“Rəvan” klubunun vitse-prezidenti Bəhruz Şirəliyevin Qol.Az saytına müsahibəsi
- Artıq bir neçə turdu ki, komandanız yeni baş məşqçi Kamal Alispahiçin rəhbərliyi altında meydana çıxır. Bu oyunların içində böyükhesablı məğlubiyyət və qələbə də var. Ümumilikdə, bosniyalı mütəxəssisin işini necə qiymət verərdiniz?
- İlk öncə deyim ki, baş məşqçiylə danışıqlarımız zamanı ona məqsədimizi açıqlamışdıq. Biz onun qarşısına komandanı ilk “altılığ”a çıxarmaq məqsədi qoymuşuq. Təbii ki, futbolda böyükhesablı məğlubiyyət də olur, qələbələr də. Ancaq əsas odur ki, hədəfdən yayınmayaq.
- Əgər ilk “altılğ”a düşsəniz, baş məşqçinin qarşısına Avroliqaya vəsiqə qazanmaq hədəfi qoyulacaq?
- İlk növbədə komanda ilk “altılığ”a vəsiqə qazanmalıdır. Sonradan təbii ki, hədəflərimiz yüksəlməlidir. Əlbəttə, bunu baş məşqçi özü də yaxşı bilir.
- Hazırda turnir cədvəlinin yeddinci pilləsindəsiniz. “Rəvan”ın ilk “altılğ”a düşməsini real sayırsınızmı? Nəzərə alaq ki, turnir cədvəlində sizdən öndə “Neftçi”, “Xəzər Lənkəran”, geridə isə AZAL və “Bakı” kimi güclü komandalar mövqe tutur.
- Hazırda Azərbaycan çempionatında klubların səviyyəsi demək olar ki, bərabərləşib. Ola bilər, bəzi komandaların potensialı bir az yüksək olsun. Lakin ümumi götürəndə, komandaların əksəriyyətinin hədəfi ilk “altılğ”a düşməkdir. Düzdü, hazırda bu, çox çətindir. Lakin qarşımızda hədəfimiz var. Buna uyğun da irəliləməyi düşünürük. Qeyd edim ki, bizdən öndə olan komandalarla aramızdakı xal fərqi çox deyil. Təkcə “Neftçi” oyun sayına görə üstün sayılır.
- Qış fasiləsi zamanı komandada nə kimi dəyişikliklər gözlənilir?
- Bizim bu barədə baş məşqçiylədə söhbətimiz olub. Kamal Alispahiç rəhbərliyə siyahı verməlidir ki, hansı mövqeyə oyunçu istəyir. Bu mənada biz onu dəstəkləyirik. Futbolçuların transferi birbaşa baş məşqçinin istəyi ilə olacaq. Düşünürəm ki, 7-10 gün ərzində bu siyahını tərtib edəcəyik. Ümumiyyətlə, klub rəhbərliyi birmənalı şəkildə komandanı gücləndirmək haqda düşünür.
Əli HƏYATİ
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"
Çempionlar Liqasının finalından öncə kütləvi dava - Video
Aparıcı klubların hədəfinə düşdü
Azərbaycan millisi Fransaya qalib gələrək qrup lideri oldu
"Liverpul" Arne Slotla yolları ayırdı
Azər Bağırov "Kəpəz"dən getdi - Rəsmi
"Şamaxı"dan ayrılanların sayı 12-yə çatdı
Azərbaycan millisinin növbəti məşqi - Şəkillər
“Barselona” Qordonun transferini rəsmən açıqladı
Sterlinq narkotikə görə saxlanıldı
Çempionlar Liqasının finalı bu kanallarda
Otamendinin yeni klubu bəlli oldu
Yenidən A seriyasına yüksəldilər
“Nitsa” Liqa 1-də yerini qorudu
Kubokun finalında 2 qol, 2 qırmızı vərəqə
Messi 1-ci, Ronaldo 4-cü - Tarixin ən yaxşıları
Səudiyyə Ərəbistanından Salaha səxavətli təklif
"Şamaxı"da növbəti ayrılıq
Azərbaycan millisi İtaliyanı belə məğlub etdi - Video
"Rayo Valyekano"da baş məşqçi ayrılığı