AZAL klubunun baş məşqçisi Vaqif Sadıqovun Qol.Az saytına müsahibəsi
- Dünən “Şəfa” stadionunda İnter”lə keçirdiyiniz yoldaşlıq görüşündə komandanız 2:5 hesabıyla böyük hesablı məğlubiyyətə uğradı. Matç barədə fikirləriniz necədir?
- Həmin qarşılaşmada 23 futbolçumun hamısına oynamaq imkanı verdim. Belə götürəndə nəticə önəmli deyildi. Oyun ərzində bəzi futbolçuları ayrı-ayrı mövqelərdə yoxladım. Çempionat oyunlarındakı səhvlərimiz “İnter”lə qarşılaşmada da təkrarlandı. Müdafiədə buraxılan kobud səhvlər nəticəsində qapımızda qollar gördük. Yaxşı ki, çempionat oyunundan öncə bəzi çatışmazlıqlarımız üzə çıxdı.
- Yəni məğlubiyyəti sırf müdafiədəki problemlərlə əlaqələndirisiniz?
- Bəli, sırf müdafiənizin səhvləri ucbatından bu qolları buraxdıq. Buna görə də, hələ xeyli işlər görməliyik.
- Ümumiyyətlə, müdafiədən başqa komandanın daha hansı mövqeyində problemləri var?
- Ciddi çatışmazlıq yoxdur. Digər komandalarda olduğu kimi xırda çatışmazlıqlar var. Bunu da tədricən aradan qaldırmağa nail oluruq. Mənim üçün hazırda əsas problem müdafiəmizin sabit oynamamasıdır.
- Bunu yoluna qoymaq üçün qış fasiləsində transfer etməyi nəzərdə tutursunuz?
- Əlbəttə. Lakin deməzdim ki, təkcə müdafiəçi transfer edəcəyik. Hesab edirəm ki, hər mövqedə bizə səviyyəli futbolçular lazımdır. Çalışacağıq ki, komandamızı lazımlı futbolçularla gücləndirək.
- AZAL-ın futbolçusu Aqil Nəbiyev çempionatın ilk beş turunda fiziki baxımdan oyunlara hazır olmadığını, sonradan əla forma topladığını deyib. Oyunlara çıxmamağının səbəbini isə şəxsən sizdən soruşmağı lazim bilib.
- Əlbəttə ki, buna yalnız mən cavab verə bilərəm. Əsas heyətdə 12 nəfər yox, 11 nəfər oynayır. Mən bu gün hansı futbolçunu məsləhət bilirəmsə, onlara da meydanda yer verirəm. Niyə demirsiniz ki, Tərlan Xəlilov, Elşən Məmmədov əsas heyətdən kənarda qalıb, təkcə yalnız Aqil Nəbiyevi soruşursunuz? Yeri gələndə hər birinə özünü göstərmək üçün şans verirəm. Mən bir oyunda Oskarla Juniyoru sınadım. Gördüm məni qane etmədi. Ondan öncə isə Oskarla Usim Undukaya şans verdim. Sonra Juniyorla Aqil Nəbiyevi meydana buraxmışdım. İş ondadır ki, məni tam qane edən futbolçu yoxdur. Yeri gələndə, biz Aqilə hər zaman güvənmişik və güvənəcəyik. O, komandanın kapitanı olduğu üçün mənə hər zaman dəstək olub, komandaya öz köməkliyini göstərir.
Əli HƏYATİ
Messidən sonra Argentina millisi ilk oyunlarına hazırlaşır
Ronaldonun klubu ağır məğlubiyyətlə üzləşdi
AFFA-da yeni təyinatlar
Mahir oynadı, komandası uduzdu
Mundiala aparılmadı, millidən getmək qərarı verdi
Azarkeş “Barselona”nın futbolçusuna hücum etdi
Zidan Deşamın çağırmadığı futbolçulara şans verir
Derbidəki VAR qərarı hakimlərə baha başa gəldi
Keyndən “Qızıl top”la bağlı qərar
"Azarkeş amili “Kəpəz”in ən güclü tərəfidir"
İkardinin “Latsio”ya transferi təxirə düşdü
"Heç kimdən üzr istəməyəcəyəm"
Ronaldo “Əl-Nəsr”i almağa hazırlaşır?
Misli.az-da "Sürətlə Yeni Mövsümə" kampaniyası başladı!
“Bayer”dən Benzema açıqlaması
La Liqanı Premyer Liqa ilə müqayisə etdi
Simon Banza Yunanıstan klubuna keçdi
Puxaç: "Onların dəyəri yüz milyonlarla avrodur" - Video
"Araz-Naxçıvan" iki legioner futzalçı transfer etdi
Azərbaycan 1-ci liqasının nöqsanları
Çempionlar Liqasının finalları bu şəhərlərdə
"Trabzonspor" onunla danışıqlara başladı
UEFA Superkuboku Qazaxıstanda - Rəsmi
Qalmaqallı VAR qərarına görə hakimlər cəzalandırıldı
"Arsenal"dan Arteta qərarı
AFFA "Kəpəz"i cərimələdi
Rodri: "Çempionlar Liqasının favoriti deyilik"
"Fənərbaxça"nın uğursuz çıxışı tənqid olunur
“Əsas millimizdə oynamaq istəyirəm. Niyə də yox?” - Video
"Milan"dan ayrılan Bennaser Qətər klubuna keçdi
PSJ-də itki
Kivu: "Mükəmməl deyilik"
Azərbaycandan ayrıldı, aşağı liqa klubuna keçdi
"Sabahın ulduzları": "Zirə" və "Sabah"dan qələbə
Murad Musayev: "Qol vurmaq problemə çevrilib" - Video
8 həftə oynamayacaq
Vüsal İsgəndərlidən bu mövsümdə 4-cü qol
Koutinyonun yeni klubu açıqlandı
Cəlal oynadı, komandası 1 xal qazandı
“Roma”dan ardıcıl dördüncü qələbə - Video
Şeydayev oynadı, "Soçi" geridönüş etdi