Azərbaycan millisinin sabiq baş məşqçisi Şahin Diniyev noyabrın 14-də baş tutacaq dünya çempionatnının seçmə mərhələsinin Şimali İrlandiya – Azərbaycan oyunu ilə bağlı Qol.Az saytının suallarını cavablandırıb
- Qarşıdakı matç haqda fikirləriniz necədir?
- Millimiz bu seçmə mərhələdə dördüncü görüşünə çıxacaq. Komandamızın hələ sabit oyunu yoxdur. Sabit oyun olmayan yerdə isə yaxşı nəticə qazanmaq çətin olur. Yalnız İsrail yığmasıyla normal oyun sərgiləyə bilmişdik. Qalan matçlarda isə biz bunun şahidi olmadıq. Hazırda bu problem olaraq qalmaqdadır. Bütün bunlar onu düşünməyə əsas verir ki, millimiz bu dəfə də oyunu müdafiədən quracaq.
- Simali İrlandiya Portuqaliyayla 1:1 hesabıyla heç-heçə etdi. Bundan sonra onlarda ruh yüksəkliyi daha da artıb. Belə olan halda komandamızı səfərdə hansı nəticə gözləyə bilər?
- Mən deyə bilmərəm ki, seçməmiz səfərdən yaxşı nəticəylə qayıdacaq. Onlar portuqaliyalılarla sona qədər mübarizə aparıb, səviyyəli yüksəkdir, fiziki cəhətdən güclüdürlər. Bu baxımdan millimizi çətin bir oyun gözlədiyini indidən zənn etmək olar.
- Sizcə, Azərbaycan millisi rəqibin sürətli oyununun qarşısını almaq üçün nə etməlidir?
- Əgər yığmamız topa nəzarət edə bilsə və daha çox mərkəzdə mübarizəyə üstünlük versə, yaxşı nəticəyə nail ola bilər. Futbolçularımız daha çox yer ötürmələriylə oynamalıdır. Çünki irlandlar daha çox hava toplarında təhlükəli olurlar. Onlar standart vəziyyətlərdən fərqlənməyi sevirlər.
- Futbolçularımız səfərdən ən azı bir xalla dönə biləcəklərinə inanırlar. Bu nə dərəcədə realdır?
- Düzü, millimizin xal qazanacağı real görünmür. Amma unutmayaq ki, futbolda sensasiyalar olur. Bu mənada, istənilən nəticə qazanmaq mümkündür.
Əli HƏYATİ
Messidən sonra Argentina millisi ilk oyunlarına hazırlaşır
Ronaldonun klubu ağır məğlubiyyətlə üzləşdi
AFFA-da yeni təyinatlar
Mahir oynadı, komandası uduzdu
Mundiala aparılmadı, millidən getmək qərarı verdi
Azarkeş “Barselona”nın futbolçusuna hücum etdi
Zidan Deşamın çağırmadığı futbolçulara şans verir
Derbidəki VAR qərarı hakimlərə baha başa gəldi
Keyndən “Qızıl top”la bağlı qərar
"Azarkeş amili “Kəpəz”in ən güclü tərəfidir"
İkardinin “Latsio”ya transferi təxirə düşdü
"Heç kimdən üzr istəməyəcəyəm"
Ronaldo “Əl-Nəsr”i almağa hazırlaşır?
Misli.az-da "Sürətlə Yeni Mövsümə" kampaniyası başladı!
“Bayer”dən Benzema açıqlaması
La Liqanı Premyer Liqa ilə müqayisə etdi
Simon Banza Yunanıstan klubuna keçdi
Puxaç: "Onların dəyəri yüz milyonlarla avrodur" - Video
"Araz-Naxçıvan" iki legioner futzalçı transfer etdi
Azərbaycan 1-ci liqasının nöqsanları
Çempionlar Liqasının finalları bu şəhərlərdə
"Trabzonspor" onunla danışıqlara başladı
UEFA Superkuboku Qazaxıstanda - Rəsmi
Qalmaqallı VAR qərarına görə hakimlər cəzalandırıldı
"Arsenal"dan Arteta qərarı
AFFA "Kəpəz"i cərimələdi
Rodri: "Çempionlar Liqasının favoriti deyilik"
"Fənərbaxça"nın uğursuz çıxışı tənqid olunur
“Əsas millimizdə oynamaq istəyirəm. Niyə də yox?” - Video
"Milan"dan ayrılan Bennaser Qətər klubuna keçdi
PSJ-də itki
Kivu: "Mükəmməl deyilik"
Azərbaycandan ayrıldı, aşağı liqa klubuna keçdi
"Sabahın ulduzları": "Zirə" və "Sabah"dan qələbə
Murad Musayev: "Qol vurmaq problemə çevrilib" - Video
8 həftə oynamayacaq
Vüsal İsgəndərlidən bu mövsümdə 4-cü qol
Koutinyonun yeni klubu açıqlandı
Cəlal oynadı, komandası 1 xal qazandı