U-19 milli komandanın baş məşqçisi Arif Əsədov sabah keçiriləcək Avropa Liqasının “Neftçi” – “Partizan” oyunu ilə bağlı Qol.Az saytının suallarını cavablandırıb
- “Partizan”la görüşdə “Neftçi”dən hansı nəticəni gözləməyə dəyər?
- “Neftçi” evdə oynadığı üçün əlindən gələni etməyə çalışacaq ki, qələbə qazansın. Bu, həm klubun özünün, həm də Azərbaycan futbolunun reytinqini qaldırmaq üçün də çox vacibdir. Nəzərə alsaq ki, komandamızın səfərdə “İnter”lə oyunda xal qazanmaq şansı o qədər də yüksək deyil, nə bacarırlarsa, sabahkı oyunda etməyə çalışacaqlar. Bu, komandamız üçün əla fürsətdir.
- Sizcə, “Neftçi”nin qələbə qazanmaq şansı nə qədər realdır? Çoxları “Rubin”lə oyunda da komandamızın qalib gələcəyini düşünürdü. Amma bunun əksi oldu.
- Serbiyadakı görüşdə “Neftçi” pis təsir bağışlamadı. Nəticə göstərdi ki, “Partizan”la oynamaq olar. Əgər rəqib meydanından xal gətiriblərsə, niyə Bakıda onları məğlub etməsinlər? Doğma meydanda, yerli azarkeşlər qarşısında üstünlük “Neftçi”nin tərəfindədir.
- “Neftçi” rəqibi hansı göstəricilərdə üstələyə bilər?
- Həm “Neftçi”, həm də “Partizan”ın növbəti mərhələyə çıxmaq şansı artıq yoxdur. Bu oyun qrup üçüncülüyü üçün olacaq. Fikrimcə, “Neftçi” nəticə üçün daha istəklidir. Bu isə futbolda böyük amil hesab edilir. Məncə, “Neftçi” bu baxımdan rəqibini üstələyə bilər.
- “Neftçi” “Partizan”ın hansı mövqelərindən ehtiyat etməlidir?
- Çox güman ki, rəqib komanda oyununu əks-hücumda quracaq. Ona görə də təmsilçimiz bir qədər diqqətli olmalıdr. Bilirik ki, “Neftçi” evdə hücum futboluna üstünlük verir. Məhz bu üzdən müəyyən mövqelərdə boşluqlar yaranacaq. Rəqibin isə daha çox cinahlardan təhlükəli olduğunu söyləmək olar. Bu mövqeləri “Neftçi” daha çox diqqətdə saxlamalıdır.
- “Neftçi”nin əsas futbolçularından Ramos cəzalı olduğu üçün sabah “Partizan”la oyunda meydna çıxmayacaq. Bu, təmsilçimiz üçün nə kimi problem yarada bilər?
- Bəli, Ramosun oynamaması yaxşı hal deyil. Təəssüf ki, “Neftçi”də onu layiqincə əvəzləyə biləcək futbolçu yoxdur. Futbolçularımız meydanda onun yerini doldurmağa çalışmalıdırlar. Əgər Mahir Şükürov da bu görüşdə forma geyinə bilməsə, “Neftçi”nin problemi ikiqat arta bilər.
- Bəs, şansları necə dəyərləndirərdiniz?
- Şans 60/40-a “Neftçi”nin tərəfindədir.
Əli HƏYATİ
Messidən sonra Argentina millisi ilk oyunlarına hazırlaşır
Ronaldonun klubu ağır məğlubiyyətlə üzləşdi
AFFA-da yeni təyinatlar
Mahir oynadı, komandası uduzdu
Mundiala aparılmadı, millidən getmək qərarı verdi
Azarkeş “Barselona”nın futbolçusuna hücum etdi
Zidan Deşamın çağırmadığı futbolçulara şans verir
Derbidəki VAR qərarı hakimlərə baha başa gəldi
Keyndən “Qızıl top”la bağlı qərar
"Azarkeş amili “Kəpəz”in ən güclü tərəfidir"
İkardinin “Latsio”ya transferi təxirə düşdü
"Heç kimdən üzr istəməyəcəyəm"
Ronaldo “Əl-Nəsr”i almağa hazırlaşır?
Misli.az-da "Sürətlə Yeni Mövsümə" kampaniyası başladı!
“Bayer”dən Benzema açıqlaması
La Liqanı Premyer Liqa ilə müqayisə etdi
Simon Banza Yunanıstan klubuna keçdi
Puxaç: "Onların dəyəri yüz milyonlarla avrodur" - Video
"Araz-Naxçıvan" iki legioner futzalçı transfer etdi
Azərbaycan 1-ci liqasının nöqsanları
Çempionlar Liqasının finalları bu şəhərlərdə
"Trabzonspor" onunla danışıqlara başladı
UEFA Superkuboku Qazaxıstanda - Rəsmi
Qalmaqallı VAR qərarına görə hakimlər cəzalandırıldı
"Arsenal"dan Arteta qərarı
AFFA "Kəpəz"i cərimələdi
Rodri: "Çempionlar Liqasının favoriti deyilik"
"Fənərbaxça"nın uğursuz çıxışı tənqid olunur
“Əsas millimizdə oynamaq istəyirəm. Niyə də yox?” - Video
"Milan"dan ayrılan Bennaser Qətər klubuna keçdi
PSJ-də itki
Kivu: "Mükəmməl deyilik"
Azərbaycandan ayrıldı, aşağı liqa klubuna keçdi
"Sabahın ulduzları": "Zirə" və "Sabah"dan qələbə
Murad Musayev: "Qol vurmaq problemə çevrilib" - Video
8 həftə oynamayacaq
Vüsal İsgəndərlidən bu mövsümdə 4-cü qol
Koutinyonun yeni klubu açıqlandı
Cəlal oynadı, komandası 1 xal qazandı
“Roma”dan ardıcıl dördüncü qələbə - Video
Şeydayev oynadı, "Soçi" geridönüş etdi
“Fənərbaxça” səfərdə büdrədi
Rüfətin komandası uduzdu
Azərbaycan klublarının yay transferləri - Yenilənir