“Sumqayıt” klubunun prezidenti Kamran Quliyevin Qol.Az saytına müsahibəsi
- Çempionata yaxşı başlamasanız da, sonradan ard-arda“Neftçi” və “Bakı” üzərində qələbə qazandınız. Komandanızın hazırkı durumu barəsində fikirlərinizi bilmək istərdik...
- Bu gün “Sumqayıt”da çox yaxşı əhval-ruhiyyə var. Ümumiyyətlə, məğlub olduğumuz oyunda belə komandada yaxşı ab-hava olub. Hazırda bizi narahat edən amillər aparıcı futbolçularımızın zədəli olmasıdır.
- Premyer Liqanın startında “Sumqayıt”ın qarşısına yüksək yerlər tutmaq vəzifəsi qoyulmamışdı. İddialı klublar üzərindəki son qələbələrdən sonra hədəflərdə hansısa dəyişiklik varmı?
- Elə komanda varmı ki, meydana uduzmaq üçün çıxsın?! Bizim komanda hər oyuna qələnə istəyilə çıxır. Hazırda bizdə sabit çıxış etmək çatışmır. “Neftçi” və “Bakı” kimi güclü komandalara qalib gəlsək də, “Simurq”la oyunda yaxşı təsir bağışlamadıq. İddialı olmaq, ya olmamaq əsas şərt deyil. Komandamız çıxıb mübarizə aparır. Desəm ki, qarşıya ilk “altılığ”a düşmək vəzifəsi qoyulub, yalan olar. Ancaq ən azı son mövsümsəki nəticələrdən daha yaxşısına nail olmalıyıq.
- Qış fasiləsi zamanı komandaya yeni futboçular gətiriləcək?
- Bəli.
- Yerli, yoxsa legioner futbolçulara üstünlük verəcəksiniz?
- Yalnız yerli futboçular transfer etməyi planlaşdırırıq. Biz son dövlərdə məhz Sumqayıt futboçunun yetirmələri olan gənc futbolçulara üstünlük veririk. Məsələn, “Neftçi” ilə görüşdə ölkə futboluna tanış olmayan gənc Bəxtiyar Həsənli oynadı. Yerli gənc futbolçuların tapılıb komandamıza cəlb olunması üçün ölkə daxilində seleksiya işlərinə başlayacağıq. Bunun nəticəsində “Sumqayıt”da yeni adlar görəcəksiniz. Hələlik bizim komanda üçün legionerlərdən danışmaq çox tezdir. Əgər nə vaxtsa ümumi vəziyyət tələb etsə, o zaman legionerlərin xidmətindən istifadə edə bilərik. Ancaq hazırda legionerlərə ehtiyac yoxdur.
- Ümumilikdə, hansı mövqelərə futbolçu transfer etməyi planlaşdırırsınz?
- Bütün mövqelərə futbolçu olsa, pis olmaz. Ancaq hazırda əsasən müdafiəçiyə daha çox ehtiyac var. Bizim məşqçi heyətimiz oyunçu axtarışında çox fəaldır. Müxtəlif matçlara gedərək yerli futbolçuların oyunlarını izləyirlər.
- “Qarabağ” – “Bakı” matçını izləməkdə də məqsədiniz gənc futbolçuları izləməkdir?
- Xeyr, oyuna bu məqsədlə getməmişdim. Bizim həm “Qarabağ”, həm də “Bakı” ilə çox gözəl münasibətlərimiz var. Həmin komandalardan futbolçular da icarəyə götürmüşük.
- Qarşıdakı vaxtlarda da xarici ölkələrdə yaşayan Azərbaycan əsilli futbolçuların komandanıza cəlb olunmasını davam etdirmək barəsində fikirləşirsiniz?
- Bəli. Adını açıqlamaq istəmirəm, ancaq deyə bilərəm ki, Hollandiyanın tanınmış bir komandasının əvəzedici heyətində bir azərbaycanlı futbolçu yetişir. Bundan başqa, Almaniyanın adlı-sanlı klubunun əvəzedicilərində də həmyerlimiz var. Mən onlarla mütəmadı əlaqə saxlayıram.
- Yaxın müddətə qədər mediada və azarkeşləriniz arasında “Sumqayıt”ın baş məşqçisi Bernard Raabın istefası məsələsi tez-tez gündəmə gəlirdi. Bu fikirlər barəsində nə deyə bilərsiniz?
