“Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanovun Qol.Az saytına müsahibəsi
- İlk öncə dünən “Bakı”ya qarşı keçirdiyiniz yoxlama oyunu haqda fikirlərini bilmək istərdik. 0:1 hesabı uduzduğunuz gəmin görüşdə komandanızın sərgilədiyi oyun haqda nə deyərdiniz?
- Biz yaxşı rəqiblərdən biriylə qarşılaşdıq. Fikrimcə, hər şey yaxşı alındı. “Bakı”nın bazasındakı əla bir meydançada oynadıq. Komandamın oyununda çatışmazlıqlar oldu. Lakin bu qarşılaşma bizim tam olaraq çempionat oyunlarına hazırlaşmağımız kimi deyildi. İstər-istəməz futbolçularda yükləmə vardı. Ancaq bütün çətinliklərə baxmayaraq, komandanın çıxışından razı qaldım.
- İndi gərək “Qarabağ”la bağlı əsas məsələyə. Lider futbolçularınızdan olan Əfran İsmayılov “Qarabağ”dan gedəcəyini bildirib.
- İstəmirdim ki, bu məsələyə toxunum. Lakin demək istəyirəm ki, Əfran İsmayılov yaxşı futbolçudur. Ona gələcək karyerasında uğurlar arzulayırıq. Ancaq onu da deməyə vacib bilirəm ki, bizdə oynamaq istəməyən futbolçunu komandada saxlamaq istəmirik. Əgər başqa klublarla danışıqlar gedirsə, fikri ordadırsa, o zaman dekabrın sonunu gözləməyə ehtiyac yoxdu. Biz artıq bu gün Əfranı transferə çıxarmaq qərarına gəldik. Bu barədə klub rəhbərliyi ilə görüşərək söhbət etmişəm.
- Əfranın komandadan göndərilməsi təşəbbüsü daha çox siz tərəfinizdən oldu, yoxsa o özü belə istədi?
- Məşqlər zamanı da görürdüm ki, onda əvvəlki istək yoxdur. Ona görə də yanıma çağırıb söhbət etdim. Bildirdim ki, yollarımızı ayırsaq daha yaxşı olar. Əfran özü də bunu normal qarşıladı.
- Klubunuzun direktoru Əmrah Çəlikəlin bildirdiyinə görə, qış fasiləsi zamanı “Qarabağ”da böyük dəyişikliklər gözlənilir.
- Özünüz də görürsünüz ki, bu gün biz Əfranla yollarımızı ayırmaq qərarına gəldik. Ola bilər sabah başqa bir futbolçumuz da digər komandalarla danışıqlar aparacaq. Dəyişiklərin olacağı istisna deyil. Baxmayaraq ki, qış dövründə hazır futbolçu tapmaq çox çətin olur. Çünki onların çoxunun mövsümün sonuna qədər müqaviləsi olur. Ola bilsin bu baxımdan problemlə üzləşəm. Ancaq həmin futbolçuya komandanın ehtiyacı olsa, hər şeyə maksimum hazırıq. Yəni futbolçunun klubuyla müqaviləsi olsa belə, onu sıralarımıza qatmağa çalışacağıq.
- Daha çox hansı mövqeləri gücləndirmək fikrindəsiniz?
- Ümumən hər bir mövqeyə bir futbolçu istərdim. Xüsusən də hücum xəttinə futbolçu götürmək fikrim var. Amma hələ qarşıda oyunlarımız olduğu üçün qəti qərar verməmişik. Yalnız qarşıdakı oyunlardan sonra daha çox hansı mövqeləri gücləndirmək lazım olduğunu biləcəyik. Futbolçularımızın sayını mütləq artırmaq istəyirik. Çünki Ansi Aqollinin, Rəşad Sadıqovun zədələnməsi, hansısa futbolçumuzun vərəqə alanda komanda çətin duruma düşür. Həmçinin, bizi çempionat oyununda sıx qrafik gözləyir. Bu üzdən mütləq komandanı gücləndirmək lazımdır.
- Ötən mövsümün gedişatında Rəşad Sadiqov, bu dəfə Əfran İsmayılov “Qarabağ”dan göndərildi. Son hadisə futbolçularınıza necə təsir edə bilər?
- Mən əvvəllər də bildirmişəm ki, futbolçuda qələbə qazanmaq istəyi çox vacibdir. Bu olandan sonra komandadan kimin getməsi, kimin gəlməsi önəmli deyil. Futbolçu meydanda şərəfini qoruduğu komanda üçün özünü maksimum sərf etməlidir. Ona görə də Əfranın gedişatının futbolçularımıza psixoloji təsir göstərəcəyinə inanmıram. Hər bir futbolçunun həyatında belə bir hallar ola bilər.
- Premyer Liqada növbəti oyununuz “Simurq”a qarşı olacaq. Bu görüşdə şanslarınızı necə qiymətləndirirsiniz?
- Düzü, çətin rəqibdir. Ümumiyyətlə, son vaxtlar onlar bizi yaxşı analiz edə bilir. “Simurq” bu il daha yaxşı çıxış edir. Ona görə də görüşə ciddi hazırlaşırıq. Baxmayaraq ki, millinin oyunları ilə əlaqədar hazırda doqquz futbolçumuz bizimlə bir yerdə məşq etmir. Lakin az bir vaxtımız olsa, bu futbolçularla birgə qısa zamanda hazırlaşmağa çalışacağıq. Əsas məqsədimiz “Simurq”la oyunda qələbə qazanmaqdır.
Əli HƏYATİ
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"
Çempionlar Liqasının finalından öncə kütləvi dava - Video
Aparıcı klubların hədəfinə düşdü
Azərbaycan millisi Fransaya qalib gələrək qrup lideri oldu
"Liverpul" Arne Slotla yolları ayırdı
Azər Bağırov "Kəpəz"dən getdi - Rəsmi
"Şamaxı"dan ayrılanların sayı 12-yə çatdı
Azərbaycan millisinin növbəti məşqi - Şəkillər
“Barselona” Qordonun transferini rəsmən açıqladı
Sterlinq narkotikə görə saxlanıldı
Çempionlar Liqasının finalı bu kanallarda
Otamendinin yeni klubu bəlli oldu
Yenidən A seriyasına yüksəldilər
“Nitsa” Liqa 1-də yerini qorudu
Kubokun finalında 2 qol, 2 qırmızı vərəqə
Messi 1-ci, Ronaldo 4-cü - Tarixin ən yaxşıları
Səudiyyə Ərəbistanından Salaha səxavətli təklif