Azərbaycan milli komandasının hücumçusu Vuqar Nadirov DÇ-2014-ün dünən Şimali İrlandiya komandasına qarşı keçirilən oyunu ilə bağlı Qol.Az saytının suallarını cavablandırıb
- Şimali İrlandiya ilə oyunda 1:1 hesabıyla yekunlaşdı. Bu nəticədən razı qaldınızmı?
- Doğrudan da səfərdə nəticə qazanacağımızı heç kəs gözləmirdi. Lakin biz futbolçular inanırdıq ki, səfərdən əliboş qayıtmayacağıq. Mən Şimali İrlandiyaya getməzdən öncə də demişdim ki, xalsız dönməyəcəyik. Çünki özümüzə çox inanırdıq. Şükürlər olsun ki, xalla qayıtdıq. Hətta qalib də gələ bilərdik.
- Amma oyunun ilk dəqiqələrində rəqibin güclü təzyiqi nəticəsində qapımız qarşısında 3-4 real qol vəziyyəti yarandı. Sadəcə, bəxtimiz də gətirdi...
- İlk dəqiqələrdən oyunun nəbzini tutmağa çalışırdıq. Amma müdafiədə bir az çaşqınlıq yaşandı. Rəqib daha çox hava ötürmələri sayəsində qol vurmağa çalışırdı. Bu təhlükələr sovuşduqdan sonra tədricən özümüzə gəlməyə başladıq. Biz topa nəzəarət edən kimi rəqib hirslənirdi. Əlbəttə, bəzi epizodlarda bəxtimizin gətirdiyini söyləmək olar.
- Şimali İrlandiyanın cinahlardan təşkil etdiyi hücumların qarşısını ala bilmirdiniz. Buna nə səbəb olurdu?
- Bəli, onlar asan keçidlər edirdi. Dqiq ötürmələr sayəsində müdafiəmizi yarırdılar. Rəqibin sağ cinahdakı futbolçusu çox fəal idi. Biz isə əsasən mərkəzdə kompakt oyuna üstünlük vermişdik. Ola bilsin bu üzdən cinahlardan rəqib bizi daha asan keçirdi.
- “Qarabağ”da komanda yoldaşın Rauf Əliyevin 5-ci dəqiqədə vurduğu qol haqda nə fikir söyləyə bilərsən?
- Rauf çox gözəl qola imza atdı. Bu, komandamıza əlavə stimul verdi. Qol vuracağımıza inanırdım
- Ağasəlim Mircavadov nəticəni deyil, oyununuzu bəyənmədiyini bildirib. O deyib ki, millimizin oyun quruculuğu aşağı səviyyədə idi. Bu fikirlə razısan?
- Mən hər bir mütəxəssisin fikrinə hörmətlə yanaşıram. Əsas məqsədimiz səfərdən xal gətirmək idi. Birdə bu elə bir oyun idi ki, quruculuq əsas amil hesab olunmurdu. Yəni qarışıq bir görüş idi. Biz səfərdə açıq və hücum futboluna üstünlük verə bilməzdik. Özünüz də gördünüz ki, rəqib çox güclü komandadır.
- Deməli, etiraf edirsən ki, rəqib sizdən daha güclü və qələbəyə daha layiq olub?
- Əlbəttə, həmin matçda qol vurmaq üçün onların çox şansları oldu. Sadəcə, bu imkanları dəyərləndirə bilmədilər. Nə qədər çalışsalar da, qapımızdan top keçirə bilmirdilər. Amma biz də qol epizodlaır yaratdıq. Rauf Əliyev ikinci dəfə də qol vura, Vaqif Cavadov ikinci hissədə hesabı artıra bilərdi.
- Bəxtin həmin gün millimizin tərəfində olduğunu söyləmək olar?
- Bəli. Əslində Şimali İrlandiya bir neçə epizodu dəyərləndirə bilməyəndə içimdə belə bir hiss yarandı ki, onların oyunu istədiyi kimi alınmayacaq.
- Buraxılan qolda qapıçı Səlahət Ağayevin səhvi nə dərəcədə oldu?
- Səlahət mövqeyini düzgün seçməmişdi. Ola bilsin burda təcrübəsizlik də öz sözünü dedi. Ancaq hər şeyi onun üstünə atmaq düzgün olmaz. Bu, onun əsas millidə debütü idi. Oyun boyu pis təsir bağışlamadı. Bizi yandıran odur ki, bütün oyun boyu əziyyət çəkdik, ancaq sonda qol buraxıb iki xal itirdik.
Əli HƏYATİ
Messidən sonra Argentina millisi ilk oyunlarına hazırlaşır
Ronaldonun klubu ağır məğlubiyyətlə üzləşdi
AFFA-da yeni təyinatlar
Mahir oynadı, komandası uduzdu
Mundiala aparılmadı, millidən getmək qərarı verdi
Azarkeş “Barselona”nın futbolçusuna hücum etdi
Zidan Deşamın çağırmadığı futbolçulara şans verir
Derbidəki VAR qərarı hakimlərə baha başa gəldi
Keyndən “Qızıl top”la bağlı qərar
"Azarkeş amili “Kəpəz”in ən güclü tərəfidir"
İkardinin “Latsio”ya transferi təxirə düşdü
"Heç kimdən üzr istəməyəcəyəm"
Ronaldo “Əl-Nəsr”i almağa hazırlaşır?
Misli.az-da "Sürətlə Yeni Mövsümə" kampaniyası başladı!
“Bayer”dən Benzema açıqlaması
La Liqanı Premyer Liqa ilə müqayisə etdi
Simon Banza Yunanıstan klubuna keçdi
Puxaç: "Onların dəyəri yüz milyonlarla avrodur" - Video
"Araz-Naxçıvan" iki legioner futzalçı transfer etdi
Azərbaycan 1-ci liqasının nöqsanları
Çempionlar Liqasının finalları bu şəhərlərdə
"Trabzonspor" onunla danışıqlara başladı
UEFA Superkuboku Qazaxıstanda - Rəsmi
Qalmaqallı VAR qərarına görə hakimlər cəzalandırıldı
"Arsenal"dan Arteta qərarı
AFFA "Kəpəz"i cərimələdi
Rodri: "Çempionlar Liqasının favoriti deyilik"
"Fənərbaxça"nın uğursuz çıxışı tənqid olunur
“Əsas millimizdə oynamaq istəyirəm. Niyə də yox?” - Video
"Milan"dan ayrılan Bennaser Qətər klubuna keçdi
PSJ-də itki
Kivu: "Mükəmməl deyilik"
Azərbaycandan ayrıldı, aşağı liqa klubuna keçdi
"Sabahın ulduzları": "Zirə" və "Sabah"dan qələbə
Murad Musayev: "Qol vurmaq problemə çevrilib" - Video
8 həftə oynamayacaq
Vüsal İsgəndərlidən bu mövsümdə 4-cü qol
Koutinyonun yeni klubu açıqlandı
Cəlal oynadı, komandası 1 xal qazandı
“Roma”dan ardıcıl dördüncü qələbə - Video
Şeydayev oynadı, "Soçi" geridönüş etdi
“Fənərbaxça” səfərdə büdrədi
Rüfətin komandası uduzdu
Azərbaycan klublarının yay transferləri - Yenilənir