- Azərbaycanda elə məşqçi yoxdur ki, uğursuzluqdan sonra istefaya səslənməsin. Belə bir məşqçi qalmayıb. Görürsünüz, geridə qalan səkkiz tur ərzində neçə məşqçi istefaya göndərirlib. Bizim komandanın baş məşqçisinə gəldikcə,ə şəxsən mənim fikrimcə istər futbolçu olsun, istərsə də məşqçi - hər birinə vaxt vermək lazımdır. Əlbəttə, əgər həmin insan səhvlərdən nəticə çıxarmırsa, onun klubda yer alması mümkün deyil. Biz 3 və 4-cü turlarda böyükhesabla məğlub olduq. Həmin məğlubiyyətlərdən sonra məşqçi heyətilə çox ciddi söhbət apardıq. Həmin söhbətdən onlar nəticə çıxardılar. Raab və onun köməkçilərilə işimizi davam etdirmək qərarına gəlmişik. İnanmaq istərdik ki, onlar potensiallarını hələ tam göstərməyiblər. Gələcəkdə nəticələr olacaq. Əgər ciddi nöqsanlar olmasa, heç bir dəyişiklik barəsində düşünmərik.
Şükür CAVAD
Yeni baş məşqçinin “Qəbələ”də işə başlayacağı tarix bilindi
Misli Premyer Liqasında 6-cı turun hakimləri müəyyənləşdi
“Beşiktaş” - “Marsel” matçının heyətləri açıqlandı
Oyun yarımçıq dayandırıldı, sabah davamı olacaq
İngiltərə İnfantinodan araşdırma tələb etdi
CAF prezidentindən kuboka ev sahibliyi ilə bağlı qəti mövqe
Şamaxıda vurulan 5 qol - Video
İspaniya Superkuboku Türkiyədə keçiriləcək
“Barselona”nın qapıçısı sıradan çıxdı
Azərbaycan millisinin rəqibləri bilindi
2-ci liqada 6 oyunun saatı məlum oldu
“Şahdağ Qusar” liderliyə yüksəldi
AFFA bu futbolçuları cəzalandırdı
Mbappe: “Qızıl top” “Real”a qayıtmalıdır
"Kəpəz" 15 yaşlı futbolçu ilə peşəkar müqavilə imzaladı
"Barselona" tarixinin ən yaxşı startı
Todd Boeli “Çelsi”dən ayrıldı - Klubda rəhbərlik dəyişdi
“Bavariya”nın Keyn planları
"Trabzonspor"un yeni baş məşqçisi açıqlandı
Rafinya: "Flikə həmişə minnətdaram"
“Liverpul” “Çelsi”yə rəqib oldu
Bugünkü oyunları yayımlayacaq kanallar
Azərbaycan kubokunun finalı bu stadionda olacaq
Klopp Almaniya millisinin heyətini açıqladı
“Mançester Yunayted” 49 il sonra bu uğursuzluğu təkrarladı
Millimizin rəqibinin heyəti açıqlandı - 16 legioner var
Kamilo Duran ilk dəfə Kolumbiya millisinə çağırıldı
"Beşiktaş" "Marsel"lə üz-üzə - Avroliqada 9 oyun
Messi 49-cu titulunu qazandı
"Barselona" - "Rasinq" oyunundakı 9 qol - Video
Məşhur futbolçu milli ilə vidalaşdı
Stadionu su basdı, La Liqa oyunu təxirə salındı - Şəkillər
"Milan"dan məğlubiyyət, "Bayer"dən qələbə
Renat oynadı, komandası kubokla vidalaşdı
Elvin Camalov “Qəbələ”yə qayıtdı - Rəsmi
“Trabzonspor”u çalışdıra bilər
Premyer Liqa tarixinə düşdülər
Alvaresin qol həsrəti davam edir
Azərbaycan boksçularının ilk rəqibləri bəlli oldu
"Karvan-Yevlax"ın qələbəsindən - Video
Ronaldo “Əl-Nəsr”dən gedə bilər
“Qəbələ”dən 1-ci liqa klubuna keçdi
Yamal Flikə müraciət etdi
Bəhlul Mustafazadə yenidən əməliyyat olundu
“Karvan-Yevlax” liderliyə yüksəldi
“İstəyirəm daha çox kubok qaldırım” - Emin Mahmudov
"Sumqayıt"ın əsas kapitanı seçildi
“Kəpəz” bəyanat yaydı