AZAL klubunun baş məşqçisi Vaqif Sadıqovun Qol.Az saytına müsahibəsi
- Premyer Liqanın 13-cü turu sizin üçün uğursuz oldu. “Rəvan”la matçın 84-cü dəqiqəsində qol buraxaraq məğlubiyyətə uğradınız.
- Biz bu görüşdə yalnız qələbə üçün oynayırdıq. Buna görə də əlimizdən gələni edirdik. İkinci hissədə oyuna çox fəal başladıq. Rəqibi öz qapısına doğru sıxışdırmışdıq. Lakin təəssüf ki, müdafiədə çoxluq yaradan rəqib qol vurmağımıza imkan vermədi. “Rəvan” əks hücumların birində müdafiəmizin kobud səhvindən sonra qapımıza qol vurdu. İki ötürməylə bizim müdafiəmizi yara bildilər. Hətta mətbuat konfransında baş məşqçi Kemal Alispahiç bilridi ki, oyunun ədalətili nəticəsi heç-heçə idi. Lakin mən heç-heçədən danışmaq istəməzdim. Çünki məqsədimiz yalnız qələbə qazanmaq idi.
- Məğlubiyyətinizin əsas səbəbini müdafiənizin zəif oyununda görürsünüz?
- Təkcə müdafiəni deməzdim. Bu gün biz müdafiəni də hücumdan qururuq. Kemal Alispahiç özü də bildirmişdi ki, bu gün AZAL səfərdə yüksək pressinq edən, daha çox hücuma üstünlük verən komandadır. Mən hesab edirəm ki, “Rəvan”la oyunda hücumda o qədər də kəsərli deyildik. Ona görə hücum xəttindən də razı qalmadım. Qələbə qazanmağımıza ön xətt futbolçularımızın zəif oyunu da səbəb oldu.
- Fikrinizcə, rəqib sizi hansı göstəricilərdə üstələdi?
- “Rəvan”ın üstünlüyü nizam-intizamlı oynaması oldu. Bu, mənim çox xoşuma gəldi. Rəqib bunu tam şəkildə həyata keçirməyə çalışırdı. “Rəvan” ikinci yarıda bizə orta sahəni bizə verərək əks-hücumlarda qol vurmağa çalışırdı. Əslində biz buna hazır idik. Sadəcə, ikinci hissədə üstün olduğumuzu başa düşərək hücum etməyə çalışdıq. Hardasa bir az ehtiyatsızlıq etdik. Rəqin isə bundan maksimum yararlandı.
- Oyun boyu çox əsəbi görünürdünüz. Əvvəllər isə belə deyildi.
- Yox, mən elə çempionatın ilk qarşılaşmalarında qazandığım uğurlar zamanı da aqressiv olurdum. Qələbə qazananda da, uduzanda da beləyəm. Çünki komandamla meydanda bir yerdə mübarizə aparıram. Komandamızda isə problem yoxdur. Çünki rəhbərlik tərəfindən də mənə çox dəstək var. Sadəcə, mən komandanın qarşısına yüksək vəzifə qoyuram. Bu il bizim minimum vəzifəmiz ilk “altılığ”a vəsiqə qazanmaqdır. İnanıram ki, buna nail olacağıq.
- Futbolçunuz Bronislav Arsenijeviçə çox əsəbləşmişdiniz. Onun barəsində nə fikirdəsiniz? Qışda bu futbolçunu komandadan göndərəcəyiniz barədə xəbərlər yayılıb.
- Hər bir oyunçu səhv edə bilər. Yalnız mənim xoşuma gəlməyən odur ki, Bronislav rəqibin hücumu sərbəst başlamasına mane olmadı. Ən əsası isə öz komanda yoldaşıyla mübahisəyə girərək, ona aid olan rəqib futbolçunu nəzarətsiz buraxdı. Yəni intizamsız hərəkət etdi. İnanıram ki, bu səhvləri bir daha təkrarlamayacaq. Biz Bronislavı komandadan göndərmirik, göndərmək fikrimiz də yoxdur. Hazırda birləşərək məqsədimizə nail olmalıyıq. Mən ona güvənirəm.
Əli HƏYATİ
Yamal, Haaland, Keyn...
Start heyət üzü görməyən Mayno klubdan ayrılmağa hazırlaşır
"Qarabağ"ın rəqibi "Hamburq"la heç-heçəyə razılaşdı
Tiaqo Silvanın yeni klubu bəlli oldu
"Mançester Siti" liderliyə yüksəldi
"Fənərbaxça" səfərdə inamlı qələbə qazandı
“Zirə” - “İmişli” matçından - Video
Ronaldodan 122 oyun az oynadı, onun uğurunu təkrarladı
Flik "Barselona" ilə müqaviləni uzadacaq?
"Hədəfimiz bir xal idi, buna da nail olduq" - Jorj Kaşkilya
"Çelsi" və "Nyukasl" xalları bölüşdü
"Neftçi"dən qələbə, "Zirə" "İmişli" ilə heç-heçə etdi
"Barselona"nın baş məşqçisindən sərt reaksiya
"Neftçi" Yevlaxdan 3 xalla qayıtdı - Video
Premyer Liqada ayın qolunun qalibi mükafatlandırıldı
Bundesliqa futbolçusu İngiltərə klublarının hədəfində
"Daha çox qol vurmalı idik" - Yuri Vernidub
Xabi Alonso: "Nəticələr mövsümün sonunda məlum olacaq"
FİFA "Əl-Nəsr"ə transfer qadağası qoydu
"Zirə" - "İmişli": Heyətlər
"Yuventus"dan "Arsenal"a rədd cavabı
"Borussiya" Adeyemini cərimələdi
Luis Enrike: "Parisdəki hər kəs mənə təşəkkür edir"
“Qarabağ”a ikinci rəsmi transfer təklifi
"Karvan-Yevlax" - "Neftçi": Heyətlər
“Mançester Yunayted” Kenan Yıldız üçün sərvət təklif edir
AFFA klub nümayəndələri ilə görüş keçirdi
"Bavariya"nın keçmiş futbolçusu vəfat etdi
Fenomenə çevrilən dünyanın ən gənc futbol şərhçisi - Video
Salah üzr istəyib
Sabiq “Qarabağ”lı indi Rusiyada ən zəif qapıçıdır
Dortmund “Borussiya”sından qələbə
İtaliya Superkubokunda ikinci finalçı müəyyənləşdi
Rüfət Abdullazadənin komandası yenə uduzdu
Superliqada 17-ci tur start götürüb
"Şəfa" 3 xalı tək qolla qazandı - Video
“Liverpul”un futbolçusu “Qızıl top”u qazandı
4 penalti dəf edən qapıçının qolu sındı
Çexiya millisinin yeni baş məşqçisi açıqlandı
“Şəfa” “Cəbrayıl”a qalib gəldi
4 gün əvvəl ayrıldığı kluba qayıtdı
Anri mükafatlandırıldı
“Turan Tovuz” “Kəpəz”ə belə qalib gəldi - Video