“Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov sabah Premyer Liqada “Qəbələ”yə qarşı keçirilcək oyunla bağlı Qol.Az saytının suallarını cavablandırıb
- Qarşılaşmaya hazırsınız?
- Əlbəttə. “Qəbələ” də daxil olmaqla indi bütün komandalar çox güclüdür. Ramiz Məmmədovun gəlişindən sonra “Qəbələ”də yaxşı mənada dəyişiklər nəzərə çarpır. Bizi çox ağır oyun gözləyir. Mövsüm başlayandan Lənkəranda cəmi bir dəfə oynamışdıq. Yəqin ki, azarkeşlər də bu matçı səbirsizliklə gözləyirlər. Əlimizdən gələni edəcəyik ki, azarkeşlərimizi sevindirək.
- Rəqibin heyətində Kamanan, Dodo və Mendi kimi təhlükəli oyunçular var. Yəqin onların qarşısını almaq üçün planlarınız var.
- Bu futbolçuların oyunlarına baxmışam. Eləcə də rəqibimizin oyunlarını yaxşı analiz etmişik. Baxaq, görək necə olur. Planlarımı isə açıqlamasam yaxşıdır.
- “Qəbələ”nin hansı göstəricilərindən daha çox ehtiyat edirsiniz?
- Onların yaxşı futbolçuları var. Meydanda sona qədər mübarizə aparırlar. Eyni zamanda orta və hücum xəttləri çox təhlükəlidir. Biz də buna uyğun oyunumuzu qurmalıyıq ki, nəticə əldə edə bilək.
- Bir neçə aparıcı futbolçunuz təzəlikcə milli komandanın heyətindən dönüblər. Uzun sürən təlim-məşq toplanışında iştirak ediblər. Bu, “Qəbələ ilə oyunda “Xəzər Lənkəran”ın çıxışına öz təsirini göstərə bilərmi?
- İnanmıram ki, mənfi təsir göstərsin. Bu futbolçular komandamızda xeyli vaxtdır ki, çıxış edirlər. Yəni, təzə deyillər.
- Bəs oyunöncəsi zədəli futbolçularınız varmı?
- Şükürlər olsun ki, zədəli futbolçularımız yoxdur. Sadəcə, Elnur Allahverdiyev cəzalı olduğu üçün meydanda olmayacaq.
- Elnurun yoxluğunda arxa zonada problemlər baş verəcəyini düşünmürsünüz?
- Əlbəttə, oynasaydı, daha yaxşı olardı. Lakin AZAL-a oyunda Elnursuz oynayaraq qələbə qazanmışdıq. İndi onun mövqeyəndə başqa bir futbolçumuz oynayacaq. Lakin hələ onun kimliyini deyə bilmərəm. Çünki start heyəti hələ müəyyənləşməyib.
- Bəs, Kamran Ağayev əsas heyətdə olacaq, ya yox?
- Bu, hələ bilinmir. Onun məşqlərinə baxaraq, bu barədə fikirləşirik.
- Bəs, “Qəbələ” lə oyunda şanslarınızı necə görürsünüz?
- Məqsədimiz “Qəbələ” ilə qarşılaşmada qələbə qazanmaqdır. Biz bu görüşdə üç xal üçün mübarizə aparacağıq.
- Heç-heçə necə, qənaətbəxş hesab olunacaqmı?
- Bilirsiniz, bizə mütləq qələbə lazımdır. Desəm ki, bir xal da kifayətdir, yalan olar.
Əli HƏYATİ
Yeni baş məşqçinin “Qəbələ”də işə başlayacağı tarix bilindi
Misli Premyer Liqasında 6-cı turun hakimləri müəyyənləşdi
“Beşiktaş” - “Marsel” matçının heyətləri açıqlandı
Oyun yarımçıq dayandırıldı, sabah davamı olacaq
İngiltərə İnfantinodan araşdırma tələb etdi
CAF prezidentindən kuboka ev sahibliyi ilə bağlı qəti mövqe
Şamaxıda vurulan 5 qol - Video
İspaniya Superkuboku Türkiyədə keçiriləcək
“Barselona”nın qapıçısı sıradan çıxdı
Azərbaycan millisinin rəqibləri bilindi
2-ci liqada 6 oyunun saatı məlum oldu
“Şahdağ Qusar” liderliyə yüksəldi
AFFA bu futbolçuları cəzalandırdı
Mbappe: “Qızıl top” “Real”a qayıtmalıdır
"Kəpəz" 15 yaşlı futbolçu ilə peşəkar müqavilə imzaladı
"Barselona" tarixinin ən yaxşı startı
Todd Boeli “Çelsi”dən ayrıldı - Klubda rəhbərlik dəyişdi
“Bavariya”nın Keyn planları
"Trabzonspor"un yeni baş məşqçisi açıqlandı
Rafinya: "Flikə həmişə minnətdaram"
“Liverpul” “Çelsi”yə rəqib oldu
Bugünkü oyunları yayımlayacaq kanallar
Azərbaycan kubokunun finalı bu stadionda olacaq
Klopp Almaniya millisinin heyətini açıqladı
“Mançester Yunayted” 49 il sonra bu uğursuzluğu təkrarladı
Millimizin rəqibinin heyəti açıqlandı - 16 legioner var
Kamilo Duran ilk dəfə Kolumbiya millisinə çağırıldı
Messi 49-cu titulunu qazandı
"Barselona" - "Rasinq" oyunundakı 9 qol - Video
Məşhur futbolçu milli ilə vidalaşdı
Stadionu su basdı, La Liqa oyunu təxirə salındı - Şəkillər
"Milan"dan məğlubiyyət, "Bayer"dən qələbə
Renat oynadı, komandası kubokla vidalaşdı
Elvin Camalov “Qəbələ”yə qayıtdı - Rəsmi
“Trabzonspor”u çalışdıra bilər
Premyer Liqa tarixinə düşdülər
Alvaresin qol həsrəti davam edir
Azərbaycan boksçularının ilk rəqibləri bəlli oldu
"Karvan-Yevlax"ın qələbəsindən - Video
Ronaldo “Əl-Nəsr”dən gedə bilər
“Qəbələ”dən 1-ci liqa klubuna keçdi
Yamal Flikə müraciət etdi
Bəhlul Mustafazadə yenidən əməliyyat olundu
“Karvan-Yevlax” liderliyə yüksəldi
“İstəyirəm daha çox kubok qaldırım” - Emin Mahmudov
"Sumqayıt"ın əsas kapitanı seçildi
“Kəpəz” bəyanat yaydı