“Neftçi”nin müdafiəçisi Elvin Yuniszadə Premyer Liqanın 13-cü turunda “Sumqayıt”a qarşı keçirilən oyunla (8:1) bağlı Qol.Az saytının suallarını cavablandırıb
- Hesabdan da belə görsənir ki, siz ilk dövrədə məğlub olduğunuz “Sumqayıt”la görüşə revanş üçün çıxmışdınız.
- Doğrudur. Həmçinin onlarla qazandığımız nəticə çempionluq yarışında çox önəmli idi. Hər kəs bu məsuliyyəti yaxşı anlayırdı.
- Baş məşqçiniz Böyükağa Hacıyev bildirib ki, futbolçularına bacardıqları qədər çox qol vurmağını tapşırıb. Buna səbəb nə idi?
- Dünyada elə bir baş məşqçi yoxdur ki, komandasına rəqibin qapısına çox qol vurmağı qadağan etsin. Hər bir məşqçi “nə qədər bacarırsınız, çox qol vurun” söyləyər. Eləcə də Böyükağa Hacıyev belə istədi.
- Amma nəzərə alaq ki, sizin Avroliqanın qrup mərhələsində bu həftə “Partizan”la oyununuz var. Səncə, bu görüş ərəfəsində futbolçuları bu qədər yormaq doğru idi?
- Axı, çempionluq yarışında “Sumqayıt”la oyun da bizim üçün vacib idi. Çempionatımız çox gərgin keçir, hər tur gözlənilməz nəticələr qeydə alınır. Həm də hazırkı oyunu unudub, növbəti matçı fikirləşiriksə, onda meydana çıxmağın mənası yoxdur. Heç oynamamaq ondan yaxşıdır. Oyuna çıxmışıqsa, sona qədər mübarizə aparmalıyıq.
- Amma yəqin ki, 8:1 hesabı sənin üçün də gözlənilməz oldu?
- Düzü, belə bir nəticə gözləmirdim. Lakin qalib gələcəyimizə inanırdım. Ümumiyyətlə, heyətində bu qədər gənc futbolçular olan komandaya qarşı oynamaq çətin olur. Belə qələbə bizim üçün əla oldu. “Partizan”la oyuna komandamız yüksək əhval-ruhiyyədə çıxacaq.
- Bəs, “Sumqayıt”ın bu qədər qol buraxmasının səbəbini nədə görürsən?
- Onların oyunu ona görə alınmadı ki, “Neftçi” yaxşı çıxış etdi. Məncə, biz bu matça daha yaxşı köklənmişdik və daha istəkli idik. “Neftçi” meydanda öz oyununu göstərdi.
Əli HƏYATİ
Messidən sonra Argentina millisi ilk oyunlarına hazırlaşır
Ronaldonun klubu ağır məğlubiyyətlə üzləşdi
AFFA-da yeni təyinatlar
Mahir oynadı, komandası uduzdu
Mundiala aparılmadı, millidən getmək qərarı verdi
Azarkeş “Barselona”nın futbolçusuna hücum etdi
Zidan Deşamın çağırmadığı futbolçulara şans verir
Derbidəki VAR qərarı hakimlərə baha başa gəldi
Keyndən “Qızıl top”la bağlı qərar
"Azarkeş amili “Kəpəz”in ən güclü tərəfidir"
İkardinin “Latsio”ya transferi təxirə düşdü
"Heç kimdən üzr istəməyəcəyəm"
Ronaldo “Əl-Nəsr”i almağa hazırlaşır?
Misli.az-da "Sürətlə Yeni Mövsümə" kampaniyası başladı!
“Bayer”dən Benzema açıqlaması
La Liqanı Premyer Liqa ilə müqayisə etdi
Simon Banza Yunanıstan klubuna keçdi
Puxaç: "Onların dəyəri yüz milyonlarla avrodur" - Video
"Araz-Naxçıvan" iki legioner futzalçı transfer etdi
Azərbaycan 1-ci liqasının nöqsanları
Çempionlar Liqasının finalları bu şəhərlərdə
"Trabzonspor" onunla danışıqlara başladı
UEFA Superkuboku Qazaxıstanda - Rəsmi
Qalmaqallı VAR qərarına görə hakimlər cəzalandırıldı
"Arsenal"dan Arteta qərarı
AFFA "Kəpəz"i cərimələdi
Rodri: "Çempionlar Liqasının favoriti deyilik"
"Fənərbaxça"nın uğursuz çıxışı tənqid olunur
“Əsas millimizdə oynamaq istəyirəm. Niyə də yox?” - Video
"Milan"dan ayrılan Bennaser Qətər klubuna keçdi
PSJ-də itki
Kivu: "Mükəmməl deyilik"
Azərbaycandan ayrıldı, aşağı liqa klubuna keçdi
"Sabahın ulduzları": "Zirə" və "Sabah"dan qələbə
Murad Musayev: "Qol vurmaq problemə çevrilib" - Video
8 həftə oynamayacaq
Vüsal İsgəndərlidən bu mövsümdə 4-cü qol
Koutinyonun yeni klubu açıqlandı
Cəlal oynadı, komandası 1 xal qazandı
“Roma”dan ardıcıl dördüncü qələbə - Video
Şeydayev oynadı, "Soçi" geridönüş etdi
“Fənərbaxça” səfərdə büdrədi
Rüfətin komandası uduzdu
Azərbaycan klublarının yay transferləri - Yenilənir