“Kəpəz” klubunun baş məşqçisi Mahmud Qurbanovun Qol.Az saytına müsahibəsi
- Premyer Liqada yaranmış fasilə zamanı nə kimi işləri görürsünüz?
- Gün ərzində iki dəfə məşq etmək kifayətlənirik. Qarşıdakı çempionat oyunlarına hazırlaşırıq.
- Mingəçevirdə “Simurq”la keçirdiyiniz yoxlama görüşündə 1:2 hesabıyla məğlub oldunuz. Komandanızın çıxışından nə dərəcədə razı qaldınız?
- Bu, yoxlama oyunu olduğu üçün bəzi mövqelərdə yeni futbolçularımızı sınaqdan keçirdik. Bəziləri qənaətbəxş təsir bağışladı. Düzü, bir çox mövqelərdə problemlərimiz də çıxdı. Çalışacağıq ki, “Qəbələ” ilə oyuna qədər bunları aradan qaldıraq. Çempionat oyununa kimi zədələrimiz sağalsa, daha ümidli olarıq. O ki qaldı qeydə alınan nəticəyə, yoxlama oyunu olduğu üçün uduzmağımız normaldı.
- Yeni sınaqdan keçirdiyiniz futbolçuların çıxışı sizi qane etdimi?
- Bəzilərinin oyunu məni qane etdi, bəzilərinin isə yox.
- Sizcə, çempionatda bu qədər fasilənin yaranması nə dərəcədə düzgündür? Ümumiyyətlə, bu amil komandaların oyununa nə kimi mənfi təsir göstərə bilər?
- Ola bilsin hansısa klublara xeyir verdi, hansısa klubun isə ziyanına işlədi. Lakin düşünürəm ki, bizə o qədər də mənfi təsir göstərməyəcək. Çünki komandamızda problemlər çox idi. Həmçinin ehtiyat skamyamız kasad olduğundan fiziki baxımdan uşaqlarda yorğunluq vardı. Bir az dincələ bildilər. Bəzi zədəli futbolçularımız isə “Qəbələ” ilə oyuna qədər sağalacaq. Sözsüz ki, peşəkar tərəfdən yanaşsaq, çempionatda bu qədər fasilənin yaranması düzgün deyil. Bu, millinin daha yaxşı nəticə qazanmasına hesablanmış bir addımdır. Lakin başqa tərəfdən klublar bu fasilədə ziyan çəkir. Belə uzunmuddətli fasilələr çox olur. Bir çox klub rəhbəri də milli komandanın uğru naminə etiraz etmir. Hər kəs bu səbəbdən razılaşır.
- “Qəbələ” ilə çempionat oyunu haqda nə düşünürsünüz?
- Bizi çox çətin qarşılaşma gözləyir. Rəqib dalbadal iki oyunda “Qarabağ” və “Neftçi” kimi klubları məğlub edib Bizi asan oyun gözləmir. Lakin səfərə məğlub olmaq üçün yollanmırıq. İmkan dərəcəsində evə xalla dönməyi düşünürük. Çünki turnir cədvəlindəki vəziyyətimiz yaxşı deyil. Hazırda vəziyyət elədir ki, istənilən güclü klubdan xal almaq mümkündür.
Əli HƏYATİ
Messidən sonra Argentina millisi ilk oyunlarına hazırlaşır
Ronaldonun klubu ağır məğlubiyyətlə üzləşdi
AFFA-da yeni təyinatlar
Mahir oynadı, komandası uduzdu
Mundiala aparılmadı, millidən getmək qərarı verdi
Azarkeş “Barselona”nın futbolçusuna hücum etdi
Zidan Deşamın çağırmadığı futbolçulara şans verir
Derbidəki VAR qərarı hakimlərə baha başa gəldi
Keyndən “Qızıl top”la bağlı qərar
"Azarkeş amili “Kəpəz”in ən güclü tərəfidir"
İkardinin “Latsio”ya transferi təxirə düşdü
"Heç kimdən üzr istəməyəcəyəm"
Ronaldo “Əl-Nəsr”i almağa hazırlaşır?
Misli.az-da "Sürətlə Yeni Mövsümə" kampaniyası başladı!
“Bayer”dən Benzema açıqlaması
La Liqanı Premyer Liqa ilə müqayisə etdi
Simon Banza Yunanıstan klubuna keçdi
Puxaç: "Onların dəyəri yüz milyonlarla avrodur" - Video
"Araz-Naxçıvan" iki legioner futzalçı transfer etdi
Azərbaycan 1-ci liqasının nöqsanları
Çempionlar Liqasının finalları bu şəhərlərdə
"Trabzonspor" onunla danışıqlara başladı
UEFA Superkuboku Qazaxıstanda - Rəsmi
Qalmaqallı VAR qərarına görə hakimlər cəzalandırıldı
"Arsenal"dan Arteta qərarı
AFFA "Kəpəz"i cərimələdi
Rodri: "Çempionlar Liqasının favoriti deyilik"
"Fənərbaxça"nın uğursuz çıxışı tənqid olunur
“Əsas millimizdə oynamaq istəyirəm. Niyə də yox?” - Video
"Milan"dan ayrılan Bennaser Qətər klubuna keçdi
PSJ-də itki
Kivu: "Mükəmməl deyilik"
Azərbaycandan ayrıldı, aşağı liqa klubuna keçdi
"Sabahın ulduzları": "Zirə" və "Sabah"dan qələbə
Murad Musayev: "Qol vurmaq problemə çevrilib" - Video
8 həftə oynamayacaq
Vüsal İsgəndərlidən bu mövsümdə 4-cü qol
Koutinyonun yeni klubu açıqlandı
Cəlal oynadı, komandası 1 xal qazandı
“Roma”dan ardıcıl dördüncü qələbə - Video
Şeydayev oynadı, "Soçi" geridönüş etdi
“Fənərbaxça” səfərdə büdrədi
Rüfətin komandası uduzdu
Azərbaycan klublarının yay transferləri - Yenilənir