Zeynal Məmmədovdan sərt açıqlamalar

Zeynal Məmmədovdan sərt açıqlamalar
MÜSAHİBƏ 12 Noyabr 2012 / 15:05 4492
-  A +

“Bakı” klubunun vitse-prezidenti Zeynal Məmmədovun Qol.Az saytına müsahibəsi

- Hazırda “Bakı” turnir cədvəlindəki aşağı pillələrdə qərarlaşıb. Yaranmış bu durumla bağlı fikirləriniz necədir?

- Belə bir yüksək səviyyədəki şərait qarşılığında göstərilən nəticə faciəvidir. Hətta faciədən də betərdir. Mən komandanın 11-ci pillədə olmasını qəbul edə bilmirəm. Düzdü, yeni adaptasiya olunmamış futbolçularımız var.  Amma bəzi futbolçulrımızın özlərini yuxarıdan aparması nəticəyə təsir edir. Onlara sual verdim ki, müsahibələrinizdə deyirsiniz, Azərbaycan çempionatı digər çempionatlardan qat-qat aşağıdır. Bəs niyə qol vura bilmirsiniz? Bunu izah edin biz də başa düşək. Cavab verə bilmədilər. Artıq səbr kasamız dolub. Klubun son iclasında bir çox vacib qərar qəbul etdik. Son hadisələrlə bağlı klubun prezidenti Hafiz Məmmədovu məlumatlandırıram. Mətbuatda yazılır ki, futbolçiların maaşı kəsilib. Biz maaş məsələsində problem yaratmırıq. Bu, peşəkarlığa sığmaz. Ancaq futbolçular aldığı pulun qarşılığını verməlidirlər. Mən bu gün ayda 300-400 manat maaş verdiyim əvəzediçiləri də gətirib oynatsam, onlar da 11-ci pillədə gedəcək. Daha onda sənin əvəzedicilərdən nə fərqin? Legioner futbolçulara dedim 15-20 min maaş alırsənız, əvəzedicilərin futbolçuları səndən qat-qat az qazanır. Lakin eyni nəticə göstərirsiniz. Bu fikrimə heç bir futbolçu cavab verə bilmədi. Lakin biz heç kimin maaşını kəsməmişik. Bir az tikinti olduğu üçün gecikmişdi. Lakin artıq bir aylıq əmək haqlarını artıq vermişəm. Nəticədən asılı olmayaraq. Hər biri deyir ki, bizim müqaviləmiz var və bu qədər pul verməlisiniz. Ancaq biri demir ki, onları kluba gətirəndə hədəfimizin çempionluq və kubokun qazanmaq olduğunu söyləmişik.

- Komandanın kapitanı Cəmşid Məhərrəmov və Evangelos Mantsioz əvəzedicilərin heyətinə cəzalandırıldıqları üçün göndərilib?

- Cəmşid son oyunlarda sabit çıxış etmir, ümidlərimizi doğrultmur. AZAL-la oyunda real qol vəziyyətində topu rahat şəkildə qapıya göndərməkdənsə, güclü zərbəylə kənara vurdu. Axı bu, Cəmşidin yaşına və təcrübəsinə yaraşmaz. Söhbət təkcə ondan getmir. Amma Cəmşid kapitandır. Kapitan özü düşünməlidir ki, niyə mənim komandam bu gündədir. Əgər komandan yaxşı vəziyyətdə deyilsə, birinci elə kapitan əvəzedici heyətə göndərilməlidir. Bunu mən ona demədən özü birinci addım atmalıdır. Evangelos Mantsioza gəlincə, o müsahibəsində deyibr ki, mən Azərbaycanda üç dəfə artıq qazanıram. Amma çempionatları çox zəifdir. Dedim ay qardaş, bəs niyə qol vura bilmirsən? Elə “Kəpəz”ən oyunda iki real qol imkanından yararlana bilmədi. Hər ikisini qapıçının üstünə vurdu. Hətta qapıçıyla təkbətək epizoddan da yararlana  bilmədi. Hələ “Kəpəz”ə qol vura bilmir. Bəs daha güclü klublarla oyunda neyləyəcəksən?

- Xəbərdarlıq etdiyiniz şəxslər arasında baş məşqçi Bojidar Bandoviç də var. Onun məsələsi nə yerdə qaldı?

