“Neftçi” klubunun sabiq qapıçısı Dmitri Kramarenkonun Qol.Az saytına müsahibəsi
- Dünən Avroliqanın qrup mərhələsində “Neftçi” doğma meydanda bu dəfə də eyni hesabla “Rubin”ə məğlub oldu. Görüş barədə nə deyərdin?
- Həmin qarşılaşmada “Neftçi”nin qol vurmaq üçün bir neçə real şansı oldu. Təəssüf ki, bundan istifadə edə bilmədilər. Məğlub olmalarına gəlincə, rəqibləri çox güclü və Avropa təcrübəsinə malik komandadır. Əslində təmsilçimiz heç də pis təsir bağışlamadı və bacardığı qədər çox çalışırdı.
- Ola bilərmi ki, matçın 16-cı dəqqəsində buraxılan erkən qol komandanı ruhdan saldı?
- Mümkündür. Lakin mən düşünmürəm ki, bu erkən qol “Neftçi”ə psixoloji təsir göstərdi. Çünki qoldan sonra komandamız irəli atılaraq, təhlükəli epizodlar yaratdı. Sadəcə, bu epizodlarda dəqiq ola bilmədilər.
- Necə fikirləşirsən, “Neftçi” rəqibinə hansı göstəricilərdə uduzdu?
- “Neftçi” bu qarşılaşmaya istədiyi kimi hazırlaşa bilməmişdi. Çünki ard-arda oyunların keçirilməsi komandanın fiziki gücünü zəiflətmişdi. “Rubin”lə oyuna hazırlaşmaq üçün çox vaxt da olmadı. Rəqibin cinah və orta sahələri çox yaxşı təsir bağışlayırdı. Fikrimcə, bu zonalarda “Neftçi” rəqibinə məğlub oldu. Lakin mən bu məğlubiyyəti faciə adlandırmazdım. Çünki “Rubin” artıq neçə ildi, Avropa yarışlarında nəhəng komandalarla mübarizə aparıb və çoxlu təcrübə topmayıb.
- Rəqibin məşqçisi Araz Abdullayevin çıxışını çox bəyəndiyini söyləyib. Bəs sən kimin oyununu xüsusi fərqləndirərdin?
- Mən xüsusi olaraq kiminsə oyununu yüksək qiymətləndirmədim. Lakin legionerlərin oyununu bəyənmədim. Çünki belə vacib görüşlərdə onlardan daha yaxşı oynamaldır. Əgər legioner gətirilirsə, yerlidən 2-3 baş güclü təsir bağışlamalıdır. Belə matçlarda oyunu üzərlərinə götürərək, nəyə qadir olduqlarını sübut etməlidirlər.
Əslində yerli futbolçularımız daha yaxşı çıxış etdilər, nəinki bahalı legionerlər. Mən yerli futbolçularımızın “Rubin”lə oyunda göstərdikləri əzmkarlığa heyran qaldım. Flavinyo, Vobay və Bertuççi isə gözlənilən oyunu göstərə bilmədilər.
- “Neftçi”nin bundan sonrakı qrup oyunlarından nə gözləməyə dəyər?
- Qrupdan çıxmaq şansları olmasa da, qarşıdakı iki oyunda rəqiblərinə baş ağrısı olmağa çalışacaqlarını düşünürəm. Çünki “Neftçi” Avropadakı reytinqimizin yüksəlməsi üçün oynayacaq.
Əli HƏYATİ
Messidən sonra Argentina millisi ilk oyunlarına hazırlaşır
Ronaldonun klubu ağır məğlubiyyətlə üzləşdi
AFFA-da yeni təyinatlar
Mahir oynadı, komandası uduzdu
Mundiala aparılmadı, millidən getmək qərarı verdi
Azarkeş “Barselona”nın futbolçusuna hücum etdi
Zidan Deşamın çağırmadığı futbolçulara şans verir
Derbidəki VAR qərarı hakimlərə baha başa gəldi
Keyndən “Qızıl top”la bağlı qərar
"Azarkeş amili “Kəpəz”in ən güclü tərəfidir"
İkardinin “Latsio”ya transferi təxirə düşdü
"Heç kimdən üzr istəməyəcəyəm"
Ronaldo “Əl-Nəsr”i almağa hazırlaşır?
Misli.az-da "Sürətlə Yeni Mövsümə" kampaniyası başladı!
“Bayer”dən Benzema açıqlaması
La Liqanı Premyer Liqa ilə müqayisə etdi
Simon Banza Yunanıstan klubuna keçdi
Puxaç: "Onların dəyəri yüz milyonlarla avrodur" - Video
"Araz-Naxçıvan" iki legioner futzalçı transfer etdi
Azərbaycan 1-ci liqasının nöqsanları
Çempionlar Liqasının finalları bu şəhərlərdə
"Trabzonspor" onunla danışıqlara başladı
UEFA Superkuboku Qazaxıstanda - Rəsmi
Qalmaqallı VAR qərarına görə hakimlər cəzalandırıldı
"Arsenal"dan Arteta qərarı
AFFA "Kəpəz"i cərimələdi
Rodri: "Çempionlar Liqasının favoriti deyilik"
"Fənərbaxça"nın uğursuz çıxışı tənqid olunur
“Əsas millimizdə oynamaq istəyirəm. Niyə də yox?” - Video
"Milan"dan ayrılan Bennaser Qətər klubuna keçdi
PSJ-də itki
Kivu: "Mükəmməl deyilik"
Azərbaycandan ayrıldı, aşağı liqa klubuna keçdi
"Sabahın ulduzları": "Zirə" və "Sabah"dan qələbə
Murad Musayev: "Qol vurmaq problemə çevrilib" - Video
8 həftə oynamayacaq
Vüsal İsgəndərlidən bu mövsümdə 4-cü qol