“Xəzər Lənkəran” klubunun sabiq baş məşqçisi Yunis Hüseynovun Qol.Az saytına müsahibəsi
- Komandadan istefa verməyinizin səbəbi nə oldu?
- Bildiyiniz kimi, klubdan tam olaraq ayrılmazdan öncə də vəzifəmdən istefa vermişdim. Lakin rəhbərlik bu qərarımı qəbul etmədi. Ancaq sonradan belə qərara gəldim ki, klubdan ayrılsam, daha yaxşı olar.
- “Xəzər Lənkəran”dan ayrılmaq təkcə sizin qərarınız oldu, yoxsa rəhbərlik də bu haqda fikirləşirdi?
- Mən toplantı zamanı danışdım. Bildirdim ki, vəzifəmdən getməliyəm. Qarşılıqlı razılıq əsasında postumdan getdim.
- Bəs, klub rəhbərliyi bu dəfə də sizi saxlamağa çalışdı?
- Düzü, buna heç ehtiyac olmadı. Çünki mən artıq qəti qərar qəbul etmişdim. Bunu rəhbərliyin özünə də bildirdim. Nəticədə də komandadan ayrıldım.
- Deyilənə görə, “Sumqayıt”la oyunda qeydə alınan nəticə getməyinizdə mühüm rol oynayıb. Bu doğrudur?
- Xeyr, bununla heç bir əlaqəsi yoxdur. Komanda həmin anda dördüncü pillədə gedirdi. Hələ bir oyunumuz da ehtiyatda vardı. Elə də pis nəticə deyildi. Nəzərə almaq lazımdır ki, hazırkı çempionatda bütün lider komandalar xal itirib.
- Belə fikirlər var ki, “Xəzər Lənkəran” rəhbərliyi baş məşqçi olduğunuz dönəmdə sizə yetərincə şərait yaratmayıb, istədiyiniz futbolçular komandaya transfer olunmayıb...
- Yalan danışa bilmərəm. Düzdü, vaxtında istədiyimiz futbolçuları ala bilmədik. Elə futbolçular oldu ki, onların komandaya transfer edilməməsinin səbəbini bilmədim. Gətirə bilmədiyimiz futbolçular mənim çox bəyəndiyim oyunçular idi. Bilmirəm, nəsə problemlər ortaya çıxdı.
- Hətta Mahir Şükürovu da komandaya gətirəcəyinizi demişdiniz. Ancaq bu da alınmadı. Bu, sırf rəhbərliyin fikriydi, yoxsa?
- Əslində mən çox futbolçunu komandamda görmək istəmişəm. Amma bəzilərinin klublarıyla müqavilələri olub, bəziləriylə danışığımız alınmayıb.
- “Xəzər Lənkəran”dan getməyinizə peşman deyilsiniz?
- Niyə peşman olmalıyam? Bu klubda yeddi ay ərzində çalışdım. Fikrimcə, pis nəticələr qazanmamışdım. “Xəzər Lənkəran” çempionatın gümüş medalını qazandı. Hətta ilk dəfə komandanı Avroliqanın ikinci mərhələsinə çıxardım. Hazırda klub turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. Yəni komandanı pis vəziyyətdə qoyub getməmişəm. Bu müddət ərzində də rəhbərliklə heç bir problemim olmayıb. Mən “Xəzər Lənkəran”a növbəti oyunlarında uğurlar arzulayıram.
Əli HƏYATİ
Messidən sonra Argentina millisi ilk oyunlarına hazırlaşır
Ronaldonun klubu ağır məğlubiyyətlə üzləşdi
AFFA-da yeni təyinatlar
Mahir oynadı, komandası uduzdu
Mundiala aparılmadı, millidən getmək qərarı verdi
Azarkeş “Barselona”nın futbolçusuna hücum etdi
Zidan Deşamın çağırmadığı futbolçulara şans verir
Derbidəki VAR qərarı hakimlərə baha başa gəldi
Keyndən “Qızıl top”la bağlı qərar
"Azarkeş amili “Kəpəz”in ən güclü tərəfidir"
İkardinin “Latsio”ya transferi təxirə düşdü
"Heç kimdən üzr istəməyəcəyəm"
Ronaldo “Əl-Nəsr”i almağa hazırlaşır?
Misli.az-da "Sürətlə Yeni Mövsümə" kampaniyası başladı!
“Bayer”dən Benzema açıqlaması
La Liqanı Premyer Liqa ilə müqayisə etdi
Simon Banza Yunanıstan klubuna keçdi
Puxaç: "Onların dəyəri yüz milyonlarla avrodur" - Video
"Araz-Naxçıvan" iki legioner futzalçı transfer etdi
Azərbaycan 1-ci liqasının nöqsanları
Çempionlar Liqasının finalları bu şəhərlərdə
"Trabzonspor" onunla danışıqlara başladı
UEFA Superkuboku Qazaxıstanda - Rəsmi
Qalmaqallı VAR qərarına görə hakimlər cəzalandırıldı
"Arsenal"dan Arteta qərarı
AFFA "Kəpəz"i cərimələdi
Rodri: "Çempionlar Liqasının favoriti deyilik"
"Fənərbaxça"nın uğursuz çıxışı tənqid olunur
“Əsas millimizdə oynamaq istəyirəm. Niyə də yox?” - Video
"Milan"dan ayrılan Bennaser Qətər klubuna keçdi
PSJ-də itki
Kivu: "Mükəmməl deyilik"
Azərbaycandan ayrıldı, aşağı liqa klubuna keçdi
"Sabahın ulduzları": "Zirə" və "Sabah"dan qələbə
Murad Musayev: "Qol vurmaq problemə çevrilib" - Video
8 həftə oynamayacaq
Vüsal İsgəndərlidən bu mövsümdə 4-cü qol