“Neftçi”nin müdafiəçisi Mahir Şükürov bu gün “Rəvan”a qarşı keçiriləcək Premyer Liqanın onuncu turunun oyunu ilə bağlı Qol.Az saytının suallarını cavablandırıb
- Matç barədə fikirlərin necədir?
- Biz rəqibimizə ciddi yanaşırıq. Buna baxmayaraq, bu gün komandamızdan yalnız qələbə gözləyirəm. İnşallah, üç xalı qazanarıq.
- Amma “Rəvan” bir çox iddialı kluba başağrısı olub.
- Əlbəttə, belə komandalarla oyunda ehtiyatlı olmalısan. Yəni demirəm ki, çəkinmirik. Ancaq b Avroliqanın qrup mərhələsində oynayan klub kimi, özümüzü doğrultmaq istəyirik. Bunun üçün çempionatda qələbələri sıralamalıyıq. Məqsədimiz növbəti dəfə çempionluq yaşamaq və Çempionlar Liqasının qrupunda mübarizə aparmaqdır.
- “Rəvan”nın futbolçuları sənə yaxşı tanışdı. Ümumiyyətlə, onlardan hansını xüsusi vurğulamaq istərdin?
- Pis futbolçular deyillər. Lakin mən peşəkar r futbolçuyam. Dünya səviyyəli Kriştiano Ronaldo kimi ulduz futbolçuya qarşı oynamışam. “Rəvan”da oynayan Torresdən niyə çəkinməliyəm? İnanmıram ki, “Rəvan”lı futbolçular mənə problem yaratsın. Əlimdən gələni edəcəyəm ki, komandama qələbə qazandırım.
- Həm milli komanda, həm də Avroliqa oyunları sizi çox yormayıb ki? Bu amil yaxşı nəticə qazanmağınıza mane ola bilərmi?
- Sözsüz ki, yorğunluq var. Bunu etiraf etmək lazımdır. Bundan başqa gah soyuq, gah isti iqlimə düşürsən. Bu da insanən səhhətinə təsir edir. Ancaq bu gün Avropada üç gündən bir oyunlar keçirilir. Biz də artıq Avropayla ayaqlaşmağa məcburuq. Bir tərəfdən də bunu yaxşı hal hesab edirəm. Əgər inkişaf istəyiriksə, buna artıq öyrəşməliyik.
- “Rəvan”la oyunda qələbə şanslarınızı necə dəyərləndirirsən?
- Rusiyaya “Rubin” kimi güclü bir komandayla oyuna qələbə dalınca gediriksə, niyə də bunu “Rəvan”la görüşdə etməyək?
Əli HƏYATİ
“Trabzonspor”u çalışdıra bilər
Premyer Liqa tarixinə düşdülər
Alvaresin qol həsrəti davam edir
Azərbaycan boksçularının ilk rəqibləri bəlli oldu
"Karvan-Yevlax"ın qələbəsindən - Video
Ronaldo “Əl-Nəsr”dən gedə bilər
“Qəbələ”dən 1-ci liqa klubuna keçdi
Yamal Flikə müraciət etdi
Bəhlul Mustafazadə yenidən əməliyyat olundu
“Karvan-Yevlax” liderliyə yüksəldi
“İstəyirəm daha çox kubok qaldırım” - Emin Mahmudov
"Sumqayıt"ın əsas kapitanı seçildi
“Kəpəz” bəyanat yaydı
"Tottenhem"in sabiq futbolçusu "Ayaks"da
1-ci liqada həftənin hakimləri məlum oldu
Konte "Mançester Yunayted"in baş məşqçisi ola bilər
Mourinyodan “Real”da ən yaxşı start
“O, “Qarabağ”da yaxşı oynayır” - Marko Rossi