“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla Premyer Liqanın doqquzuncu turunda “Bakı”ya qarşı keçiriləcək oyun ərəfəsində söhbət etdik.
Amma əvvəlcə Qol.Az saytının müxbiri ondan milli komandamızın Rusiyaya qarşı DÇ-2014-ün seçmə mərhələsində keçiridiyi görüşlə bağlı fikirlərini öyrəndi.
- Sizcə, Rusiya – Azərbaycan oyununda hesab qanunauyğun idimi?
- Bu gün Rusiya çox güclüdür. Komandamız oyuna yaxşı başlasa, get-gedə hər şeyi əldən verdi. Həddindən artıq müdafiəyə çəkildilər. Düzdü, belə bir güclü komandayla müdafiədə diqqətli oynamaq vacibdir. Lakin müdafiədən hücuma atıla bilmirdik. Yəni əks-hücumlarda çox çətinlik çəkirdik.
- İndi keçək şənbə günü “Bakı” ilə baş tutacaq çempionat oyununa. Komandanızı bu qarşılaşmaya hazır hesab edirsiniz?
- Tam olaraq yox. Çünki 15 günə yaxındır ki, bütün heyətlə hazırlaşa bilməmişik. Bildiyiniz kimi, “Qarabağ”ın futbolçuları əsas milli və 21 yaşlılardan ibarət yığma komandalarda idi. Buna görə hardasa problem yarandı. Ola bilsin, bu amil sabahkı görüşdə bizə problem yaratsın.
- Futbolçularınızın çox yorğundular?
- Söhbət təkcə fiziki hazırlıqdan getmir. Sadəcə, futbolçular bir yerdə məşq etməyəndə komandanı istədiyin kimi oyuna hazırlaya bilmirsən. Lakin başqa yolumuz yoxdur. Çalışacağıq ki, qısa bir zamanda oyuna hazırlaşaq. İnanıram ki, çıxış yolu tapacağıq.
- Artıq ənənə halını alıb ki, “Qarabağ”lı futbolçular millidən qayıtdıqdan sonra klub uğursuzluqla üzləşir. Buna bir çarə tapa bilmisinizmi?
- Əlbəttə, hansısa variantlarımız var. Ola bilsin ki, heyətdə dəyişikliklər olsun. Çalışacağıq ki, ən düzgün qərar verək. Digər tərəfdən, bəzi futbolçuların durumu bizi bəzən aldadır. Həmin futbolçulara çox güvənsən də, meydanda özlərini yaxşı tərəfdən göstərə bilmirlər. Lakin istənilən halda bu çatışmazlığı aradan qaldırmaq istəyirik.
- Kapitan Rəşad Sadıqovun yoxluğu sizə nə kimi problemlər yarada bilər?
- Rəşadın zədələnməsi komandanı çətin duruma saldı. Çünki o, “Qarabağ”ın liderlərindən hesab edilir. Rəşadın yoxluğu müdafiədə özünü göstərəcək. İstənilən əsas oyunçu sıradan çıxan zaman bu amil komandanın çıxışına mənfi təsirini göstərir. Fikirləşəcəyik ki, hansı futbolçunu Rəşadın mövqeyində oynadaq. O futbolçunu seçməyə çalışacağıq ki, ən azı müdafiədə inamlı təsir bağışlaya bilsin.
- Bəs kapitanlıq sarğısını kimə etibar edəcəksiniz?
- Komandanın vitse-kapitanları Fərhad Vəliyev və Namiq Yusifovdur. Hansı meydanda olsa, onlardan biri bu sarğını daşıyacaq.
- Fərhaddan söz düşmüşkən, “Turan” və Kəpəz”lə qarşılaşmalarda qapısını toxunulmaz saxlamağı bacardı. Onun “Bakı” ilə görüşdə əsas heyətdə meydana çıxacağı nə dərəcədə realdır?
- Bu haqda hələ tam qərar verməmişəm. Ancaq oynama ehtimalı var.
- Sizcə, ona yenidən şans verməyin vaxtı deyilmi? Belə olan halda legioner qapıçı Miro Varvodiç də arxayınlaşmaz. Bu fikirlə razısınız?
- Fərhad bizim əsas oyunçularımızdan olub. Ona biz hər zaman güvənmişik və güvənirik. Çalışacağıq ki, hər birinin oyun təcrübəsindən maksimum istifadə edək. Fərhadın təcrübəsi daha çox olduğundan onun 3-5 ay oynamaması qorxulu deyil. Meydana çıxıb özünü yaxşı tərəfdən göstərməyi bacarır. Çünki onun təcrübəsi çoxdur. Lakin Mironun yaşı az olduğundan çox oynamasına ehtiyac var. Ancaq bütün bunlara baxmayaraq, meydana komanda üçün xeyir verə biləcək qapıçını çıxaracağıq.
