"DÇ-2014"ün seçmə mərhələsi çərçivəsində noyabrın 14-də səfərdə qarşılaşacağımız Şimali İrlandiya ilə oyuna viza açdırmaq üçün məndən pasportumu istəmişdilər. Bu da məni çox sevindirmişdi. Çünki uzun müddətdən sonra yenidən milliyə dəvət alacağımı gözləyirdim. "Qarabağ"ın əsas heyətində ardıcıl oyunlar keçirməyim də milliyə dəvət almaq ehtimalını artırırdı. Lakin son turda "Qəbələ" ilə görüşdə əsas heyətdə oyanamadığım üçün milliyə dəvət almadım. Bu da mənə psixoloji cəhətdən çox pis təsir etdi".
Bu sözləri Qol.Az-a açıqlamasında "Qarabağ" klubunun qapıçısı Fərhad Vəliyev millinin son təlim-məşq toplanışına çağırılmamasına münasibət bildirərkən deyib.
Bununla belə, F.Vəliyev yenidən milliyə dəvət alacağına ümidvar olduğunu bildirib:
"Ümid edirəm ki, baş məşqçi Qurban Qurbanov yenidən mənə "Qarabağ"ın əsas heyətində şans verəcək. Çünki bu mənim milliyə dəvət almağım üçün əsas amildir. Ümidimi itirmirəm və gələcəyə nikbin baxıram. Milli komandada oynamaq üçün hazıram. Bunu hər zaman sübut etmişəm. Yığmada xeyli uğurlu çıxışlarım da olub. Əgər "Qarabağ"da mütəmadi oynasam, Berti Foqtsun da məni yığmaya çağıracağına inanıram".
1-ci liqada 3 oyun
“Trabzonspor”u çalışdıra bilər
Premyer Liqa tarixinə düşdülər
Alvaresin qol həsrəti davam edir
Azərbaycan boksçularının ilk rəqibləri bəlli oldu
"Karvan-Yevlax"ın qələbəsindən - Video
Ronaldo “Əl-Nəsr”dən gedə bilər
“Qəbələ”dən 1-ci liqa klubuna keçdi
Yamal Flikə müraciət etdi
Bəhlul Mustafazadə yenidən əməliyyat olundu
“Karvan-Yevlax” liderliyə yüksəldi
“İstəyirəm daha çox kubok qaldırım” - Emin Mahmudov
"Sumqayıt"ın əsas kapitanı seçildi
“Kəpəz” bəyanat yaydı
"Tottenhem"in sabiq futbolçusu "Ayaks"da
1-ci liqada həftənin hakimləri məlum oldu
Konte "Mançester Yunayted"in baş məşqçisi ola bilər
Mourinyodan “Real”da ən yaxşı start
“O, “Qarabağ”da yaxşı oynayır” - Marko Rossi
Nəhənglər 18 yaşlı futbolçuya göz dikdi
"İnter Mayami"də yeni baş məşqçi - Rəsmi
"Bolonya" da Tedeskonu göndərdi
Avroliqanın oyunları bu kanalda
“Qəbələ” yeni baş məşqçisini açıqladı