Azərbaycan milli komandasının və “Qarabağ”ın kapitanı Rəşad Sadıqovun Qol.Az saytına müsahibəsi
- Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının hazırladığı Avropanın ən populyar futbolçuları sırasında sənin də adın var. Bunu necə qarşıladın?
- Həmin sıralamada bir çox ünlü futbolçu var ki, məndən geridə qalıblar. Amma mən onlarla özümü müqayisə etməyi düzgün saymıram.
- Yeri gəlmişkən, ən çox maraq doğuran da budur. Sami Xedira, Samir Handonoviç, Erik Abidal, Juan Mata, Robert Levandovski, Nani, Robben kimi futbolçular səndən geri qalıblar.
- Düzü, mən də bilmirəm ki, bu sıralamanı necə tərtib ediblər. Mənimlə bağlı məsələni şişirtmək lazım deyil. Çünki mən Avropada populyar futbolçu deyiləm. Bu futbolçulardan öndə olmağımın səbəbini deyə bilmərəm. Yəqin ki, nəyəsə əsasən belə siyahı hazırlayıblar.
- Əslində söhbətimizin əsas mövzusu bu deyil. Səninlə milli komanda haqda danışmaq istəyirdim. Komandamızın noyabrın 14-də səfərdə Şimali İrlandiya ilə keçirəcəyi görüşdən nə gözləyirsən?
- Yığmamızın son iki səfər oyunu göstərdi ki, səfərdə mübarizə apara bilərik. Xüsusilə də Rusiya ilə oyunu qeyd edərdim. Əgər komandamız Moskvadakı kimi mübarizə aparsa, uğurlu nəticə əldə edə bilər.
- Rəqib sürətli və sona qədər mübarizə aparan komandadır. Onların Portuqaliya ilə oyunu da buna sübutdur.
- Yəqin ki, məşqçilər korpusu rəqibin güclü və zəif mövqelərini bilirlər. İnanıram ki, matça qədər uşaqları oyuna istənilən səviyyədə kökləyə biləcəklər. Əslində biz Şimali İrlandiyaya qarşı iki dəfə oynamışıq. Hər iki oyunda da iştirak etmişdim. Fikrimcə, bu komandaya qarşı oynamaq olar.
- Amma bu görüşdə müdafiə xəttində problemlərimiz var. Nə sən, nə də Mahir Şükürov britaniyalılara qarşı oynayacaq.
- Hər halda, məşqçilər bu boşluğu doldurmaq üçün nəsə edəcəklər. Gərək biz rəqibdən çəkinməyək. Top bizdə olarkən onu özümüzdə daha çox saxlamalıyıq. Əgər müdafiəyə otursaq, bizim üçün çox çətin olacaq. Çünki rəqibin çoxsaylı hücümlar etməsinə şərait yaradacağıq. Mən səfər qarşılaşmalarında daha aktiv oynamağımıza üstünlük verərdim.
- Rəqibin hansı özəlliyini qedy edərdin?
- Britaniya ölkələri atletik futbolu sevirlər, standart vəziyyətlərindən çox gözəl yararlanmağı bacarırlar. Mən bunları daha təhlükəli hesab edirəm. Çalışmaq lazımdır ki, cərimə meydançamız yaxınlığında az qayda pozuntusuna yol verək. Belə olan halda rəqibin üstünlüyü azala bilər.
- Yığmamızın şanslarını necə görürsən?
- Mən inanıram ki, Azərbaycan yığması məğlub olmayacaq. Ən azı heç-heçəylə qayıdacaq.
- Sənin, Mahir Şükürovun və Kamran Ağayevin yoxluğunda kapitan sarğını kim daşıyacaq?
- Məşqçilər korpusu kimi məsləhət bilsə, kapitan da o olacaq. Ancaq düşünürəm ki, Kamran Ağayevin yoxluğunda bu sarğı Ruslan Abışova həvalə olunacaq. Ruslanda bu kefiyyətlər var. Komanda yoldaşlarıyla yaxşı ünsiyyət qurmağı bacarır. Ruslan komandanı arxasınca apara biləcək bir futbolçudur.
Əli HƏYATİ
Şamaxıda vurulan 6 qol - Video
"Qarabağ"ın prezidenti "Neftçi"yə təşəkkür etdi
"C Liqasına qayıdacağımıza inanıram” - Ayxan Abbasov
Benzemaya görə matçlara çıxa bilməyəcəklər
UEFA Millətlər Liqasının püşkü atıldı
"Atalanta"nın futbolçusu sıradan çıxdı
Millimizin rəqibləri bəlli oldu - Millətlər Liqası
"Qarabağ" – "Nyukasl" matçına nə qədər bilet satılıb?
"Neftçi" - "Qarabağ" oyunu təxirə salındı
“Zirə” millinin üzvünü heyətinə qatdı - Rəsmi
Məşhur məşqçi oyun zamanı huşunu itirdi
UEFA-dan avrokuboklara qatıla bilməyən klublara böyük dəstək
Balotelli yeni klubunda irqçi təhqirlərə məruz qaldı
1-ci liqada 14-cü turun ilk matçları baş tutdu
"Fənərbaxça"nın rəqibi 3-cü dəfə baş məşqçisini qovdu
Messiyə görə matç təxirə salındı
"Real"da ciddi itkilər var
Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı
"Sumqayıt" hücumçu transfer etdi
Millimiz Rusiya, Özbəkistan və Belarusla eyni turnirdə
Levandovski qərarını verdi
"Liverpul" üçün şok: O da zədələndi
Postekoqlu od püskürdü
Tomas Tuhel daha 2 il İngiltərə millisində - Rəsmi
"Turan Tovuz" Berdıyev üçün apellyasiya şikayəti edəcək
Şahruddinə görə 12 xalları silindi
AFFA rəhbərliyi UEFA-nın Konqresində
"Neftçi"ni dirildən adam
Şəhriyar Məmmədyarovdan heç-heçə, Nicat Abasov uduzdu
“Qarabağ” – “Nyukasl”: Biletlərin qiymətləri