“Turan” klubunun baş məşqçisi Əfqan Talıbov Qol.Az saytının suallarını cavabıandırıb
- Millinin oyunları ilə əlaqədar Premyer Liqada yaranmış bolşluğu necə doldurursunuz?
- Komandaya üç gün fasilə verdim. Noyabrın 9-dan isə məşqləri bərpa etmişik. Gündə iki dəfə məşq prosesimizi davam etdiririk. Qarşıdakı “İnter”lə keçirəcəyimiz oyuna taktiki hazırlıqlar üzərində çalışırıq.
- Çempionatda yaranmış uzun fasilə komandanızın oyununa nə kimi təsir göstərə bilər?
- Əslində təzəcə özümüzə gəlməyə başladığımız zaman fasilə yarandı. Belə fasilələr çempionatda yaranmış ajotajı azaldır. Eyni zamanda bu, uğurlu çıxış etdiyimiz dönəmdə o qədər də ürəkaçan olmadı. Düzdü, bu fasilə hər futbolçuya eyni cür təsir etmir. Kimisi üçünsə müsbət, kimi üçünsə mənfidir. Ancaq hər halda futbolçularda bir az geriləmə olur.
- Ümumiyyəltə, dünya təcrübəsində belə hallara az-az rast gəlinir. Axı, milli komandaya görə daxili çempionatın oyunlarının 15 gün təxirə salınması nə dərəcədə doğrudur?
- Əslində bu bizim işimiz deyil. Lakin gör neçə ildir ki, bu haqda şikayətlər olur. Demək olar ki, bütün klubların rəhbərliyi və baş məşqçilər bu qədər müddətə etiraz edirlər. Əlbəttə, bu, millinin uğurları üçün atılan addımdır. Lakin bu qədər müddət də düşünürəm ki, çoxdur.
- Yeri gəlmişkən, bu gün Şimali İrlandiya ilə qarşılaşacaq millimizin oyunundan hansı nəticə gözləyirsiniz?
- Bir azərbaycanlı olaraq milliyə uğurlar arzulayırıq. Lakin rəqibin çox güclü olduğunu unutmamalıyıq. Rəqib sürətli futbola üstünlük verəcək. Çalışmalıyıq ilk və ikici hissənin 15 dəqiqələrində qapımızdan qol buraxmayaq. Əks halda böyük hesabla uduza bilərik.
Əli HƏYATİ
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"
Çempionlar Liqasının finalından öncə kütləvi dava - Video
Aparıcı klubların hədəfinə düşdü
Azərbaycan millisi Fransaya qalib gələrək qrup lideri oldu
"Liverpul" Arne Slotla yolları ayırdı
Azər Bağırov "Kəpəz"dən getdi - Rəsmi
"Şamaxı"dan ayrılanların sayı 12-yə çatdı
Azərbaycan millisinin növbəti məşqi - Şəkillər
“Barselona” Qordonun transferini rəsmən açıqladı
Sterlinq narkotikə görə saxlanıldı
Çempionlar Liqasının finalı bu kanallarda
Otamendinin yeni klubu bəlli oldu
Yenidən A seriyasına yüksəldilər
“Nitsa” Liqa 1-də yerini qorudu
Kubokun finalında 2 qol, 2 qırmızı vərəqə
Messi 1-ci, Ronaldo 4-cü - Tarixin ən yaxşıları
Səudiyyə Ərəbistanından Salaha səxavətli təklif
"Şamaxı"da növbəti ayrılıq