Azərbaycan milli komandasının və “Simurq”un müdafiəçisi Rasim Ramaldanovun Qol.Az saytına müsahibəsi
- Şimali İrlandiya ilə görüşdə millidə debüt oyununa çıxdın. Öz çıxışından razı qaldınmı?
- Əslində bunumütəxəssislər və media daha yaxşı qiymətləndirə bilər. Düşünürəm ki, ilk oyunum olduğu üçün pis alınmadı. İstədiyim kimi alınmasa da, normal oldu.
- Rəqibin sürətli hücumlarının qarşısını almaqda çətinlik çəkirdiniz. Niyə?
- Belə hücumların qarşısını almaq asan olmur. Havanın yağışlı olması işimizi daha da ağırlaşdırırdı. Çünki bizim futbolçular Şimali İrlandiya seçməsindən fərqli olaraq, belə havada oynamağa alışmayıblar. Onu da nəzərə alaq ki, rəqibin futbolçularının yarısından çoxu İngiltərə, Şotlandiya premyer liqalarında oynayır. Lakin bütün bunlara baxmayaraq, işimizin öhdəsindən gəlməyi bacardıq.
- Amma komandamızda oyun quruculuğu çox zəif idi.
- Axı biz səfərdə hücum futbolu nümayiş etdirə bilməzdik. Daha çox müdafiədən hücuma keçməliydik. Bu, baş məşqçi Berti Foqtsun tapşırığı idi. Özünüzdə gördünüz ki, daim rəqibin basqısı altındaydıq. Hücum etmək çətin olurdu. Təəssüf ki, sonda buraxdığımız qol bizi qələbədən etdi. Bu qola hər kəs çox üzülmüşdü. Xüsusən də qapıçı Səlahət Ağayev.
- İndi keçək Premyer Liqada qarşılaşacağınız “Qarabağ”la oyuna. Bu matçı necə dəyərləndirərdin?
- Rəqibimiz çox güclüdür. Həmçinin futbolçularının çoxusu millidə oynayır. Demək olar ki, bütün klublarımız “Qarabağ”la oyunda çətinlik çəkirlər. Təəssüf ki, mən də daxil olmaqla bir neçə əsas futbolçumuz zədəli və cəzalı olduğundan bu görüşdə meydana çıxmayacaqlar. Amma bunlara baxmayaraq, “Qarabağ”dan xal almaq istəyirik.
- Sənin meydanda olmamağın müdafiənizdə boşluqlar yarada bilərmi?
- Mən cəzalı olduğum üçün komandama kömək edə bilməyəcəm. Heç cəzalı olmasam belə, “Qarabağ”la oyuna meydana çıxmayacaqdım. Çünki zədəliyəm. Hələ 3-4 gün müalicə almalıyam. Yəqin ki, növbəti turun oyununa qədər hazır olacağam. O ki qaldı komandamın mənsiz çıxışına, əvəzolunmaz futbolçu yoxdur. İnanıram ki, mənim yoxluğumda digər futbolçumuz işinin öhdəsindən layiqincə gələcək.
- Heç-heçə “Simurq” üçün qənaətbəxş hesab oluna bilər?
- Belə deməzdim. Çünki qarşımıza qoyulan məqsəd hər bir oyundan üç xal götürməkdir. Düzdü, məğlub da ola bilərik.
- Necə düşünürsən, turnir cədvəlinin ikinci pilləsindəki mövqeyinizi qış fasiləsinə qədər qoruyub saxlaya biləcəksiniz?
- Əgər belə uğurlu çıxışlar etsək, niyə də yox?! Ancaq unutmaq lazım deyil ki, qarşıda bizi çətin rəqiblərlə oyunlar gözləyir. Buna görə də öncədən nəyisə əminliklə söyləyə bilmərəm. Komandam “Qarabağ”la oyuna isə maksimum xal üçün meydana çıxacaq.
Əli HƏYATİ
Messidən sonra Argentina millisi ilk oyunlarına hazırlaşır
Ronaldonun klubu ağır məğlubiyyətlə üzləşdi
AFFA-da yeni təyinatlar
Mahir oynadı, komandası uduzdu
Mundiala aparılmadı, millidən getmək qərarı verdi
Azarkeş “Barselona”nın futbolçusuna hücum etdi
Zidan Deşamın çağırmadığı futbolçulara şans verir
Derbidəki VAR qərarı hakimlərə baha başa gəldi
Keyndən “Qızıl top”la bağlı qərar
"Azarkeş amili “Kəpəz”in ən güclü tərəfidir"
İkardinin “Latsio”ya transferi təxirə düşdü
"Heç kimdən üzr istəməyəcəyəm"
Ronaldo “Əl-Nəsr”i almağa hazırlaşır?
Misli.az-da "Sürətlə Yeni Mövsümə" kampaniyası başladı!
“Bayer”dən Benzema açıqlaması
La Liqanı Premyer Liqa ilə müqayisə etdi
Simon Banza Yunanıstan klubuna keçdi
Puxaç: "Onların dəyəri yüz milyonlarla avrodur" - Video
"Araz-Naxçıvan" iki legioner futzalçı transfer etdi
Azərbaycan 1-ci liqasının nöqsanları
Çempionlar Liqasının finalları bu şəhərlərdə
"Trabzonspor" onunla danışıqlara başladı
UEFA Superkuboku Qazaxıstanda - Rəsmi
Qalmaqallı VAR qərarına görə hakimlər cəzalandırıldı
"Arsenal"dan Arteta qərarı
AFFA "Kəpəz"i cərimələdi
Rodri: "Çempionlar Liqasının favoriti deyilik"
"Fənərbaxça"nın uğursuz çıxışı tənqid olunur
“Əsas millimizdə oynamaq istəyirəm. Niyə də yox?” - Video
"Milan"dan ayrılan Bennaser Qətər klubuna keçdi
PSJ-də itki
Kivu: "Mükəmməl deyilik"
Azərbaycandan ayrıldı, aşağı liqa klubuna keçdi
"Sabahın ulduzları": "Zirə" və "Sabah"dan qələbə
Murad Musayev: "Qol vurmaq problemə çevrilib" - Video
8 həftə oynamayacaq
Vüsal İsgəndərlidən bu mövsümdə 4-cü qol
Koutinyonun yeni klubu açıqlandı
Cəlal oynadı, komandası 1 xal qazandı
“Roma”dan ardıcıl dördüncü qələbə - Video
Şeydayev oynadı, "Soçi" geridönüş etdi
“Fənərbaxça” səfərdə büdrədi
Rüfətin komandası uduzdu
Azərbaycan klublarının yay transferləri - Yenilənir