“Turan”ın yeni baş məşqçisi Əfqan Talıbov Premyer Liqanın doqquzuncu turunda AZAL üzərindəki qələbədən (1:0) sonra Qol.Az-a müsahibə verib.
- “Turan”dakı ilk qələbəniz münasibətiylə sizi təbrik edirik. Nəticə sizin üçün gözlənilməz olmadı? Çünki çoxları AZAL-ı favorit sayırdı...
- Təbrik üçün çox sağ olun. İlk öncə onu deyim ki, Əsgər Abdullayevdən sonra bu komanda da işləmək o qədər çətin deyil. Çünki Əsgər müəllim elə gözəl kollektiv formalaşdırıb ki, yeni gələn məşqçi üçün də işləmək rahatdı. Bu mənada həmkarıma öz minnətdarlığımı bildirirəm. Biz də gələndən sonra komandanın daxilində çaxnaşma yaradan, nə bilim “maaş yoxdu”, “vəziyyət pisdir” deyib klub haqqında mənfi fikirlər formalaşdıran çürük fikirli bəzi insanları buradan uzaqlaşdırdıq. Konkret sualınıza gəlincə, bəli, təbii ki, gözlənilməz oldu. Çünki AZAL-ın heyətinə baxın görün, necə futbolçular oynayır. Rəqib çempionatın liderlərindəndir və bizi də məğlub etməklə liderlər qrupunda qalmağı hədəfləyirdi. Odur ki, planlaşdırırdıq ki, ilk hissədə qol vursaq, daha yaxşı olar. Meydançaya da iki hücumçu ilə çıxmışdıq. Açığını deyim, əgər oyuna bir hücumçu ilə çıxsaydıq, “batardıq”.
- İlk növbədə nəyin hesabına AZAL-a qalib gəldiniz?
- Əzmkar oyunun. Etiraf edim ki, bəxtimiz də gətirdi. Çünki rəqib üstün oynayırdı. Düzdür, AZAL-dan təzyiq gözləyirdik, amma bu dərəcədə də yox. 2-3 epizodda bəxtimiz gətirdi. Bir neçə epizodda isə Popoviç komandamızı real qoldan xilas etdi. Nildo, Benuahi, Veliçko kimi futbolçuların qabağını almaq heç də asan deyil. Yaxşı ki, bir epizodda Ender Günlü fürsəti boşa verməyərək, qol vurdu və qələbə qazandıq.
- Yeri gəlmişkən, bu oyunda Ender –Ballo cütlüyü çox yaxşı təsir bağışladı. Necə düşünürsünüz, onlar digər oyunlarda da rəqiblərinə başağrısı ola bilər?
- Niyə də yox? Bu futbolçular bir-birlərini çox yaxşı başa düşürlər, hər ikisi fransız dilini bildiyindən öz aralarında bu dildə danışırlar, bir otaqda qalırlar, bir yerdə yeyib-içirlər. Bu mənada, dediyim kimi meydançada da bir-birini gözüyumulu başa düşürlər.
- Çoxları matçı sizin üçün prinsipial hesab edirdi. Səbəb kimi Vaqif Sadıqovla bir vaxtlar aranızda yaranmış soyuq münasibət göstərilirdi...
- Yox, nə prinsipiallıq ola bilər ki? Prinsipiallıq var idi. Ancaq sırf idman prinsipiallığı idi. O istəyirdi ki, komandası qalib gəlib liderlər qrupunda qərarlaşsın, mən də istəyirdim ki, debüt matçımda üç xal götürüm. Soyuqluq söhbətinə gəlincə, xeyr, Vaqif Sadıqov mənim böyük qardaşımdı, onunla çiyin-çiyinə futbol oynamışam, mənim məşqçim də olub, aramızda nə soyuqlqu ola bilər?
- “Gənclərbirliyi”ndə işlədiyiniz dönəmi nəzərdə tutub bu fikri deyirlər...
- Xeyr, orada problem Vaqif müəllimlə bağlı deyildi, rəhbərliklə bağlı idi. Çünki elə vəziyyət yarandı ki, gördüm qalmağım mümkün deyil. Bildiyiniz kimi, həmin vaxt Vaqif müəllim “Gənclərbirliyində vitse-prezident postunda çalışırdı. Mən də özüm gedib ona demişdim ki, bu vəziyyətdə işləyə bilmərəm. Bununla da komandadan ayrılmışdım.
