“Qarabağ” klubunun hücumçusu Vaqif Cavadovun Qol.Az saytına müsahibəsi
- Premyer Liqanın XI turu çərçivəsində doğma meydanda “Qəbələ”yə məğlub oldunuz. Bu görüşlə bağlı fikirlərini öyrənək...
- Sözsüz ki, bu oyunda qələbə qazanmağı qarşımıza məqsəd qoymuşduq. Oyun zamanı nə qədər çalışsaq da, bir qoldan artığına gücümüz çatmadı. Çox təəssüflər olsun ki, şansımızı əldən verdik. Deməzdim ki, komanda pis oynadı. Məncə, bu oyunda nəsə çatışmırdı. Müdafiədə yol verdiyimiz səhvlərə görə qapımızdan iki qol buraxaraq, 3 xaldan məhrum olduq.
- İlk hissənin 32 və 34-cü dəqiqələrində komandan ardıcıl iki qol buraxdı. Bunun səbəbini nədə görürsən?
- Belə götürəndə ilk yarının 32-ci dəqiqəsinə qədər “Qəbələ” cərimə meydançamız önündə elə bir təhlükəli vəziyyət yaratmamışdı. Hesab açıldıqdan sonra komanda özünə gəlməmiş rəqib ikinci qolu da vurdu. Belə güclü hücum xəttinə malik rəqibə qarşı oynamaq çətin idi. Xüsusən də gənc oyunçular üçün. Gəlin etiraf edək ki, “Qarabağ”ın üç ən güclü müdafiəçisinin olmaması bu görüşdə öz sözünü dedi. Ancaq mən inanıram ki, baş məşqçimiz hər şeyi düzgün analiz edib. Bu uğursuzluqlara görə baş məşqçimizi günahlandırmaq düzgün deyil. Birlikdə çalışacağıq ki, Qurban müəllimə dəstək olaq.
- İkinci hissənin əvvəllərində təzyiqi artıraraq qol vurmağı bacardınız. Səncə, məğlubiyyətdən qaçmaq üçün komandaya nə çatmadı?
- Düzdü, ikinci yarıya yaxşı başladıq. Elə bunun sayəsində də fərqi azalda bildik. Lakin oyunun sonlarına yaxın rəqib futbolçular topu özlərində saxlayaraq, vaxt öldürməyə çalışırdılar. Belə olan zaman istər-istəməz oyunun tempi aşağı düşürdü. Əslində ikinci hissədə real qol imkanlarımız çox oldu. Sadəcə, yenə bəxt bizdən üz döndərmişdi.
- Premyer Liqanın XII turunda evdə AZAL-ı qəbul edəcəksiniz. Bu görüşdən nə gözləyirsən?
- Artıq “Qəbələ”yə məğlubiyyəti unudub, bütün fikrimizi AZAL-la görüşə yönəltmişik. Bu oyunda 2:6 hesablı məğlubiyyətin revanşını almağa çalışacağıq.
Əli HƏYATİ
1-ci liqada 3 oyun
“Trabzonspor”u çalışdıra bilər
Premyer Liqa tarixinə düşdülər
Alvaresin qol həsrəti davam edir
Azərbaycan boksçularının ilk rəqibləri bəlli oldu
"Karvan-Yevlax"ın qələbəsindən - Video
Ronaldo “Əl-Nəsr”dən gedə bilər
“Qəbələ”dən 1-ci liqa klubuna keçdi
Yamal Flikə müraciət etdi
Bəhlul Mustafazadə yenidən əməliyyat olundu
“Karvan-Yevlax” liderliyə yüksəldi
“İstəyirəm daha çox kubok qaldırım” - Emin Mahmudov
"Sumqayıt"ın əsas kapitanı seçildi
“Kəpəz” bəyanat yaydı
"Tottenhem"in sabiq futbolçusu "Ayaks"da
1-ci liqada həftənin hakimləri məlum oldu
Konte "Mançester Yunayted"in baş məşqçisi ola bilər
Mourinyodan “Real”da ən yaxşı start
“O, “Qarabağ”da yaxşı oynayır” - Marko Rossi
Nəhənglər 18 yaşlı futbolçuya göz dikdi
"İnter Mayami"də yeni baş məşqçi - Rəsmi
"Bolonya" da Tedeskonu göndərdi
Avroliqanın oyunları bu kanalda
“Qəbələ” yeni baş məşqçisini açıqladı
Həyat yoldaşı vəfat etdi