- Kamran Ağayevin cəzalı olması səbəbindən millimizin Şimali İrlandiya ilə görüşündə əlavə qapıçıya ehtiyac olacaq. Berti Foqts isə əsas heyətdə ən azı 4-5 oyun keçirən futbolçuları milliyə dəvət edir. Sizcə, Fərhadın yenidən yığmaya qayıtmaq vaxtı deyilmi?
- Təkcə bizdə deyil, bütün millilərdə oyun təcrübəsi olmayan futbolçular da yer alır. Bu gün bizdə heç Kamran Ağayevin də oyun təcrübəsi azdır. Lakin Fərhad əsas qapıçılardan biri hesab olunur. Onun millidə oynamasına klubunda əsas heyətdə yer alıb-almaması mane ola bilməz. Əgər Fərhad Vəliyev millinin qapısını qorusa, komandasının uğuru üçün əlindən gələni edəcək. Mən də yerli futbolçulara bu yolda əlimdən gələn köməkliyi göstərməyə çalışıram.
- Sabah “Bakı” ilə oyunda komandanızın şanslarını necə görürsünüz?
- Təkcə bu oyuna deyil, hər bir qarşılaşmaya qələbə üçün çıxacağıq. Çünki çempionat ərzində istənilən komanda xal itirir. Buna sürpriz deməzdim. Daha doğrusu, bütün komandaların heyəti və səviyyəsi artmaqdadır. Komandaların səviyyəsi demək olar ki, bərabərləşib. Ona görə də qələbə qazanan komanda çox böyük üstünlük əldə edir. Bu oyunda da maksimum nəticə üçün meydana çıxacağıq. Lakin şansları 50/50-yə dəyərləndirirəm.
Əli HƏYATİ
Yeni baş məşqçinin “Qəbələ”də işə başlayacağı tarix bilindi
Misli Premyer Liqasında 6-cı turun hakimləri müəyyənləşdi
“Beşiktaş” - “Marsel” matçının heyətləri açıqlandı
Oyun yarımçıq dayandırıldı, sabah davamı olacaq
İngiltərə İnfantinodan araşdırma tələb etdi
CAF prezidentindən kuboka ev sahibliyi ilə bağlı qəti mövqe
Şamaxıda vurulan 5 qol - Video
İspaniya Superkuboku Türkiyədə keçiriləcək
“Barselona”nın qapıçısı sıradan çıxdı
Azərbaycan millisinin rəqibləri bilindi
2-ci liqada 6 oyunun saatı məlum oldu
“Şahdağ Qusar” liderliyə yüksəldi
AFFA bu futbolçuları cəzalandırdı
Mbappe: “Qızıl top” “Real”a qayıtmalıdır
"Kəpəz" 15 yaşlı futbolçu ilə peşəkar müqavilə imzaladı
"Barselona" tarixinin ən yaxşı startı
Todd Boeli “Çelsi”dən ayrıldı - Klubda rəhbərlik dəyişdi
“Bavariya”nın Keyn planları
"Trabzonspor"un yeni baş məşqçisi açıqlandı
Rafinya: "Flikə həmişə minnətdaram"
“Liverpul” “Çelsi”yə rəqib oldu
Bugünkü oyunları yayımlayacaq kanallar
Azərbaycan kubokunun finalı bu stadionda olacaq
Klopp Almaniya millisinin heyətini açıqladı
“Mançester Yunayted” 49 il sonra bu uğursuzluğu təkrarladı
Millimizin rəqibinin heyəti açıqlandı - 16 legioner var
Kamilo Duran ilk dəfə Kolumbiya millisinə çağırıldı
Messi 49-cu titulunu qazandı
"Barselona" - "Rasinq" oyunundakı 9 qol - Video
Məşhur futbolçu milli ilə vidalaşdı
Stadionu su basdı, La Liqa oyunu təxirə salındı - Şəkillər
"Milan"dan məğlubiyyət, "Bayer"dən qələbə
Renat oynadı, komandası kubokla vidalaşdı
Elvin Camalov “Qəbələ”yə qayıtdı - Rəsmi
“Trabzonspor”u çalışdıra bilər
Premyer Liqa tarixinə düşdülər
Alvaresin qol həsrəti davam edir
Azərbaycan boksçularının ilk rəqibləri bəlli oldu
"Karvan-Yevlax"ın qələbəsindən - Video
Ronaldo “Əl-Nəsr”dən gedə bilər
“Qəbələ”dən 1-ci liqa klubuna keçdi
Yamal Flikə müraciət etdi
Bəhlul Mustafazadə yenidən əməliyyat olundu
“Karvan-Yevlax” liderliyə yüksəldi
“İstəyirəm daha çox kubok qaldırım” - Emin Mahmudov
"Sumqayıt"ın əsas kapitanı seçildi
“Kəpəz” bəyanat yaydı