AZAL klubunun baş məşqçisi Vaqif Sadıqovun Qol.Az saytına müsahibəsi
- Premyer Liqanın növbəti turunda səfərdə “Turan” komandasıyla qarşılaşacaqsınız. Həmin oyun barəsində fikirlərinizi bilmək maraqlı olardı...
- Bildiyiniz kimi, millinin oyunları ilə əlaqədar, çempionatımızda fasilə yaranmışdı. Bir neçə futbolçumuz milli komandaların heyətində çıxış etdiyindən dünəndən düşərgəmizə qayıdıb. Tam heyətlə məşqi də o vaxtdan bərpa etdik. Bu gün Tovuza yola düşürük. “Turan”a qarşı onların meydanında mübarizə aparmaq hər bir komanda üçün çətin olub. Bu gün tovuzluların heyətində güclü futbolçular cəmləşib. Bizi rahat səfər oyunu gözləmir. Nə qədər çətin olsa da, futbolçularım öz gücünü göstərməlidir. Həmin oyunda ancaq qələbəyə köklənmişik.
- Oyunöncəsi sizi narahat edən hansısa problemlər varmı?
- Məni yeganə narahat edən çempionatımızda yaranan fasilədir. Hər 3-4 turdan bir iki həftə fasilə yaranır. Bu da komandamızın oyun təcrübəsinə azalmasına gətirib çıxarır. Buna baxmayaraq, futbolçularımız böyük həvəslə oyuna hazırlaşırlar. Hesab edirəm ki, ilk gündən mənim tərəfimdən komandanın qarşısına qoyulan hər oyuna qələbə əzmi ilə meydançaya çıxmaq tələbinə futbolçularım əməl etməyə çalışır. Sonluqda nə olacağını isə zaman göstərər.
- Yeri gəlmişkən, çempionatda tez-tez yaranan fasilə sizin kimi digər məşqçiləri də narahat edir.
- Avropa ölkələrində milli komanda ilə klublar arasında standartlar var. Konkret olaraq, UEFA tərəfindən tələb olunan müddətdə futbolçuları yığmaya buraxsaq, bu cür problemlər olmayacaq. Amma istənilən halda, ən vacib olan odur millimizin uğurudur. Bizə problem yaratsa belə, təki millimizə xeyiri dəysin. Milli komandamızın xeyiri naminə biz bu cür çətinliklərə dözməyə hazırıq.
- Lakin milli hələ ki, uduza-uduza gedir. Ruslarla oyuna baxdınızmı?
- Həmin oyunda mən futbolçularımızda əzmkarlığın şahidi oldum. Ancaq bu gün təkcə bununla nəyəsə nail olmaq çətindir. İlk öncə fərdi ustalıq və komanda oyununa köklənmək lazımdır. Ruslarla görüşdə komandamızda bu keyfiyyətlət çatmırdı. Hələ oyundan öncə sizin saytınıza müsahibəmdə bildirmişdim ki, Rusiya millisi futbolçuların fərdi ustalığı baxımında bizim futbolçularımızdan çox da üstün deyil. Bizim komandada cəsarət biraz artıq olsaydı, ilk on dəqiqədə göstərdiyimiz oyunu axıra kimi saxlaya bilsəydik, ən azı məğlub olsaq belə, məyus olmazdıq. Komandamız gələcək baxımından inam olmayan bir oyun sərgilədi.
- Sonda yenidən qayıdan “Turan”la oyuna. Görüş öncəsi heyətdə hər hansı itkilər var?
- Bəli. Dörd futbolçumuz xəstə və zədəli olduğundan komandayla məşq edə bilmirlər. Ancaq biz də futbolçuların sayı çox olduğuna görə əvəzedilməz oyunçu yoxdur. Ona görə hansısa ciddi problemlə qarşılaşacağımızı düşünmürəm.
Sükür CAVAD
Yeni baş məşqçinin “Qəbələ”də işə başlayacağı tarix bilindi
Misli Premyer Liqasında 6-cı turun hakimləri müəyyənləşdi
“Beşiktaş” - “Marsel” matçının heyətləri açıqlandı
Oyun yarımçıq dayandırıldı, sabah davamı olacaq
İngiltərə İnfantinodan araşdırma tələb etdi
CAF prezidentindən kuboka ev sahibliyi ilə bağlı qəti mövqe
Şamaxıda vurulan 5 qol - Video
İspaniya Superkuboku Türkiyədə keçiriləcək
“Barselona”nın qapıçısı sıradan çıxdı
Azərbaycan millisinin rəqibləri bilindi
2-ci liqada 6 oyunun saatı məlum oldu
“Şahdağ Qusar” liderliyə yüksəldi
AFFA bu futbolçuları cəzalandırdı
Mbappe: “Qızıl top” “Real”a qayıtmalıdır
"Kəpəz" 15 yaşlı futbolçu ilə peşəkar müqavilə imzaladı
"Barselona" tarixinin ən yaxşı startı
Todd Boeli “Çelsi”dən ayrıldı - Klubda rəhbərlik dəyişdi
“Bavariya”nın Keyn planları
"Trabzonspor"un yeni baş məşqçisi açıqlandı
Rafinya: "Flikə həmişə minnətdaram"
“Liverpul” “Çelsi”yə rəqib oldu
Bugünkü oyunları yayımlayacaq kanallar
Azərbaycan kubokunun finalı bu stadionda olacaq
Klopp Almaniya millisinin heyətini açıqladı
“Mançester Yunayted” 49 il sonra bu uğursuzluğu təkrarladı
Millimizin rəqibinin heyəti açıqlandı - 16 legioner var
Kamilo Duran ilk dəfə Kolumbiya millisinə çağırıldı
Messi 49-cu titulunu qazandı
"Barselona" - "Rasinq" oyunundakı 9 qol - Video
Məşhur futbolçu milli ilə vidalaşdı
Stadionu su basdı, La Liqa oyunu təxirə salındı - Şəkillər
"Milan"dan məğlubiyyət, "Bayer"dən qələbə
Renat oynadı, komandası kubokla vidalaşdı
Elvin Camalov “Qəbələ”yə qayıtdı - Rəsmi
“Trabzonspor”u çalışdıra bilər
Premyer Liqa tarixinə düşdülər
Alvaresin qol həsrəti davam edir
Azərbaycan boksçularının ilk rəqibləri bəlli oldu
"Karvan-Yevlax"ın qələbəsindən - Video
Ronaldo “Əl-Nəsr”dən gedə bilər
“Qəbələ”dən 1-ci liqa klubuna keçdi
Yamal Flikə müraciət etdi
Bəhlul Mustafazadə yenidən əməliyyat olundu
“Karvan-Yevlax” liderliyə yüksəldi
“İstəyirəm daha çox kubok qaldırım” - Emin Mahmudov
"Sumqayıt"ın əsas kapitanı seçildi
“Kəpəz” bəyanat yaydı