“Turan”ın baş məşqçisi Əfqan Talıbov bu gün Premyer Liqanın onuncu turunda səfərdə “Qəbələ” üzərində qələbədən (1:0) sonra Qol.Az saytının suallarını cavablandırıb.
- Oyunla bağlı təəssüratlarınız necədir?
- “Qəbələ” doğma meydanda çox yaxşı oyun sərgiləyir. Eyni zamanda səviyyəli legioner futbolçuları var ki, gözəl, kombinasiyalı hücumlar təşkil edə bilirlər. Biz də məhz bu üzdən xüsusi taktika qurmuşduq. Yarımmüdafiədə Dodo və Rəşad Abdullayevin, hücumda isə Kamananın qarşısını almağa çalışdıq. “Qəbələ”nin aktiv olan cinahlarını demək olar ki, bağladıq və rəqibi hava toplarıyla oynamağa məcbur etdik. Bu cür ötürmələrdə də futbolçularımız yaxşı oynadılar. Həmçinin havanın yağışlı olması və meydançanın istənilən səviyyədə olmaması onların oyunlarını daha da, ağırlaşdırdı.
- Sizcə, “Qəbələ”ni hansı göstəricilərdə üstələyə bildiniz?
- “Qəbələ” çox tarazlı oynayır. Biz onları müdafiə olunmaqla üstələdik. Həmçinin futbolçularımlz verdiyim tapşırıqların demək olar ki, 95 faizini yerinə yetirdilər. Rəqibi boşluq vermədik. Ümumi götürəndə ikinci hissədə penaltidən başqa “Qəbələ”yə real qol imkanı yaratmağa imkan vermədik.
- Səmimi söyləyin, səfərdə belə güclü rəqib üzərində qalib gələcəyinizi gözləyirdinizmi?
- Biz qalib gəlmək istəyirdik. Bunun üçün futbolçular baş məşqçinin tapşırıqlarını yerinə yetirməyi bacarmalıdırlar. Mən buna görə futbolçularımın alnından öpürəm. Əsas məqsədimiz qapımızdan top buraxmamaq və evə bir xalla dönmək idi. Düzü, qələbəyə heç özüm də inanmırdım.
- “Turan”a gəlişinizdən sonra keçirdiyiniz ikinci oyunda da qələbə qazandınız. Uğurunuzun səbəbi nədədir?
- Bu sözü mən hər zaman demişəm. Komandanın uğurunda yaxşı kollektiv formalaşması böyük rol oynayır. Mehribançılıq, bir-birlərinə inam olarsa, yaxşı nəticələr qazanmaq mümkündür. Eyni zamanda futbolçularım işlərinə peşəkar kimi yanaşırlar. Düşünürdüm ki, “Turan” özünə gəlmək üçün ardıcıl iki sabit oyun oynamalıdır. Son iki qələbəmiz bütün kollektivin əməyidir. Futbolçularıma təşəkkür edirəm ki, sona qədər mübarizə apardılar.
Əli HƏYATİ
“Trabzonspor”u çalışdıra bilər
Premyer Liqa tarixinə düşdülər
Alvaresin qol həsrəti davam edir
Azərbaycan boksçularının ilk rəqibləri bəlli oldu
"Karvan-Yevlax"ın qələbəsindən - Video
Ronaldo “Əl-Nəsr”dən gedə bilər
“Qəbələ”dən 1-ci liqa klubuna keçdi
Yamal Flikə müraciət etdi
Bəhlul Mustafazadə yenidən əməliyyat olundu
“Karvan-Yevlax” liderliyə yüksəldi
“İstəyirəm daha çox kubok qaldırım” - Emin Mahmudov
"Sumqayıt"ın əsas kapitanı seçildi
“Kəpəz” bəyanat yaydı
"Tottenhem"in sabiq futbolçusu "Ayaks"da
1-ci liqada həftənin hakimləri məlum oldu
Konte "Mançester Yunayted"in baş məşqçisi ola bilər
Mourinyodan “Real”da ən yaxşı start
“O, “Qarabağ”da yaxşı oynayır” - Marko Rossi