“Qarabağ”ın müdafiəçisi Maksim Medvedyevin Qol.Az saytına müsahibəsi
- Premyer Liqanın 13-cü turunda “Simurq”a 2:1 hesabı ilə qalib gəldiyiniz görüşdə komandanızın oyunundan razı qaldınızmı?
- Əlbəttə. Çünki ən vacib olan üç xalı hesabımıza yazdıq. Bu, bizim üçün çox önəmli idi. Qələbə sayəsində “Simurq”u qabaqlayaraq turnir cədvəlinin ikinci pilləsinə yüksəldik. İlk yarıda yaxşı çıxış edib 2:0 hesabıyla irəlidə olsaq da, ikinci hissədə rəqib özünü toparladı. Bizi sıxışdırmağa başladılar, üstünlüyə yiyələnməyə çalışdılar. Bütün bunlar “Simurq”un adi rəqib olmadığını göstərdi.
- Fasilədən sonra “Qarabağ” bir qədər sönük oyun nümaiş etdirdi. Bu, arxayınçılıqla bağlı idi?
- İlk yarıda “Simurq”un müdafiəçiləri topu uzaqlaşdırmaq üçün hara gəldi vururdu, ikinci hissədə isə daha yaxşı təsir bağışladılar. Topu özlərində saxlamağa başladılar. Düzü, ola bilər, biz də ikinci yarıya rahat çıxdıq. Bunun nəticəsi kimi “Simurq”un bir topu dirəkdən qayıtdı. Digər epizodda isə penaltidən qapımıza qol vurdular. Bu isə bizim üçün həyacan siqnalı oldu. Hiss etdik ki, özümüzü toparlamasaq, daha pis ola bilər.
- Qapınıza vurulan penalti çox söz-söhbətlər yaratdı. Necə düşünürsən, hakim Vüsal Əliyevin penalti qərarı doğru idi?
- Həmin epizodda mən və Rauf Əliyev qapının arxasında məşq edirdik, olaya ən yaxın olan şəxslər biz idik. Top Adimir Telinin qoluna yox, bədəninə dəymişdi. Konkret olaraq top onun qabırğasına tuş gəldi. Hakim isə bunu penalti kimi qeydə aldı. Şəxsən mən penalti olmadığını düşünürəm, hakimin qərarıyla razı deyiləm.
- Ümumilikdə, hakimin idarəçiliyi haqda fikrin necədir?
- Penalti epizonu çıxmaqla pis oyun idarə etmədi. Yəni onun heç bir komandaya simpatiyası hiss olunmadı.
- “Qarabağ”ın vurduğu qollar zamanı bəxt amili rol oynadımı? Çünki bir top təsadüfi vəziyyətdə “Simurq”un qapısından keçdi, ikincisi isə avtoqol oldu.
- Almeydanın zərbəsi zamanı topa heç kəs toxunmadı və gözlənilmədən qapı xəttini keçdi. Hardasa demək olar ki, bəxt də bizim tərəfimizdəydi. Lakin ümumi götürəndə komandamızın nə qədər real qol imkanı oldu. Həm Vaqif cavadov, həm də İlqar Qurbanov yüzfaizli qol şansından istifadə edə bilmədi. Əslində bu toplar hamısı qapıdan keçməliydi.
- Əgər belə davam etsə, qış fasiləsinə qədər turnir cədvəlinin hansı pilləsində qərarlaşacağınıza ümid edirsən?
- Açığı, birinci yerə çıxacağımız çətindir. Çünki “İnter” bizdən üç xal irəlidədir, hələ ehtiyatda bir oyunu da var. Digər ciddi rəqiblərimizdən “Neftçi”nin yuxarı pillədə qərarlaşmaq şansı da çox yüksəkdir. Üç oyunu ehtiyatdadır. Bir çox əsas rəqiblərimiz bu baxımdan bizi üstələyir. Lakin ən pis halda qış fasiləsinə qədər “Qarabağ” turnir cədvəlinin üçüncü pilləsində mövqe tuta bilər.
Əli HƏYATİ
Messidən sonra Argentina millisi ilk oyunlarına hazırlaşır
Ronaldonun klubu ağır məğlubiyyətlə üzləşdi
AFFA-da yeni təyinatlar
Mahir oynadı, komandası uduzdu
Mundiala aparılmadı, millidən getmək qərarı verdi
Azarkeş “Barselona”nın futbolçusuna hücum etdi
Zidan Deşamın çağırmadığı futbolçulara şans verir
Derbidəki VAR qərarı hakimlərə baha başa gəldi
Keyndən “Qızıl top”la bağlı qərar
"Azarkeş amili “Kəpəz”in ən güclü tərəfidir"
İkardinin “Latsio”ya transferi təxirə düşdü
"Heç kimdən üzr istəməyəcəyəm"
Ronaldo “Əl-Nəsr”i almağa hazırlaşır?
Misli.az-da "Sürətlə Yeni Mövsümə" kampaniyası başladı!
“Bayer”dən Benzema açıqlaması
La Liqanı Premyer Liqa ilə müqayisə etdi
Simon Banza Yunanıstan klubuna keçdi
Puxaç: "Onların dəyəri yüz milyonlarla avrodur" - Video
"Araz-Naxçıvan" iki legioner futzalçı transfer etdi
Azərbaycan 1-ci liqasının nöqsanları
Çempionlar Liqasının finalları bu şəhərlərdə
"Trabzonspor" onunla danışıqlara başladı
UEFA Superkuboku Qazaxıstanda - Rəsmi
Qalmaqallı VAR qərarına görə hakimlər cəzalandırıldı
"Arsenal"dan Arteta qərarı
AFFA "Kəpəz"i cərimələdi
Rodri: "Çempionlar Liqasının favoriti deyilik"
"Fənərbaxça"nın uğursuz çıxışı tənqid olunur
“Əsas millimizdə oynamaq istəyirəm. Niyə də yox?” - Video
"Milan"dan ayrılan Bennaser Qətər klubuna keçdi
PSJ-də itki
Kivu: "Mükəmməl deyilik"
Azərbaycandan ayrıldı, aşağı liqa klubuna keçdi
"Sabahın ulduzları": "Zirə" və "Sabah"dan qələbə
Murad Musayev: "Qol vurmaq problemə çevrilib" - Video
8 həftə oynamayacaq
Vüsal İsgəndərlidən bu mövsümdə 4-cü qol
Koutinyonun yeni klubu açıqlandı
Cəlal oynadı, komandası 1 xal qazandı
“Roma”dan ardıcıl dördüncü qələbə - Video
Şeydayev oynadı, "Soçi" geridönüş etdi
“Fənərbaxça” səfərdə büdrədi
Rüfətin komandası uduzdu
Azərbaycan klublarının yay transferləri - Yenilənir