“Neftçi” klubunun hücumçusu Bahadır Nasimovun Qol.az saytına müsahibəsi
- Bu gün Avroliqada “Neftçi” sabiq komandan “Rubin”lə qarşılaşacaq. Bu görüş haqda hansı fikirdəsən?
- Səfərdəki ilk qarşılaşma göstərdi ki, rəqib çox güclüdür. Həmin oyunda “Rubin” güclü pressinqiylə üzləşdik. Demək olar ki, oynamağa imkan vermirdilər. Bu, onların əsas silahlarından biridir. Rəqib pressinq edən kimi topu itirirdik. Bugünkü oyunda da üstünlük onların tərəfində olacaq. Fikrimcə, bizi çətin matç gözləyir. Onlar daxili çempionatlarında son turlarda qələbə qazanırlar.
- “Rubin”in sabiq bir futbolçusu kimi söyləyə bilərsənmi, onları hansı oyun üslubuyla məğlub etmək olar?
- Hazırda “Rubin”in müdafiəsində problemlər var ki, bundan istifadə etməliyik. Mən Kazan komandasının çempionatdakı oyunlarını izləmişəm. Demək olar ki, hər görüşdə qapılarından qol buraxırlar. Ancaq 2-3 il öncə “Rubin”in ən etibarlı mövqeyi müdafiə idi. İndi isə bu mövqedə çatışmazlıqlar göz qabağındadır. Rəqib hücum edərkən biz onları əks-hücumda cəzalandıra bilərik. Həmçinin, bacardığımız qədər onları topsuz saxlamalıyıq. Yersiz top itkilərinə yol vermədən dəqiq oynamalıyıq.
- Bəs güclü tərəflərini nədə görürsən?
- Yarımmüdafiə və hücumlarını qeyd edərdim. Matçın taleyini istənilən anda dəyişə biləcək futbolçuları var: Kasayev, Gökdəniz Karadəniz... Rusiya klubunun xüsusi özəliyi isə top rəqibdən olan zaman dərhal pressinq edib onu ələ keçirməkdir.
- Komanda yoldaşların fiziki yorğunluqdan əziyyət çəkdiyini söyləyirlər. Belə olan halda güclü komandaya qarşı necə 90 dəqiqə mübarizə aparmaq olar?
- “Neftçi” ilk dəfə Avroliqanın qrupuna vəsiqə qazandığı üçün belə bir vəziyyətlə üzləşib. Ona görə də uşaqlara bir az çətin gəlir. Sözsüz ki, yorğunluq olmalıdır. Lakin mən bu yorğunluğu bütün futbolçularda olduğunu söyləməzdim. Daha çox gənc futbolçular fiziki yorğunluqdan əziyyət çəkirlər. Təcrübəli futbolçular isə sabit çıxış edir. Məsələn, Kanales, Flavinyo və Ramos yorulmayıb. Rəqib komanda da bizim kimi daxili çempionat oyunları keçirir. Sadəcə, bizdən fərqli olaraq onların ehtiyat skamyası daha genişdir. Lakin bu görüşə komanda yoldaşlarım daha yaxşı hazırlaşıblar. Hər kəs məsuliyyəti yaxşı başa düşür.
- Bəs, “Neftçi”nin ən zəif mövqeyi hansıdır?
- Bilirsiniz, rəqib qapılarına qollar vururuq. Lakin öz qapımızdan da həddindən artıq çox top buraxırıq. Müdafiədə gənc futbolçularımızın çox səhvləri olur. Bir təcrübəli müdafiəçi təkcə bütün arxa xətti nəzarətdə saxlaya bilməz. Buna görə də ən zəif mövqeyimizin hazırda müdafiə xəttidir.
- Hazırkı durumun necədir? Nə vaxt səni meydanda görə biləcəyik?
- Artıq fərdi məşqlər edirəm. Daha çox fiziki cəhətdən özümü toparlamağa çalışıram. Gün ərzində 4-5 saat məşq edirəm. Belə davam etsə, çox güman ki, iki həftədən sonra komandayla birgə məşqlərə başlayacağam.
- “Rubin”lə oyunda qələbə şanslarınızı necə görürsən?
- Doğma azarkeşlərin güclü dəstəyi altında var gücümüzlə oynamağa çalışacağıq. Əgər biz İtaliyanın “İnter” klubuyla ikinci hissədə göstərdiyimiz oyunu “Rubin”ə qarşı da sərgiləyə bilsək, onları məğlub edə bilərik.
Əli HƏYATİ
Messidən sonra Argentina millisi ilk oyunlarına hazırlaşır
Ronaldonun klubu ağır məğlubiyyətlə üzləşdi
AFFA-da yeni təyinatlar
Mahir oynadı, komandası uduzdu
Mundiala aparılmadı, millidən getmək qərarı verdi
Azarkeş “Barselona”nın futbolçusuna hücum etdi
Zidan Deşamın çağırmadığı futbolçulara şans verir
Derbidəki VAR qərarı hakimlərə baha başa gəldi
Keyndən “Qızıl top”la bağlı qərar
"Azarkeş amili “Kəpəz”in ən güclü tərəfidir"
İkardinin “Latsio”ya transferi təxirə düşdü
"Heç kimdən üzr istəməyəcəyəm"
Ronaldo “Əl-Nəsr”i almağa hazırlaşır?
Misli.az-da "Sürətlə Yeni Mövsümə" kampaniyası başladı!
“Bayer”dən Benzema açıqlaması
La Liqanı Premyer Liqa ilə müqayisə etdi
Simon Banza Yunanıstan klubuna keçdi
Puxaç: "Onların dəyəri yüz milyonlarla avrodur" - Video
"Araz-Naxçıvan" iki legioner futzalçı transfer etdi
Azərbaycan 1-ci liqasının nöqsanları
Çempionlar Liqasının finalları bu şəhərlərdə
"Trabzonspor" onunla danışıqlara başladı
UEFA Superkuboku Qazaxıstanda - Rəsmi
Qalmaqallı VAR qərarına görə hakimlər cəzalandırıldı
"Arsenal"dan Arteta qərarı
AFFA "Kəpəz"i cərimələdi
Rodri: "Çempionlar Liqasının favoriti deyilik"
"Fənərbaxça"nın uğursuz çıxışı tənqid olunur
“Əsas millimizdə oynamaq istəyirəm. Niyə də yox?” - Video
"Milan"dan ayrılan Bennaser Qətər klubuna keçdi
PSJ-də itki
Kivu: "Mükəmməl deyilik"
Azərbaycandan ayrıldı, aşağı liqa klubuna keçdi
"Sabahın ulduzları": "Zirə" və "Sabah"dan qələbə
Murad Musayev: "Qol vurmaq problemə çevrilib" - Video
8 həftə oynamayacaq
Vüsal İsgəndərlidən bu mövsümdə 4-cü qol