Azərbaycan milli komandasının sabiq hücumçusu Samir Əliyevin Qol.Az saytına müsahibəsi
- İki gün sonra millimiz DÇ-2014 ilin seçmə mərhələsində millimiz səfərdə Şimali İrlandiyayla qarşılaşacaq. Yığmamızın sabiq üzvü kimi bu görüş haqda fikirlərini bilmək maraqlı olardı.
- Əgər irlandlar səfərdə Portuqaliya ilə heç-heçə ediblərsə, deməli, zəif komanda deyillər. Rəqibin futbolçularının əksəriyyəti İngiltərə, Şotlandiya klublarında forma geyinirlər. Məncə, millimiz üçün asan olmayacaq.
- Vaxtı ilə sən də bu yığmaya qarşı oynamısan. Səncə, hansı vaxtdakı Şimali İrlandiya daha güclüdür?
- Mən onlara qarşı oynadığımız matçda 0:2 hesabıyla məğlub olmuşduq. Lakin indi daha güclü olduqlarını düşünürəm. Çünki hazırda daha çox sürətli futbola üstünlük verirlər. Hava mübarizələrində üstünlükləri var. Mən oynadığım zamanda da onların stadionu ağzına qədər dolu olurdu. Möhtəşəm azarkeş dəstəyinə malikdirlər.
- Bəs bizim yığmamıza çağırılan futbolçuların səviyyəsi sən qane edirmi?
- Elə eyni futbolçular milliyə çağırılır. Uzaqbaşı 1-2 futbolçu dəyişikliyi olur. Berti Foqtsun komandasında demək olar ki, daim eyni futbolçuları görürük. Həmçinin, oyunları da eyni üslubdadır. Millimizin oyununda maraqlı, futbola rəng qatan nəsə görmürəm. Futbolçuları qınamıram. Meydana çıxanda nə bacarırlar onu da edirlər.
- Sənin fikrincə, İsrail, Portuqaliya və Rusiyayla oyunlarda komandamız necə təsir bağışladı?
- Hər bir komandanın özünəməxsus oyun üslubu olur. Lakin bu, bizdə yoxdur. Mən hələ elə bir gözəçarpan yenilik görmürəm. Elə köhnədə qalmışıq.
- Millimiz Şimali İrlandiya ilə budəfəki görüşdə nəyə ümid edə bilər?
- Real danışsaq, indi yığmamız elə bir gücə malik deyil ki, səfərdə rəqibə qarşı hücum futbolu oynasın. Düşünürəm ki, yenə də müdafiə olunaraq, əks-hücumdan istifadə etməyə çalışacaqlar. Bunun nə dərəcədə yaxşı alınacağını söyləyə bilmərəm. Yəqin ki, Berti Foqts rəqibin hava toplarında və standart vəziyyətlərdə güclü olduğunu nəzərə alıb. Çünki onların əsas silahlar elə budur.
- Oyun üçün proqnozun nədir?
- Şanslar 60/40-a Şimali İrlandiyanın xeyrinədir.
Əli HƏYATİ
Messidən sonra Argentina millisi ilk oyunlarına hazırlaşır
Ronaldonun klubu ağır məğlubiyyətlə üzləşdi
AFFA-da yeni təyinatlar
Mahir oynadı, komandası uduzdu
Mundiala aparılmadı, millidən getmək qərarı verdi
Azarkeş “Barselona”nın futbolçusuna hücum etdi
Zidan Deşamın çağırmadığı futbolçulara şans verir
Derbidəki VAR qərarı hakimlərə baha başa gəldi
Keyndən “Qızıl top”la bağlı qərar
"Azarkeş amili “Kəpəz”in ən güclü tərəfidir"
İkardinin “Latsio”ya transferi təxirə düşdü
"Heç kimdən üzr istəməyəcəyəm"
Ronaldo “Əl-Nəsr”i almağa hazırlaşır?
Misli.az-da "Sürətlə Yeni Mövsümə" kampaniyası başladı!
“Bayer”dən Benzema açıqlaması
La Liqanı Premyer Liqa ilə müqayisə etdi
Simon Banza Yunanıstan klubuna keçdi
Puxaç: "Onların dəyəri yüz milyonlarla avrodur" - Video
"Araz-Naxçıvan" iki legioner futzalçı transfer etdi
Azərbaycan 1-ci liqasının nöqsanları
Çempionlar Liqasının finalları bu şəhərlərdə
"Trabzonspor" onunla danışıqlara başladı
UEFA Superkuboku Qazaxıstanda - Rəsmi
Qalmaqallı VAR qərarına görə hakimlər cəzalandırıldı
"Arsenal"dan Arteta qərarı
AFFA "Kəpəz"i cərimələdi
Rodri: "Çempionlar Liqasının favoriti deyilik"
"Fənərbaxça"nın uğursuz çıxışı tənqid olunur
“Əsas millimizdə oynamaq istəyirəm. Niyə də yox?” - Video
"Milan"dan ayrılan Bennaser Qətər klubuna keçdi
PSJ-də itki
Kivu: "Mükəmməl deyilik"
Azərbaycandan ayrıldı, aşağı liqa klubuna keçdi
"Sabahın ulduzları": "Zirə" və "Sabah"dan qələbə
Murad Musayev: "Qol vurmaq problemə çevrilib" - Video
8 həftə oynamayacaq
Vüsal İsgəndərlidən bu mövsümdə 4-cü qol
Koutinyonun yeni klubu açıqlandı
Cəlal oynadı, komandası 1 xal qazandı
“Roma”dan ardıcıl dördüncü qələbə - Video
Şeydayev oynadı, "Soçi" geridönüş etdi