“Sumqayıt” klubunun müdafiəçisi Aftandil Hacıyevin Qol.Az saytına müsahibəsi
- Premyer Liqanın XI turu çərçivəsində dünən doğma meydanda “Xəzər Lənkəran” komandasıyla heç-heçə oynadınız. Bu oyunla bağlı fikirlərini öyrənək...
- Bir çoxları deyir ki, Lənkəran təmsilçisi bizimlə oyunda iki xal itirdi. Mən bununla razı deyiləm. Fikrimcə, bərabər səviyyəli oyun getdi. Hətta biz qələbə qazanmalıydıq. Çünki rəqibə nisbətən daha çox qol epizodları yaratdıq. Sadəcə, qarşılaşmanın sonlarında rəqib təzyiqi artıraraq qol vurmağa nail oldu. Ümumi götürəndə, ədalətli nəticə idi.
- Oyundan öncə “Xəzər Lənkəran”dan xal alacağınızı gözləyirdinmi?
- Hazırda turnir cədvəlində elə bir vəziyyət yaranıb ki, bütün komandalar hər qarşılaşmaya qələbə üçün çıxırlar. Əlbəttə ki, “Xəzər Lənkəran” çox texnikalı komandadır. Onlara qarşı oynayıb, matçdan qalib ayrılmaq asan iş deyil. Lakin qələbə qazanmaq mümkünsüz görünmürdü. Ona görə də "Xəzər Lənkəran"la oyunda da qələbəyə inanırdıq. Necə ki, bunu "Neftçi" və “Bakı” ilə oyunlarda etmişdik. Lakin “Xəzər Lənkəran” kimi güclü rəqibdən bir xal almaq da, yaxşı nəticə hesab olunmalıdır.
- Matçın 56-cı dəqiqəsində komandan sənin vurduğun qol sayəsində hesabda önə keçdi. Səncə, bu üstünlüyü sonadək qorumağa nə mane oldu?
- Hesabda irəli çıxdıqdan sonra komandada sanki boşalma oldu. "Sumqayıt"da futbolçuların əksəriyyəti çox gəncdir. Bərabərlik qolu da məhz gənc futbolçuların ani diqqətsizliyi ucbatından qapımıza vuruldu.
- Necə düşünürsən, buraxılan qolda qapıçınız Səlahət Ağayevin səhvi var idimi?
- Səlahət gənc qapçıdır. Yeri gələndə o belə epizodları yaşamalıdır ki, təcrübə toplasın. Lakin onun potensialının çox yüksək olduğunu söyləyə bilərəm. Əgər belə olmasaydı, milli komandanın heyətinə dəvət almazdı. Ümumi götürəndə, Səlahət “Xəzər Lənkəran”la oyunda komandanı ən azı iki real qol vəziyyətindən xilas etdi.
- Lənkəran təmsilçisiylə görüşdə komandanın aparıcı futbolçularından olan Ceyhun Sultanov oynamırdı. Səncə, Ceyhunun meydanda olmaması görüşün nəticəsinə nə dərəcədə təsir göstərdi?
- Əlbəttə, Ceyhun komandanın liderlərindən biri hesab olunur. Onun təcrübəsinə, gözəl ötürmələrinə komandanın çox ehtiyacı var. Çünki Ceyhun kimi komandada ideal ötürmələr verən ikinci futbolçu yoxdur.
- Hazırda Premyer Liqada turnir cədvəlinin 10-cu pilləsində qərarlaşmısınız. Komandanın bu mövsüm üçün ilk “altılığ”a düşmək şanslarını necə dəyərləndirirsən?
- Komandanın əsas vəzifələrindən biri gənc futbolçular yetişdirib, üzə çıxarmaqdır. Digər məqsədimiz isə ilk “altılığ”a düşməkdir. Turnir cədvəlinə nəzər saldıqda, bunun mümkünlüyünü görmək olar.
Əli HƏYATİ
"Şamaxı" onu da göndərdi
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"
Çempionlar Liqasının finalından öncə kütləvi dava - Video
Aparıcı klubların hədəfinə düşdü
Azərbaycan millisi Fransaya qalib gələrək qrup lideri oldu
"Liverpul" Arne Slotla yolları ayırdı
Azər Bağırov "Kəpəz"dən getdi - Rəsmi
"Şamaxı"dan ayrılanların sayı 12-yə çatdı
Azərbaycan millisinin növbəti məşqi - Şəkillər
“Barselona” Qordonun transferini rəsmən açıqladı
Sterlinq narkotikə görə saxlanıldı
Çempionlar Liqasının finalı bu kanallarda
Otamendinin yeni klubu bəlli oldu
Yenidən A seriyasına yüksəldilər