“Sumqayıt” klubunun yarımmüdafiəçisi Ceyhun Sultanov Premyer Liqanın onuncu turunda səfərdə “Kəpəz”lə keçirdikləri oyunla bağlı Qol.Az saytının suallarını cavablandırıb
- Gəncədən bir xalla dönəcəyini gözləyirdinizmi?
- Bu cür komandalarla oyunda istənilən nəticəni gözləmək olardı. Mən Gəncədə çox rahat oynayıram. “Kəpəz”ə məğlub olmayacağımıza əmin idim. Amma etiraf edim ki, həm qalib gələ, həm də uduza bilərdik. Oyunun gedişatı belə düşünməyə imkan verirdi.
- Sabiq komandana qarşı oyunda hansı hissləri keçirdin?
- Mən bir müddət Gəncədə yaşamışam. İstər-istəməz adama çox çətin gəlir. Lakin biz peşəkar futbolçularıq. İstənilən komandaya qarşı soyuqqanlı oynayanda soyuqqanlı olmalıyıq.
- Bildiyimə görə, “Kəpəz”lə oyuna zədəli halda, iynə vurdurduqdan sonra çıxmışdın. Hazırda durumun necədir?
- Bəli, ayağımda zədəm vardı. Ona görə də tam gücümlə oynaya bilmədim. Hazırda həkim müayinəsindən keçirəm. Onlar ən azı iki tur oynamamağımı məsləhət görüblər.
- Gəncədə qələbə qazana bilməməyinizin səbəbini nədə görürsən?
- Oyunun ilk yarısında hesabda irəli çıxmaq üçün əla şans qazandıq. Təəssüf ki, komanda yoldaşım Pərdis Fərcad Azad 36-cı dəqiqədə penaltini qola çevirə bilmədi. Bundan sonra uşaqlarda ruh düşkünlüyü yarandı, komandamızın oyununda sınma baş verdi.
- Adətən, onbirmetlik cərimə zərbələrini sən də yerinə yetirirsən. Bəs niyə bu dəfə bunu öz öhdənə götürmədin?
- Baş məşqçinin tapşırığıyla penaltiləri mən və komanda yoldaşım Pərdis Fərcad Azad yerinə yetirir. Bu zərbəni də mən vuracaqdım. Sadəcə, topu birinci o əlinə götürdüyü üçün, daha heç nə demədim.
- Buna görə peşmansanmı? Axı komandana üç xal qazandıra bilərdin.
- Xeyr, peşman deyiləm. Ola bilərdi ki, elə mən də bu zərbəni vura bilməzdim. Bu vəziyyətdə qol vuracağını qabaqcadan demək olmur. Nə etmək olar? Qismət belə imiş.
Əli HƏYATİ
"Şamaxı" onu da göndərdi
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"
Çempionlar Liqasının finalından öncə kütləvi dava - Video
Aparıcı klubların hədəfinə düşdü
Azərbaycan millisi Fransaya qalib gələrək qrup lideri oldu
"Liverpul" Arne Slotla yolları ayırdı
Azər Bağırov "Kəpəz"dən getdi - Rəsmi
"Şamaxı"dan ayrılanların sayı 12-yə çatdı
Azərbaycan millisinin növbəti məşqi - Şəkillər
“Barselona” Qordonun transferini rəsmən açıqladı
Sterlinq narkotikə görə saxlanıldı
Çempionlar Liqasının finalı bu kanallarda
Otamendinin yeni klubu bəlli oldu