- Adətən yeni gələn məşqçilər özündən əvvəlki məşqçilər haqqında daha çox tənqidi fikirlər səsləndirirlər. Ancaq çox maraqlıdır ki, siz, Əsgər Abdullayevə təşəkkür edirsiniz...
- Bəli. Bayaq dediyim kimi, Əsgər müəllim doğrudan da elə mehriban kollektiv formalaşdırıb ki, ona ancaq təşəkkür etmək düşür. Mən özüm 15 ildi məşqçilik edirəm, hələ belə mehriban kollektiv görməmişəm. Çalışırıq ki, müəyyən çatışmazlıqları da biz aradan qaldıraq və bu işi davam etdirək. Əsgər müəllimə də arzum budur ki, tezliklə yeni iş tapsın və fəaliyyətini davam etdirsin.
Anar XANLAROV
Yeni baş məşqçinin “Qəbələ”də işə başlayacağı tarix bilindi
Misli Premyer Liqasında 6-cı turun hakimləri müəyyənləşdi
“Beşiktaş” - “Marsel” matçının heyətləri açıqlandı
Oyun yarımçıq dayandırıldı, sabah davamı olacaq
İngiltərə İnfantinodan araşdırma tələb etdi
CAF prezidentindən kuboka ev sahibliyi ilə bağlı qəti mövqe
Şamaxıda vurulan 5 qol - Video
İspaniya Superkuboku Türkiyədə keçiriləcək
“Barselona”nın qapıçısı sıradan çıxdı
Azərbaycan millisinin rəqibləri bilindi
2-ci liqada 6 oyunun saatı məlum oldu
“Şahdağ Qusar” liderliyə yüksəldi
AFFA bu futbolçuları cəzalandırdı
Mbappe: “Qızıl top” “Real”a qayıtmalıdır
"Kəpəz" 15 yaşlı futbolçu ilə peşəkar müqavilə imzaladı
"Barselona" tarixinin ən yaxşı startı
Todd Boeli “Çelsi”dən ayrıldı - Klubda rəhbərlik dəyişdi
“Bavariya”nın Keyn planları
"Trabzonspor"un yeni baş məşqçisi açıqlandı
Rafinya: "Flikə həmişə minnətdaram"
“Liverpul” “Çelsi”yə rəqib oldu
Bugünkü oyunları yayımlayacaq kanallar
Azərbaycan kubokunun finalı bu stadionda olacaq
Klopp Almaniya millisinin heyətini açıqladı
“Mançester Yunayted” 49 il sonra bu uğursuzluğu təkrarladı
Millimizin rəqibinin heyəti açıqlandı - 16 legioner var
Kamilo Duran ilk dəfə Kolumbiya millisinə çağırıldı
Messi 49-cu titulunu qazandı
"Barselona" - "Rasinq" oyunundakı 9 qol - Video
Məşhur futbolçu milli ilə vidalaşdı
Stadionu su basdı, La Liqa oyunu təxirə salındı - Şəkillər
"Milan"dan məğlubiyyət, "Bayer"dən qələbə
Renat oynadı, komandası kubokla vidalaşdı
Elvin Camalov “Qəbələ”yə qayıtdı - Rəsmi
“Trabzonspor”u çalışdıra bilər
Premyer Liqa tarixinə düşdülər
Alvaresin qol həsrəti davam edir
Azərbaycan boksçularının ilk rəqibləri bəlli oldu
"Karvan-Yevlax"ın qələbəsindən - Video
Ronaldo “Əl-Nəsr”dən gedə bilər
“Qəbələ”dən 1-ci liqa klubuna keçdi
Yamal Flikə müraciət etdi
Bəhlul Mustafazadə yenidən əməliyyat olundu
“Karvan-Yevlax” liderliyə yüksəldi
“İstəyirəm daha çox kubok qaldırım” - Emin Mahmudov
"Sumqayıt"ın əsas kapitanı seçildi
“Kəpəz” bəyanat yaydı