Azərbaycan milli komandasının hücumçusu Rauf Əliyev DÇ-2014-ün seçmə mərhələsində Şimali İrlandiyaya qarşı keçirilən oyunla bağlı Qol.Az saytının suallarını cavablandırıb
- Deyəsən, komandamızın erkən qol vurması siz futbolçular üçün də gözlənilməz oldu.
- Doğrudur. Bu, bir tərəfdən yaxşı oldu ki, futbolçularda özünə inam artdı. Amma təəssüf ki, son dəqiqədə qol buraxaraq qələbəni əldən verdik.
- Hesabı saxlamağa nə mane oldu?
- Futbolda belə şeylər olur. Birinci hissədə yaxşı oynadıq. İkinci hissədə isə uduzduğu üçün rəqibin təzyiqi artıracağı gözlənilən idi.
- Buraxılan qol zamanı «canlı sədd»in düzgün qurulmaması fikri ilə razısan?
- Düzü, hələ o epizodun videoyazısına baxmamışam. Amma belə görünür ki, səhvlər var idi. Nə etmək olar? Futbolda belə şeylər də olur.
- Gələk sənin vurduğun qola. Yaddaşım məni aldıtmırsa, bu, sənin futbolçu karyeranda uzaq məsafədən vurduğun ilk qol idi.
- Mənə də elə gəlir. Yaxşı imkan yaxaladım və bu qola imza atdım. Düzü, bu cür qol vuracağıma özüm də inanmırdım.
- Uzun müddət idi ki, fərqlənə bilmirdin. Demək olarmı ki, artıq tilsimi qırdın?
- Həqiqətən də bu qol yerinə düşdü. Çünki mənə qarşı çox təzyiq var idi. Ən başlıcası, qol vurmağım özümə inamı artırdı.
- Səncə, vurduğun bu qol «Qarabağ»ın əsas heyətində yerini möhkəmlətməyə kömək edə bilər?
- Mən klubda da öz oyunumu göstərməliyəm. Millidə qol vurmuşamsa, bunun davamını «Qarabağ»da da gətirməliyəm. Tez-tez fərqlənməliyəm ki, əsas heyətdə daim yer ala bilim.
- Cari Azərbaycan çempionatında hələ qol vura bilməmisən.
- Dünənki oyundan sonra özümə inamım xeyli artıb. Çalışacağam ki, çempionatda da fərqlənim.
- Oyundan sonra AFFA prezidenti sizi təbrik etdi?
- Təbriklər oldu. Amma son dəqiqədə qol buraxmağımız hamımızı məyus etmişdi. Bu da başa düşüləndir.
- Səncə, millimiz dünən bir xal itirdi, yoxsa iki xal qazandı?
- Axırıncı dəqiqədə qol buraxdığımızı nəzərə alsaq, iki xal itirmişik. Amma düzü, oyunun bu cür gedişatına inamımız yox idi.
Ümid AYXAN
Messidən sonra Argentina millisi ilk oyunlarına hazırlaşır
Ronaldonun klubu ağır məğlubiyyətlə üzləşdi
AFFA-da yeni təyinatlar
Mahir oynadı, komandası uduzdu
Mundiala aparılmadı, millidən getmək qərarı verdi
Azarkeş “Barselona”nın futbolçusuna hücum etdi
Zidan Deşamın çağırmadığı futbolçulara şans verir
Derbidəki VAR qərarı hakimlərə baha başa gəldi
Keyndən “Qızıl top”la bağlı qərar
"Azarkeş amili “Kəpəz”in ən güclü tərəfidir"
İkardinin “Latsio”ya transferi təxirə düşdü
"Heç kimdən üzr istəməyəcəyəm"
Ronaldo “Əl-Nəsr”i almağa hazırlaşır?
Misli.az-da "Sürətlə Yeni Mövsümə" kampaniyası başladı!
“Bayer”dən Benzema açıqlaması
La Liqanı Premyer Liqa ilə müqayisə etdi
Simon Banza Yunanıstan klubuna keçdi
Puxaç: "Onların dəyəri yüz milyonlarla avrodur" - Video
"Araz-Naxçıvan" iki legioner futzalçı transfer etdi
Azərbaycan 1-ci liqasının nöqsanları
Çempionlar Liqasının finalları bu şəhərlərdə
"Trabzonspor" onunla danışıqlara başladı
UEFA Superkuboku Qazaxıstanda - Rəsmi
Qalmaqallı VAR qərarına görə hakimlər cəzalandırıldı
"Arsenal"dan Arteta qərarı
AFFA "Kəpəz"i cərimələdi
Rodri: "Çempionlar Liqasının favoriti deyilik"
"Fənərbaxça"nın uğursuz çıxışı tənqid olunur
“Əsas millimizdə oynamaq istəyirəm. Niyə də yox?” - Video
"Milan"dan ayrılan Bennaser Qətər klubuna keçdi
PSJ-də itki
Kivu: "Mükəmməl deyilik"
Azərbaycandan ayrıldı, aşağı liqa klubuna keçdi
"Sabahın ulduzları": "Zirə" və "Sabah"dan qələbə
Murad Musayev: "Qol vurmaq problemə çevrilib" - Video
8 həftə oynamayacaq
Vüsal İsgəndərlidən bu mövsümdə 4-cü qol
Koutinyonun yeni klubu açıqlandı
Cəlal oynadı, komandası 1 xal qazandı
“Roma”dan ardıcıl dördüncü qələbə - Video
Şeydayev oynadı, "Soçi" geridönüş etdi
“Fənərbaxça” səfərdə büdrədi
Rüfətin komandası uduzdu
Azərbaycan klublarının yay transferləri - Yenilənir