Dünən keçirilən Premyer Liqanın doqquzuncu turunun “Sumqayıt” - “Rəvan” matçını tribunadan izləyənıər arasında “Kəpəz”in baş məşqçisi Mahmud Qurbanov da olub. Matçdan sonra Qol.Az saytına müsahibə verən M.Qurbanov “Neftçi”yə böyükhesablı məğlubiyyti ətraflı izah edib, eyni zamanda Mehman Allahverdiyevlə bağlı məsələyə aydınlıq gətirib.
- Öncə başlayaq “Neftçi” ilə oyundan. Böyükhesablı məğlubiyyətin səbəbini necə izah edərdiniz?
- Reallıq budur ki, “Neftçi” həmin günü güclü idi. Əsas heyətin bütün üzvləri oynadı. Ustalıq səviyyəsi də öz sözünü dedi. Həm də biz özümüz də zəif oynadıq.
- Oyunda hesabı erkən qolla siz açdınız. Demək olar, bu, sizin əleyhinizə işlədi?
- Bəli, demək olar. Futbolçularda arxayınlıq yarandı ki, “Neftçi”ni uduruq. Bundan başqa, erkən arxaya çəkildilər ki, bu da bizim ziyanımıza işlədi. Həm də “Neftçi” də erkən qoldan sonra tez ayıldı və irəli atıldı.
- Mehdi Hüseynzadə adına stadiona yəqin ki, “Sumqayıt”ın oyununu izləmək üçün gəlmisiniz...
- Elə-belə gəlmişik oyuna baxmağa. Çünki bizim üçün ilk növbədə öz komandamızın oyunudur.
- Ancaq növbəti turda rəqibiniz “Sumqayıt”dı. Bu mənada onların oyununu izləməyiniz də normaldı...
- Bu haqda hər şeyi açıqlamaq istəmirəm (gülür). Gələcək rəqibimizdi, gəldik, baxdıq və özümüz üçün lazım olan qeydləri də götürdük.
- Sizin gəlişinizdən sonra “Kəpəz”in qarşısına qoyulan məqsəd nədən ibarətdir?
- Hələ qışa kimi bacardığımız qədər çox xal yığaq, sonra baxaq görək, nə olacaq. Transferlər olsa, yaxşı olar. Yəqin ki, gerçəkləşər.
- Çoxları deyir ki, siz birdən-birə əvəzedici heyətdən cəlb etdiyi futbolçulara şans verməklə həddindən artıq riskə gedirsiniz. Buna münasibətiniz?
- Düzdür, cavanlara şans verirəm və məncə, bu, lazımdır. Çünki cavan olanda mənə də şans veriblər. Gəncədə həmişə yaxşı, istedadlı futbolçular olub, bu gün də var. Ancaq onlara da vaxt lazımdır. Bundan başqa, komandaya təcrübəli futbolçular da cəlb olunmalıdır ki, həmin gənclər o təcrübəli futbolçulardan nəsə götürsünlər, öyrənsinlər. Hər halda, bununla bağlı qış transfer pəncərəsində rəhbərliklə də söhbətimiz olacaq.
- Sonda bir məsələyə də aydınlıq gətirməyinizi istəyirik. Siz “Kəpəz”ə yeni baş məşqçi təyin olunanda Mehman Allahverdiyevdən buna münasibət öyrənmək istədik. Onda o, belə bir fikir səsləndirmişdi ki, Mahmud nəinki məndən xeyir-dua aldı, heç adi zəng də eləmədi. Sabiq məşqçinlə aranızda hər hansı problem yoxdur ki?
- Aramızda heç bir problem olmayıb, mən oynayanda o, mənim məşqçim olub, münasibətimiz də normal olub. Düzdür, siz deyən məsələ barəsində söhbətimiz olmayıb. O ki qaldı xeyir-dua, halallıq, inciklik söhbətlərinə, mən Gəncə futbolunun yetirməsiyəm, kənardan gələn adam deyiləm ki, xeyir-dua alım. Bu mənada Mehman Allahverdiyevin məndən inciməsinə səbəb görmürəm. Bu, futboldu. Birinin yerinə başqası gələ bilər, heç kim tutduğu vəzifədə daimi deyil. Sabah mənim də yerimə başqası gələ bilər. O demək deyil ki, həmin adam mənə zəng eləməlidir, yaxud mən inciməliyəm ki, filankəs mənə zəng eləmədi.
Anar XANLAROV
Yeni baş məşqçinin “Qəbələ”də işə başlayacağı tarix bilindi
Misli Premyer Liqasında 6-cı turun hakimləri müəyyənləşdi
“Beşiktaş” - “Marsel” matçının heyətləri açıqlandı
Oyun yarımçıq dayandırıldı, sabah davamı olacaq
İngiltərə İnfantinodan araşdırma tələb etdi
CAF prezidentindən kuboka ev sahibliyi ilə bağlı qəti mövqe
Şamaxıda vurulan 5 qol - Video
İspaniya Superkuboku Türkiyədə keçiriləcək
“Barselona”nın qapıçısı sıradan çıxdı
Azərbaycan millisinin rəqibləri bilindi
2-ci liqada 6 oyunun saatı məlum oldu
“Şahdağ Qusar” liderliyə yüksəldi
AFFA bu futbolçuları cəzalandırdı
Mbappe: “Qızıl top” “Real”a qayıtmalıdır
"Kəpəz" 15 yaşlı futbolçu ilə peşəkar müqavilə imzaladı
"Barselona" tarixinin ən yaxşı startı
Todd Boeli “Çelsi”dən ayrıldı - Klubda rəhbərlik dəyişdi
“Bavariya”nın Keyn planları
"Trabzonspor"un yeni baş məşqçisi açıqlandı
Rafinya: "Flikə həmişə minnətdaram"
“Liverpul” “Çelsi”yə rəqib oldu
Bugünkü oyunları yayımlayacaq kanallar
Azərbaycan kubokunun finalı bu stadionda olacaq
Klopp Almaniya millisinin heyətini açıqladı
“Mançester Yunayted” 49 il sonra bu uğursuzluğu təkrarladı
Millimizin rəqibinin heyəti açıqlandı - 16 legioner var
Kamilo Duran ilk dəfə Kolumbiya millisinə çağırıldı
"Beşiktaş" "Marsel"lə üz-üzə - Avroliqada 9 oyun
Messi 49-cu titulunu qazandı
"Barselona" - "Rasinq" oyunundakı 9 qol - Video
Məşhur futbolçu milli ilə vidalaşdı
Stadionu su basdı, La Liqa oyunu təxirə salındı - Şəkillər
"Milan"dan məğlubiyyət, "Bayer"dən qələbə
Renat oynadı, komandası kubokla vidalaşdı
Elvin Camalov “Qəbələ”yə qayıtdı - Rəsmi
“Trabzonspor”u çalışdıra bilər
Premyer Liqa tarixinə düşdülər
Alvaresin qol həsrəti davam edir
Azərbaycan boksçularının ilk rəqibləri bəlli oldu
"Karvan-Yevlax"ın qələbəsindən - Video
Ronaldo “Əl-Nəsr”dən gedə bilər
“Qəbələ”dən 1-ci liqa klubuna keçdi
Yamal Flikə müraciət etdi
Bəhlul Mustafazadə yenidən əməliyyat olundu
“Karvan-Yevlax” liderliyə yüksəldi
“İstəyirəm daha çox kubok qaldırım” - Emin Mahmudov
"Sumqayıt"ın əsas kapitanı seçildi
“Kəpəz” bəyanat yaydı