Azərbaycanın veteran futbolçusu Vidadi Rzayevin Qol.Az saytına müsahibəsi
“İNDİ MÜDAFİƏ FUTBOLU VAXTI DEYİL”
- Sabah milli komandamız dünya çempionatının seçmə mərhələsinində səfərdə Şimali İrlandiyanın qonağı olacaq. Bu görüşdən nə gözləyirsiniz?
- Əlbəttə ki, millimizdə yalnız uğur gözləyirik. Amma təəssüf ki, hər dəfə bu istəyimiz alınmır. Yığmamızın Rusiya seçməsiylə oyununa baxmışdım. Görüşdən sonra danışırlar ki, millimiz belə yaxşı müdafiə olundu, filan. Axı, indi müdafiə futbolu vaxtı deyil. Artıq hamı hücumda oynayır. Hazırda milliyə yaradılan şərait, onun maddi imkanları imkan verir ki, komandamız yaxşı futbol göstərsin. Ümid edirəm ki, sabah millimiz Şimali İrlandiyaya qarşı hücum futbolu oynayacaq.
- Sizcə, millimizdə neçə ildi əsasən müdafiə futboluna üstünlük verən Berti Foqts seçmə oyundan taktikasında dəyişiklik edəcək?
- Mən buna inanmıram, ümid edirəm. O, dörd ildən çoxdur, millinin baş məşqçisidir. Foqts üçün istənilən şərait yaradılıb. Çempionatın oyunlarını onun istəyi ilə tez-tez təxirə salınır, istədiyi vaxt millini Almaniyaya, Dubaya təlim-məşq toplantısına aparır. Vallah, bizim dövrümüzdə belə şeyi nəinki yox idi, bu cür olacağını ağlımıza da gətirməzdik. Amma o dövrdə komandamız az-çox nəsə edirdi. Dörd ildən çox bir komandanın baş məşqçisi olmaq zarafat deyil. Bu müddət ərzində hücumameyilli yaxşı bir komanda yaratmaq olardı. Əgər biz səfərdə də Şimali İrlandiyayla müdafiə futbolu oynayıb məğlub olacağıqsa, o deməkdir ki, artıq millidə həyacan təbili çalmağın zamanı yetişib. Artıq AFFA bir tədbir görməlidir. Millinin baş məşqçisi yerli mütəxəssis olsaydı, onlar da müdafiə futbolunu oynadıb bu nəticəni qazanardılar. Futbolda ən asan şey müdafiə futbolu oynamaqdır. Amma belə olmaz. Bu, biabırçılıqdır.
“MİLLİ KOMANDAMIZ MÜASİR FUTBOLLA AYAQLAŞA BİLMİR”
- Belə başa düşdüm ki, siz də Foqtsa qarşısınız?
- Əgər işlədiyi müddətdə heç nəyə nail olmayıbsa, bəli. Ümumiyyətlə, bilmirəm, Berti Foqtsu niyə gətiriblər? Bəlkə də onun gördüyü müsbət işlər var. Sadəcə, biz onu nədənsə görə bilmirik. Millini 15 gün qabaq bir yerə toplamaqla uğur qazanmaq olmaz. Gərək, millinin məşqçiləri bir-bir klubları gəzsin, yeni istedadlar axtarsın. Çünki milliyə futbolçuları klublar verir. Klublar hazırda öz futbolçularına istənilən şəraiti yaradıb. Millinin məşqçiləri isə öz səhvlərini, çatışmazlıqlarını klubların üstünə atır. Portuqaliya və Rusiya ilə oyunlar göstərdi ki, millimiz müasir futbolla hələ ayaqlaşa bilmir.
- Uzun müddətdir işsiz qalmısımız. Sizə AFFA-dan və ya başqa klublardan işləmək təklifi gəlibmi?
- Heç bir təklif almamışam. Hələ yaxşı ki, siz jurnalistlər məni yada salırsınız. Buna görə sizə minnətdarlığımı bildirirəm.
GÖZLƏYƏK GÖRƏK, AFFA-nın YADINA NƏ VAXT DÜŞƏCƏYİK
- Hazırda milli komandalarımızda almaniya məşqçilər çoxluq təşkil edirlər. Sizin buna münasibətiniz necədir?
