“Qarabağ”ın qapıçısı Fərhad Vəliyevin Qol.Az saytına müsahibəsi
- Millimizin Şimali İrlandiyaya qarşı keçirdiyi DÇ-2014-ün seçmə oyunu mütəxəssislər tərəfindən o qədər də bəyənilməyib. Bəs, komandamızın çıxışı haqda nə düşünürsən?
- Səfərdə bir xal qazanmaq pis deyil. Lakin qələbə qazansaydıq, daha yaxşı olardı. Çünki buna çox yaxın idik. Təəssüf ki, qələbəni son saniyələrdə əldən verdik. Düzdü, rəqibin çoxlu real qol imkanı oldu. Həmin epizodlarda bəxtimz gətirdi. Lakin bu, futboldur. Top qapıdan keçməyəndə keçmir. Növbəti oyunlarda rəqiblərimizin çoxunu evdə qəbul edəcəyik. Fikrimcə, bu oyunlarda xal almaq olar.
- Son dəqiqələrdə buraxılan qola görə həmkarın Səlahət Ağayev də günahlandırılır. Bu haqda sənin fikirlərin maraqlı olardı.
- Ümumi götürəndə Səlahət pis təsir bağışlamadı. Lakin son saniyədə cərimə zərbəsində səhvə yol verdi. Gərək Səlahət yerində dayanaraq sona qədər topa baxaydı. O, mövqe səhvi edərək daha çox sağ tərəfə yönəldi. Bu da onun topu görə bilməməsinə təsir etdi. Fikrimcə, bu səhv onun oyun təcrübəsinin azlığı ilə əlaqədardır.
- Berti Foqtsun son anda səndən imtina etməsi əvvəlki həvəsini söndürməyib?
- Xeyr. Əslində, mən daha da məsuliyyətli olmuşam. Çalışacağam ki, klubumda əsas heyətdəki oyunlarımın sayını artırım. İnanıram ki, baş məşqçi Berti Foqts yenidən mənə etimad göstərəcək.
- İndi keçək qarşıdakı “Simurq”la keçirəcəyiniz çempionat oyununa. Bu oyunda komandandan nə gözləyirsən?
- Onlarla ilk qarşılaşma çox gərgin keçdi. Həmin zamanda rəqib bir çox iddialı komandadan xal almağı bacarmışdı. Hazırda turnir cədvəlində ikinci pillədədirlər. Onlarla bizi cəmi üç xal ayrır. Bu fərqiaradan qaldırmağa çalışacağıq. Ona görə də oyuna çox ciddi hazırlaşmışıq. İnanıram ki, evdə azarkeşlər qarşısında üç xalı götürə biləcəyik.
- “Simurq”un bu mövsüm üçün daha güclü olması, sürpriz nəticələrə imza atması sizi narahat etmir ki?
- Sözsüz ki, “Simurq”dan ehtiyatlanırıq. Çünki onların çempionatdakı çıxışı, qazandığı nəticələr göz qabağındadır. Lakin bizim də öz gücümüz, adımız var. Nəyin bahasına olursa-olsun var gücümüzü ortaya qoyub, üç xal qazanmaq istəyirik.
- Zaqatalıların heyətində təcrübəli Nenad Stoyanoviç, Zdravkov Popoviç kimi səviyyəli hücumçular var. Bunlardan hansını özün üçün təhlükəli hesab edirsən?
- Bu futbolçuların səviyyəsindən xəbərim var. Çox güclü və dəqiq zərbələrə malik futbolçulardı. Lakin sizə deyim ki, onlardan heç birindən çəkinmirəm. İstənilən hücumçuya qarşı oynamaq olar. Nəzərə alsaq ki, mən karyeram boyu həm milli komanda, həm də avrokuboklarda xeyli səviyyəli hücumçulara qarşı oynamışam.
- “Qarabağ”ın qələbə qazanmaq şanslarını necə dəyərləndirirsən?
- “Simurq” çempionatın əvvələrindən də liderlər qrupunda qəralaşmışdı. Bu isə onların gücündən xəbər verir. Baxmayaraq ki, bir çox əsas futbolçumuz millinin heyətindən yorğun qayıdacaq. Nəzərə alamaq lazımdır ki, onlar xeyli vaxtdır, komandayla birgə məşq etmirlər. Lakin rəqibi yaxşı analiz etməyi bacarmışıq. İstənilən halda başqa çıxış yolumuz yoxdur. Meydana maksimum xal üçün çıxacağıq.
Əli HƏYATİ
Messidən sonra Argentina millisi ilk oyunlarına hazırlaşır
Ronaldonun klubu ağır məğlubiyyətlə üzləşdi
AFFA-da yeni təyinatlar
Mahir oynadı, komandası uduzdu
Mundiala aparılmadı, millidən getmək qərarı verdi
Azarkeş “Barselona”nın futbolçusuna hücum etdi
Zidan Deşamın çağırmadığı futbolçulara şans verir
Derbidəki VAR qərarı hakimlərə baha başa gəldi
Keyndən “Qızıl top”la bağlı qərar
"Azarkeş amili “Kəpəz”in ən güclü tərəfidir"
İkardinin “Latsio”ya transferi təxirə düşdü
"Heç kimdən üzr istəməyəcəyəm"
Ronaldo “Əl-Nəsr”i almağa hazırlaşır?
Misli.az-da "Sürətlə Yeni Mövsümə" kampaniyası başladı!
“Bayer”dən Benzema açıqlaması
La Liqanı Premyer Liqa ilə müqayisə etdi
Simon Banza Yunanıstan klubuna keçdi
Puxaç: "Onların dəyəri yüz milyonlarla avrodur" - Video
"Araz-Naxçıvan" iki legioner futzalçı transfer etdi
Azərbaycan 1-ci liqasının nöqsanları
Çempionlar Liqasının finalları bu şəhərlərdə
"Trabzonspor" onunla danışıqlara başladı
UEFA Superkuboku Qazaxıstanda - Rəsmi
Qalmaqallı VAR qərarına görə hakimlər cəzalandırıldı
"Arsenal"dan Arteta qərarı
AFFA "Kəpəz"i cərimələdi
Rodri: "Çempionlar Liqasının favoriti deyilik"
"Fənərbaxça"nın uğursuz çıxışı tənqid olunur
“Əsas millimizdə oynamaq istəyirəm. Niyə də yox?” - Video
"Milan"dan ayrılan Bennaser Qətər klubuna keçdi
PSJ-də itki
Kivu: "Mükəmməl deyilik"
Azərbaycandan ayrıldı, aşağı liqa klubuna keçdi
"Sabahın ulduzları": "Zirə" və "Sabah"dan qələbə
Murad Musayev: "Qol vurmaq problemə çevrilib" - Video
8 həftə oynamayacaq
Vüsal İsgəndərlidən bu mövsümdə 4-cü qol
Koutinyonun yeni klubu açıqlandı
Cəlal oynadı, komandası 1 xal qazandı
“Roma”dan ardıcıl dördüncü qələbə - Video
Şeydayev oynadı, "Soçi" geridönüş etdi
“Fənərbaxça” səfərdə büdrədi
Rüfətin komandası uduzdu
Azərbaycan klublarının yay transferləri - Yenilənir