“Qəbələ” klubunun baş məşqçisi Ramiz Məmmədovun Qol.Az saytına müsahibəsi
- Premyer Liqanın XIII turunda doğma meydanda “Kəpəz”lə qarşılaşdınız. Görüş haqda təəsüratlarınız necədir?
- Bu matça yaxşı hazırlaşmışdıq. Futbolçularımızda qələbə istəyi çox idi. Lakin biz təkcə “Kəpəz”lə oyunu deyil, qarşıdakı görüşləri də fikirləşirdik.
- İlk hissədə komandanız xeyli hücum etsə də, istəyinizə nail ola bilmirdiniz. Bunu nə ilə əlaqələndirərdiniz?
- Əvvəla futbol 90 dəqiqə oynanılır. Bir də ki, qol-qapıdan keçməyəndə,keçmir. Buna görə də ona qədər mübarizə aparmaq və istəyinə nail olmaq lazımdır. Bunu da komandam bacardı. Həmçinin Gəncə təmsilçisi bizdən ehtiyat etdiyi üçün daha çox müdafiədən oynayırdı. Belə olan anda qol vurmaq çətinləşir.
- Ancaq komandanızın oyununda bir tələskənlik hiss olunurdu. Futbolçular sanki tez qol vurmağa çalışırdılar.
- Bəli, tez qol vurub daha rahat oynamaq istəyirdilər. Mən onları xəbərdar etmişdim. Demişdim ki, erkən qol vurmaq lazımdır. Lakin “Kədəz” pis oynamadı. Yaxşı müdafiə olunmağı bacarırdılar. Qol vura bilmədikdə isə futbolçularda tələskənlik və aqressivlik artır. Amma yaxşı ki, sonda hər şey bizim istədiyimiz kimi qurtardı.
- İkinci hissə başlayan kimi dəyişklik edərək Viktor Mendini oyuna daxil etdiniz. Bu gedişiniz özünü doğrultdu.
- Mən birdə-birə iki hücuma meyilli futbolçunu meydana buraxdım. Şəhriyar Xəlilov müdafiəçi olmasına baxmayaraq, hücuma da fəal qoşulmağı bacarır. Onun fiziki durumu son zamanlar mənə xoş təsir bağışlayır. Taktiki sistemimizi dərhal 3-5-2-yə dəyişdim. Nəticəsi göz qabağındadır. Mendini ilk yarıda özüm bilərəkdən meydana buraxmadım. Çünki futbolçu yaxınlarda anasını itirmişdi. Bu isə ona psixoloji zərbə vurmuşdu. İstəmədim ki, onu sındıram. Məqsədim ona dəstək olmaq idi. Bunu onun özüylə fərdi söhbətimdə də söyləmişdim. Bir-birimizi çox gözəl anladıq.
- Son oyunlarda cərimə zərbəsi və penaltini Rəşad Abdullayev yerinə yetirir.
- Bunu mən ondan istəmişəm. Düzdü, heyətimizdə cərimə zərbələrini və penaltini yerinə yetirə biləcək futbolçu çoxdu. Lakin içimdəki bir hiss penaltini Rəşadın vurmasını istədi. Çünki məşqlər zamanı Rəşad onbirmetirlik cərmə zərbələrini gözəl yerinə yetirirdi.
- Rəqib komanda baş hakimin penalty qərarını düzgün hesab etmir. Bəs siz necə düşünürsünüz, həmin epizodda penalti vardımı?
- Bu epizod zamanı mən həmin qapının arxasındaydım. Çünki cəzalı olduğum üçün oyunu oradan izlədim. Lakin əminliklə deyə bilərəm ki, penalti vardı. Top rəqib futbolçunun əlinə dəydi. Əgər top onun əlinə dəyməsəydi, Kamananın önünə düşəcəkdi.
- Ardıcıl üçüncü qələbənizi qazandınız. Bu seriyanın davam edəcəyinə inanırsınız?
- Düzü, biz hələ heç nəyə nail olmamışıq. Əsas məqsədimiz ilk “altılq”da yer almaqdır. Sonra isə əsas hədəflərimiz üçün mübarizə aparacağıq. Biz daim irəliyə getmək haqda düşünürük. Çalışacağıq ki, qələbə seriyasını davam etdirək.
Əli HƏYATİ
Messidən sonra Argentina millisi ilk oyunlarına hazırlaşır
Ronaldonun klubu ağır məğlubiyyətlə üzləşdi
AFFA-da yeni təyinatlar
Mahir oynadı, komandası uduzdu
Mundiala aparılmadı, millidən getmək qərarı verdi
Azarkeş “Barselona”nın futbolçusuna hücum etdi
Zidan Deşamın çağırmadığı futbolçulara şans verir
Derbidəki VAR qərarı hakimlərə baha başa gəldi
Keyndən “Qızıl top”la bağlı qərar
"Azarkeş amili “Kəpəz”in ən güclü tərəfidir"
İkardinin “Latsio”ya transferi təxirə düşdü
"Heç kimdən üzr istəməyəcəyəm"
Ronaldo “Əl-Nəsr”i almağa hazırlaşır?
Misli.az-da "Sürətlə Yeni Mövsümə" kampaniyası başladı!
“Bayer”dən Benzema açıqlaması
La Liqanı Premyer Liqa ilə müqayisə etdi
Simon Banza Yunanıstan klubuna keçdi
Puxaç: "Onların dəyəri yüz milyonlarla avrodur" - Video
"Araz-Naxçıvan" iki legioner futzalçı transfer etdi
Azərbaycan 1-ci liqasının nöqsanları
Çempionlar Liqasının finalları bu şəhərlərdə
"Trabzonspor" onunla danışıqlara başladı
UEFA Superkuboku Qazaxıstanda - Rəsmi
Qalmaqallı VAR qərarına görə hakimlər cəzalandırıldı
"Arsenal"dan Arteta qərarı
AFFA "Kəpəz"i cərimələdi
Rodri: "Çempionlar Liqasının favoriti deyilik"
"Fənərbaxça"nın uğursuz çıxışı tənqid olunur
“Əsas millimizdə oynamaq istəyirəm. Niyə də yox?” - Video
"Milan"dan ayrılan Bennaser Qətər klubuna keçdi
PSJ-də itki
Kivu: "Mükəmməl deyilik"
Azərbaycandan ayrıldı, aşağı liqa klubuna keçdi
"Sabahın ulduzları": "Zirə" və "Sabah"dan qələbə
Murad Musayev: "Qol vurmaq problemə çevrilib" - Video
8 həftə oynamayacaq
Vüsal İsgəndərlidən bu mövsümdə 4-cü qol
Koutinyonun yeni klubu açıqlandı
Cəlal oynadı, komandası 1 xal qazandı
“Roma”dan ardıcıl dördüncü qələbə - Video
Şeydayev oynadı, "Soçi" geridönüş etdi
“Fənərbaxça” səfərdə büdrədi
Rüfətin komandası uduzdu
Azərbaycan klublarının yay transferləri - Yenilənir