Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadovun Qol.Az saytına müsahibəsi
- Millimizinin DÇ-2014-ün seçmə mərhələsində Şimali İrlandiyayla oyunu barədə fikirləriniz necədir?
- Düzdü, xal almaq mənasında yığmamız üçün çox gözəl oldu. Lakin komandamızın oyunu heç xoşuma gəlmədi. Oyun quruculuğu yox idi. Həddindən artıq çox top itkisinə yol verdilər. sadə vəziyyətlərdə belə top itirirdik. Belə olmaz.
- Vurduğumuz qola qədər qapımız qarşısında real qol təhlükəsi yaranmışdı. Bunu müdafiəmizin hələ də istənilən səviyyədə çıxış etməməsi ilə əlaqələndirmək olar?
- Bəli. Belə epizodlarda çox diqqətli olmaq lazımdır. Rəqib qapımız qarşısında təhlükə yaradan kimi müdafiəçilərimizdə özünü itirdi. Sadəcə, Şimali İrlandıyanın bəxti gətirmədi. Milliyə ilk dəfə dəvət alan Rasim Ramaldanov zədələnəndən sonra müdafiədəki problemlər daha da artdı. Bu zaman Berti Foqts dəyişiklik edərək Əli Gökdəmirin əvəzinə Bədavi Hüseynovu meydana buraxdı. Lakin bildiyimiz kimi Bədavi cinahda oynaya bilmir. O, daha çox mərkəzdə yaxşı təsir bağışlayır. Belə olan halda Maksim Medvedyev məcburi olaraq sol cinaha çəkilməli oldu. Başa düşüləndi ki, bunu baş məşqçi əlacsızlıqdan etdi. Lakin belə anda futbolçuların yerini doldurmaq yox, həmin mövqedə oynaya bilən oyunçunu meydana buraxmaq lazımdır.
- Matçın 5-ci dəqiqəsində Rauf Əliyevin vurduğu qolu necə qiymətləndirərdiniz?
- Raufun qolu çox gözəl alındı. Mən onu vurduğu gözəl qola görə təbrik edirəm. Belə qollar çox nadir hallarda vurulur. Lakin unutmayaq ki, buna qədər rəqibin 10 nömrəli futbolçusu iki real qol vəziyyətini qaçırdı.
- Uzun müddətdir ki, Rauf Əliyev həm millidə, həm də klubunda qol vura bilmədiyi üçün tənqid olunurdu. Bu qol onun özünə inamını artıra bilərmi?
- Bəli, Rauf artıq özünə gələcək. Onun belə bir qola çox ehtiyacı vardı. Bunun psixoloji cəhətdən ona yaxşı təsir edəcəyini düşünürəm.
- Qayıdaq komandamızın oyununa. Milli dünən yenə müdafiə futbolu oynadı. Bu isə narazılığı daha da artırır.
- Taktika qurarkən bilirsən ki, rəqib səndən hansı cəhətdən güclüdür. Belə olan halda ümidlərini daha çox əks-hücumlara bağlamağa məcbur oluruq. Lakin əks-hücumda nəyəsə nail olmaq üçün irəlidə sürətli futbolçu lazımdır. Eyni zamanda hücumçunu uzun ötürmələrlə topla təmin edəbiləcək futbolçuların olması da vacibdir. Ümumi oyunu, rəqibin qapımız qarşısında rəqibin yaratdığı real qol vəziyyətlərini nəzərə alsaq, demək olar ki, bəxtimiz çox gətirdi. Müdafiədə və mərkəzdə çoxlu səhvlərimiz olduğu üçün hətta böyükhesablı məğlubiyyətlə də üzləşə bilərdik. Hələ heç bir oyunda cinahdan qapımız qarşısında bu qədər təhlükəli vəziyyət yaranmamışdı.
- Şimali İrlandiyayla görüşdə hansı futbolçumuzun oyunu sizi qane etdi? Kİmdən razı, kimdən narazı qaldınız?
- Əslində, mən futbolçuların fərdi oyunlarına yox, komandanın oyun quruculuğuna fikir verirəm. Bizim millimizdə oyun qurulucuğu dünən həddindən artıq zəif idi. Xəttlərarası əlaqə çox zəif təsir bağışlayırdı. Zarafat deyil, artıq əksər futbolçularımız neçə ildir bir yerdə çıxış edirlər. Onlar bir-birlərini daha yaxşı başa düşməlidirlər. Rasim Ranaldanov ilk dəfə millidə yer almasına baxmayaraq, yaxşı təsir bağışladı. Lakin Əli Gökdəmirin oyunu xoşuma gəlmədi. Ümumilikdə isə futbolçularımızda qələbə əzmi, böyük istək vardı.
- Matçın 90+5 dəqiqəsində buraxdığımız qolda qapıçımız sizcə kimin daha çox səhvi oldu: “canlı sədd”in, yoxsa qapıçı Səlahət Ağayevin?
- Cərimə zərbəsi zamanı rəqib futbolçular “canlı səddi” pozmağa çalışdılar. Gərək həmin epizodda futbolçularımız bir az ağıllı tərpənib buna imkan verməyəydilər. Lakin Səlahət Ağayevin də kobud səhvi vardı. Birincisi, düzgün mövqe seçməmişdi. Yəni lazımi mövqendə dayanmamışdı. Qayda belədir ki, bir tərəfi “canlı sədd” tutursa, qapıçı mütləq digər küncü nəzarətdə saxlamalıdır. Amma belə olmadı. Fikrimcə, Səlahətə daha çox oyun təcrübəsi lazımdır.
Əli HƏYATİ
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"
Çempionlar Liqasının finalından öncə kütləvi dava - Video
Aparıcı klubların hədəfinə düşdü
Azərbaycan millisi Fransaya qalib gələrək qrup lideri oldu
"Liverpul" Arne Slotla yolları ayırdı
Azər Bağırov "Kəpəz"dən getdi - Rəsmi
"Şamaxı"dan ayrılanların sayı 12-yə çatdı
Azərbaycan millisinin növbəti məşqi - Şəkillər
“Barselona” Qordonun transferini rəsmən açıqladı
Sterlinq narkotikə görə saxlanıldı
Çempionlar Liqasının finalı bu kanallarda
Otamendinin yeni klubu bəlli oldu
Yenidən A seriyasına yüksəldilər
“Nitsa” Liqa 1-də yerini qorudu
Kubokun finalında 2 qol, 2 qırmızı vərəqə
Messi 1-ci, Ronaldo 4-cü - Tarixin ən yaxşıları
Səudiyyə Ərəbistanından Salaha səxavətli təklif
"Şamaxı"da növbəti ayrılıq