- Almanları yığıb gətiriblər bura. Dərd orasıdır ki, nəticə yoxdu. Ağasəlim Mircavadov, Vaqif Sadıqov, Kazbek Tuayevin vaxtında millimiz indikindən yaxşı oynayırdı. O dövlər də beş xal qazanırdıq. Daha indikiylə o vaxtkı arasında nə fərqi oldu? İndi yalnız uğurlu nəticələr qazanmaq lazımdır. Berti Foqts deyir ki, millimizi 2016-cı il Avropa çempionatının final mərhələsinə millimizi çıxaracaq. Gəlin razılaşaq ki, belə oyunla bu mümkün deyil.
- Siz milli haqda çox bədbin düşünürsünüz. Dediklərinizdən belə anlaşılır ki, Şimali İrlandiya ilə oyunda da məğlubiyyət qaçılmaz olacaq.
- Rəqib sürətli və sona qədər mübarizə aparan komandadır. Həmçinin standart vəziyyətləri təhlükəli olur. Əlbəttə ki, komandamıza qələbə arzulayıram. Ən azı heç-heçə etməklərini istiyərdim. Lakin düzü belə oyunla, təkcə müdafiədə oturmaqla böyükhesablı məğlubiyyət də qaçılmaz görünür.
Əli HƏYATİ
Messidən sonra Argentina millisi ilk oyunlarına hazırlaşır
Ronaldonun klubu ağır məğlubiyyətlə üzləşdi
AFFA-da yeni təyinatlar
Mahir oynadı, komandası uduzdu
Mundiala aparılmadı, millidən getmək qərarı verdi
Azarkeş “Barselona”nın futbolçusuna hücum etdi
Zidan Deşamın çağırmadığı futbolçulara şans verir
Derbidəki VAR qərarı hakimlərə baha başa gəldi
Keyndən “Qızıl top”la bağlı qərar
"Azarkeş amili “Kəpəz”in ən güclü tərəfidir"
İkardinin “Latsio”ya transferi təxirə düşdü
"Heç kimdən üzr istəməyəcəyəm"
Ronaldo “Əl-Nəsr”i almağa hazırlaşır?
Misli.az-da "Sürətlə Yeni Mövsümə" kampaniyası başladı!
“Bayer”dən Benzema açıqlaması
La Liqanı Premyer Liqa ilə müqayisə etdi
Simon Banza Yunanıstan klubuna keçdi
Puxaç: "Onların dəyəri yüz milyonlarla avrodur" - Video
"Araz-Naxçıvan" iki legioner futzalçı transfer etdi
Azərbaycan 1-ci liqasının nöqsanları
Çempionlar Liqasının finalları bu şəhərlərdə
"Trabzonspor" onunla danışıqlara başladı
UEFA Superkuboku Qazaxıstanda - Rəsmi
Qalmaqallı VAR qərarına görə hakimlər cəzalandırıldı
"Arsenal"dan Arteta qərarı
AFFA "Kəpəz"i cərimələdi
Rodri: "Çempionlar Liqasının favoriti deyilik"
"Fənərbaxça"nın uğursuz çıxışı tənqid olunur
“Əsas millimizdə oynamaq istəyirəm. Niyə də yox?” - Video
"Milan"dan ayrılan Bennaser Qətər klubuna keçdi
PSJ-də itki
Kivu: "Mükəmməl deyilik"
Azərbaycandan ayrıldı, aşağı liqa klubuna keçdi
"Sabahın ulduzları": "Zirə" və "Sabah"dan qələbə
Murad Musayev: "Qol vurmaq problemə çevrilib" - Video
8 həftə oynamayacaq
Vüsal İsgəndərlidən bu mövsümdə 4-cü qol
Koutinyonun yeni klubu açıqlandı
Cəlal oynadı, komandası 1 xal qazandı
“Roma”dan ardıcıl dördüncü qələbə - Video
Şeydayev oynadı, "Soçi" geridönüş etdi
“Fənərbaxça” səfərdə büdrədi
Rüfətin komandası uduzdu