- Biz çalışdıq ki, peşəkarlığa doğru addım ataq. Ancaq görürəm ki, buna hələ hazır deyillər.  Burda komandanı baş məşqçinin öhdəsinə buraxmaq mümkün deyil. Buraxanda da nəticə belə olur. Bandoviçə də vaxt verilib. Hələ onunla yayda söhbət etdim ki, sənə lazım olmayan futbolçuları göndər. Özünə də demişdim ki, dekabra qədər şans verəcəyəm. Lakin bir çox futbolçumuz zədəlidir. Parks hardasa 3-4 ay oynaya bilməyəcək. Sabah əməliyyata gedəcək. Verpakovskis demək olar ki, getmək üzrədir. O  bu gün üçün 45 dəqiqəlik futbolçudur. Qarşıdakı bir ayda yeddi oyunumuz var. Bu müddət ərzində bilinəcək ki, Bandoviç qalacaq, yoxsa gedəcək. Baş məşqçiyə vaxt vermək lazımdır. İndi dəyişməklə inanmıram nəyəsə nail olaq. Belə baxanda heç-heçələrimizin sayı çoxdur. Ancaq həmin oyunlarda “Bakı” qələbəyə layiq idi. Bizim hazırkı dərdimiz real imkanlardan yararlana bilməməyimizdir. Son nöqtəni qoya bilmirik.

- Onda belə çıxır ki, qış transfer pəncərəsində daha çox hücumçuya üstünlük verəcəksiniz?
 
- Sözsüz ki, çalışıb birinci bu problemi aradan qaldırmalıyıq. Çünki əsas çatışmazlığımız elə yaxşı hücumçunun olmamasıdır. Ən yaralı yerimiz hücum xəttidir.

- Yəqin ki, qış fasiləsində komandanı yenidən quracaqsınız və bir çox oyunçu “Bakı”dan göndəriləcək.

- Əgər belə davam etsə, bəli. Çünki o zaman başqa variant olmayacaq. Bəzi futbolçular özlərini yekəxana aparmamalıdır. Bunu xüsusən Evangelos Mantsioza aid edirəm.

- Bəs yerli futbolçuların bəziləriylə necə, yollarınızı ayırmaq haqda düşünürsünüz? Söz düşmüşkən, gəzən söhbətlərə görə, qapıçınız Aqil Məmmədovu “Xəzər Lənkəran” klubu heyətinə qatmaq istəyir. Bu barədə məlumatınız var?

- Biz yerli futbolçulara daha çox üstünlük veririk.  Çünki bizə qalan elə onlar olacaq. Baş məşqçi özü bunun tərəfdarıdır.  Bandoviç mənə deyir ki, legonerlərdən göndərək, yerliləri cəlb edək. Onları komandada saxlayaq. Ancaq yaxşı futbolçuları. Özünüz bilirsiniz ki, Aqili Məmmədovu bizə Naxçıvandakı komandamızdan gəlib. Biz istəyirik ki, Aqil nəinki “Xəzər Lənkəran”, hətta xarici klubların birində çıxış etsin.  Hazırda Aqil zədəli olduğu üçün meydana çıxmır. Düzdü, Aqil yaxşı bir qapçıdır. Lakin “Qəbələ”lə oyunda kobud səhvə yol vermişdi. Ancaq onu ümumilikdə çox perspektivli qapıçı hesab edirəm. Özünə də demişəm ki, öz üzərində çox çalış.

- Gəlin razılaşaq ki, Edin Nuradinoski də qapısında xeyli qollar görüb və Aqildən birbaş güclü hesab olunmur.

- Edin çox yaxşı qapıçıdır. Son iki matçda da komandasına çox kömək etdi. Lakin mən Aqili hər zaman dəstəkləmişəm. Bundan sonra da. dəstəkləyəcəm. Əgər Aqil komandaya lazım olmasaydı, biz onun əsgərlik məsələsini həll etməzdik. Mən Aqilin özünə bir balaca qardaş kimi də demişəm ki, onun potensialına inanıram. Ona demişəm ki, ağıllı ol, başını aşağı salaraq futbolunu oyna. Sonrası ilə işin olmasın. Hər şey yaxşı olacaq. Mən Aqillə iş birliyinə maraqlıyam. Klubun prezidenti hər birinin xətrini çox istəyir. Ona görə də, uşaqlar Hafiz müəllimin etimadını doğrultmalıdırlar.

- Deyilənə görə, Əfran İsmayılovu komandanıza gətirmək istəyirsiniz. Bu doğrudur?

- Əfran  İsmayılov “Bakı”a gəlmək istəyir. Elə çoxdan hardasa iki il bundan öncə bunu reallışdırmaq istəyirdik. Böyük məmnuniyyətlə onu komandamıza qata bilərik.  Hətta Kamran Ağayevi də heyətimizdə gərmək istərdim. Elə Rauf Əliyev də mənim çox xoşuma gəlir. Onun da “Bakı”nın formasını geyinməyini istərdim.

Əli HƏYATİ

 


 

Daha çox


Son xəbərlər
25.11.24  15:55

"Real"da şok itki