“Qəbələ” klubunun qapıçısı Anar Nəzirovun Qol.Az saytına müsahibəsi
- Premyer Liqanın XI turu çərçivəsində “Qarabağ” üzərində qələbə qazandınız. Matç barədə fikirlərini bilmək istərdik...
- Hər iki komanda üçün üç xal çox vacib idi. Ancaq turnir cədvəlinin sonuncu pillələrində qərarlaşdığımız üçün mütləq qalib gəlməliydik. Ona görə də meydanda var gücümüzlə çalışırdıq. Rəqiblə oyunumuz çox çətin keçdi. Baxmayaraq ki, ilk hisssədə qollar vuraraq hesabda irəli keçsək də, sonradan rəqib üstünlüyü ələ aldı. Hər şeyə rəğmən istəyimizə çatdıq.
- “Turan”la uğursuz nəticədən sonra qələbə qazanacağınıza inanırdınız?
- Düzdü, son turdakı nəticəyə görə çox pis olmuşduq. Sonradan özümüzü toparlayaraq qələbə qazanacağımıza söz verdik. Çünki “Qəbələ” layiq olduğu yerdə deyil. Baxmayaraq ki, iddialı klublarla qarşılaşmalarda yaxşı təsir bağışlamışdıq. Lakin qələbə qazana bilmirdik. İçimizdə qalib gələcəyimizə inam vardı. Ancaq o qədər inamlı şəkildə meydana çıxıb, məğlub olmuşduq ki. Yəni, futbolda qələbə qazanacağını dəqiq bilmək mümkün deyil. İstənilən halda hər şey komandamız üçün yaxşı qurtardı. Bir daha əmin olduq ki, meydanda sona qədər mübarizə aparmaq lazımdır.
- İlk yarının 32 və 34-cü dəqiqələrində qollar vuraraq irəli çıxdınız. Sonradan nə baş verdi ki, oyununuzda sönüklük yarandı. Hətta qapınızda qol da gördünüz?
- Hesabda irəli olduqdan sonra tempi bir qədər aşağı saldıq. Bilirdik ki, ikinci yarıda hesabda geri olan rəqib təzyiqi artıracaq. Ona görə də, əks-hücum taktikasına üstünlük verdik. Ancaq deməzdim ki, bu uzun sürdü. Hardasa 15 dəqiqə rəqibin təzyiqiylə üzləşdik. Sonradan öz oyunumuzu yenidən bərpa etdik. Rəqibə oynamaq üçün imkan yaratmadıq.
- Belə çıxır ki, tempi aşağı salmaq baş məşqçinin tapşırığı deyildi?
- Əslində baş məşqçimiz bizi hər zaman hücum futbolu oynamağa səsləyir. Sadəcə, oyun ərzində belə alındı. Çünki rəqib təzyiqi çox artırmışdı. Şükürlər olsun ki, öhdəsindən gələ bildik. Hesab necə olursa-olsun, əsas məsələ nəticə bizi qane etsin.
- Necə düşünürsən, qapınıza vurulan qolda sənin səhvin vardımı?
- Açığını deyim ki, mən heç topu görmədim. Rəqib futbolçu topu komanda yoldaşımın ayaqları arasından qapıya doğru vurdu. Həmin anda topu ayaq və eyni zamanda əlimlə çıxartmaq istəyirdim. Bax bu iki fikir arasında qalmağım səhv etməyimə səbəb oldu. Tam olaraq fikrimi cəmləyə bilmədim. Heç gözləmirdim ki, rəqib futbolçu topu müdafiəçimizin ayaqları arasından qapıya vursun. Sözün düzü, mən bu topu çıxartmağa borclu idim.
Əli HƏYATİ
1-ci liqada 3 oyun
“Trabzonspor”u çalışdıra bilər
Premyer Liqa tarixinə düşdülər
Alvaresin qol həsrəti davam edir
Azərbaycan boksçularının ilk rəqibləri bəlli oldu
"Karvan-Yevlax"ın qələbəsindən - Video
Ronaldo “Əl-Nəsr”dən gedə bilər
“Qəbələ”dən 1-ci liqa klubuna keçdi
Yamal Flikə müraciət etdi
Bəhlul Mustafazadə yenidən əməliyyat olundu
“Karvan-Yevlax” liderliyə yüksəldi
“İstəyirəm daha çox kubok qaldırım” - Emin Mahmudov
"Sumqayıt"ın əsas kapitanı seçildi
“Kəpəz” bəyanat yaydı
"Tottenhem"in sabiq futbolçusu "Ayaks"da
1-ci liqada həftənin hakimləri məlum oldu
Konte "Mançester Yunayted"in baş məşqçisi ola bilər
Mourinyodan “Real”da ən yaxşı start
“O, “Qarabağ”da yaxşı oynayır” - Marko Rossi
Nəhənglər 18 yaşlı futbolçuya göz dikdi
"İnter Mayami"də yeni baş məşqçi - Rəsmi
"Bolonya" da Tedeskonu göndərdi
Avroliqanın oyunları bu kanalda
“Qəbələ” yeni baş məşqçisini açıqladı