“Neftçi”nin və Azərbaycan milli komandasının müdafiəçisi Mahir Şükürovun Qol.Az saytına müsahibəsi
- İlk öncə Avroliqada “Rubin”ə məğlub olduğunuz görüş haqda danışmağınızı istərdik.
- Əvvəlcə, bizi bu görüşdə dəstəkləməyə gələn azarkeşlərə öz təşəkkürümü bildirirəm. Oyuna gəldikdə, əgər Flavinyo 3-cü dəqiqədə qapıçıyla təkbətək epizodda qol vursaydı, nəticə başqa cür olar və rəqibin planlarını pozardı. Onlar irəli atılaraq hesabı bərabərləşdirmək istərkən isə ikinci qolu da vura bilərdik. Amma heyf ki, Flavinyo həmin imkandan yararlana bilmədi və vurmayana-vurarlar prinsipi işə düşdü. Rusiya təmsilçisi bu istəyinə standart vəziyyət zamanı çatdı. Birdə ki, qarşımızda elə-belə komanda yox, Avropa təcrübəsinə malik “Rubin klubu idi. Belə komandalar hər dəqiqə səhv etmirlər. Biz isə bacardığımızı oynadıq.
- Qapınıza qol müdafiənin kobud səhvindən sonra vuruldu.
- Qolu vuran futbolçu Emin Mehdiyev oynayırdı. Bu futbolçu ona tapşırılmışdı. Lakin mən bu qolda onu o qədər də günahlandırmazdım. Çünki hər şey gözlənilmədən baş verdi. Buraxdığımız qoldan sonra özümüzə gəlməyi bacardıq. Rəqibin qapısı önündə xeyli qol imkanımız oldu, lakin son nöqtəni qoya bilmədik.
- Yeri gəlmişkən, deyəsən, həmin oyunda zədə almısan.
- Bəli, oyunun sonlarına yaxın ayğım zədələndim. Topa zərbə vurmaq istəyərkən, ayağım yerə dəydi. Həkim müayinəsindən sonra baş barmağımın çatladığı aydın oldu. Bu səbəbdən millimizin noyabrın 14-də Şimai İrlandiyaya qarşı görüşündə iştirak etməcəyəm. Ən azı 7-10 gün oynamayacağam.
- Bəs, millimizdən nə gözləyirsən?
- Bu qarşılaşma bizim üçün çox çətin olacaq. Çünki rəqib sırf ingilis futbolu oynayır. Onların sürəti və təzyiqinə tab gətirmək asan deyil. Lakin istənilən halda rəqibdən xal almaq mümkündür. Sadəcə bu görüşdə çox çalışmaq lazım gələcək. Əgər bu olsa, xal ala bilərik. Biz zamanında çox güclü komandaya başağrısı olmuşuq.
Əli HƏYATİ
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"
Çempionlar Liqasının finalından öncə kütləvi dava - Video
Aparıcı klubların hədəfinə düşdü
Azərbaycan millisi Fransaya qalib gələrək qrup lideri oldu
"Liverpul" Arne Slotla yolları ayırdı
Azər Bağırov "Kəpəz"dən getdi - Rəsmi
"Şamaxı"dan ayrılanların sayı 12-yə çatdı
Azərbaycan millisinin növbəti məşqi - Şəkillər
“Barselona” Qordonun transferini rəsmən açıqladı
Sterlinq narkotikə görə saxlanıldı
Çempionlar Liqasının finalı bu kanallarda
Otamendinin yeni klubu bəlli oldu
Yenidən A seriyasına yüksəldilər
“Nitsa” Liqa 1-də yerini qorudu
Kubokun finalında 2 qol, 2 qırmızı vərəqə
Messi 1-ci, Ronaldo 4-cü - Tarixin ən yaxşıları
Səudiyyə Ərəbistanından Salaha səxavətli təklif