəfidir"
İkardinin “Latsio”ya transferi təxirə düşdü
"Heç kimdən üzr istəməyəcəyəm"
Ronaldo “Əl-Nəsr”i almağa hazırlaşır?
Misli.az-da "Sürətlə Yeni Mövsümə" kampaniyası başladı!
“Bayer”dən Benzema açıqlaması
La Liqanı Premyer Liqa ilə müqayisə etdi
Simon Banza Yunanıstan klubuna keçdi
Puxaç: "Onların dəyəri yüz milyonlarla avrodur" - Video
"Araz-Naxçıvan" iki legioner futzalçı transfer etdi
Azərbaycan 1-ci liqasının nöqsanları
Çempionlar Liqasının finalları bu şəhərlərdə
"Trabzonspor" onunla danışıqlara başladı
UEFA Superkuboku Qazaxıstanda - Rəsmi
Qalmaqallı VAR qərarına görə hakimlər cəzalandırıldı
"Arsenal"dan Arteta qərarı
AFFA "Kəpəz"i cərimələdi
Rodri: "Çempionlar Liqasının favoriti deyilik"
"Fənərbaxça"nın uğursuz çıxışı tənqid olunur
“Əsas millimizdə oynamaq istəyirəm. Niyə də yox?” - Video
"Milan"dan ayrılan Bennaser Qətər klubuna keçdi
PSJ-də itki
Kivu: "Mükəmməl deyilik"
Azərbaycandan ayrıldı, aşağı liqa klubuna keçdi
"Sabahın ulduzları": "Zirə" və "Sabah"dan qələbə
Murad Musayev: "Qol vurmaq problemə çevrilib" - Video
8 həftə oynamayacaq
Vüsal İsgəndərlidən bu mövsümdə 4-cü qol
Koutinyonun yeni klubu açıqlandı
Cəlal oynadı, komandası 1 xal qazandı
“Roma”dan ardıcıl dördüncü qələbə - Video
Şeydayev oynadı, "Soçi" geridönüş etdi
“Fənərbaxça” səfərdə büdrədi
Rüfətin komandası uduzdu
Azərbaycan klublarının yay transferləri - Yenilənir