Milli komandamızın və AZAL klubunun müdafiəçisi Aqil Nəbiyevin Qol.Az saytına müsahibəsi
- Milli komandamızın Rusiya ilə son oyunu haqda fikirlərin necədir?
- İlk dəqiqələrdə pis təsir bağışlamadıq. Ancaq vaxt ötdükcə üstünlük rəqibin tərəfinə keçdi. Buna baxmayaraq, müdafiədə pis oynamadıq. Bizim problemlərimizdən biri də odur ki, rəqibin adından çəkinirik. Əgər bu olmasa, istədiyimiz oyunu göstərə bilərik. Niyə öz meydanımızda istənilən komandaya qarşı mübarizə apara bilirik, ancaq səfər oyunlarında yox? Rusiyadan bir xalla dönmək olardı. Sadəcə, adi bir səhv nəticəsində qapımızda penalti gördük və uduzduq.
- Millinin baş məşqçisi Berti Foqts Portuqaliya və Rusiya kimi komandalara qarşı oyundan əvvəl iddialı açıqlama vermədi, əksinə dedi ki, biz bu komandalardan nəsə öyrənməliiyk. Bu kimi fikirlər futbolçularımızın qorxaq futbol oynamasına gətirib çıxarmır ki?
- Mən həmişə komanda yoldaşlarımda söhbətimdə bir məsələni vurğulayıram. Bu gün Avroliqada oynayan “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev rəqibləri öz komandasından üstün tutmur. Baxmayaraq ki, həmin komandalar reallıqda “Neftçi”dən güclüdür. Sadəcə, futbolçu və baş məşqçi iddialı olmalıdır. İddia və istək olmayan yerdə heç bir nəticə əldə edə bilmərsən. Bu gün həm milli, həm də klub səviyyəsində futbolçulara hər bir şərait yaradılıb. Ancaq nəticə yoxdur. Bunun da səbəbi bizim millidə iddianın olmamasıdır.
- Sənin fikrincə, ruslara məğlubiyyətə səbəb nə oldu?
- Vaxt keçdikcə daha çox müdafiədə otururduq. Bu da məğlubiyyətə gətirib çıxardı. Fiziki cəhətdən ruslardan heç də geri qalmırdıq. İnsafən demək lazımdır ki, baş məşqçi oyundan əvvəl futbolçularımıza təkcə müdafiədə oynamağı tapşırmamışdı. Taktiki quruluşdan da görünürdü ki, komandamız hücumameyilli sxemlə oyuna çıxıb. Ancaq rəqibdən çəkinməyimiz bizi uduzdurdu.
- Millidə legionerlərin çox olması etirazlara səbəb olur. Bu barədə sənin fikirlərini bilmək maraqlı olardı...
- Mən legionerlərin oynamasının əleyhinə deyiləm. Amma bir şərtlə ki, onlar ən azı yerli futbolçulardan ikiqat güclü olsun. Bu halda yerli oyunçu ondan nəsə öyrənə bilər. Yoxsa öz futbolçularımızdan zəif əcnəbiləri gətirirlər komandaya. Onlardan nə öyrənə bilərsən? Heç nə. Komandanın səviyyəsi də aşağı düşür. Təkcə pul qazanmaq yox, irəliyə getməyi də düşünmək lazımdır. Mən federasiya rəhbərliyinin və baş məşqçinin işinə qarışmaq istəmirəm. Düzdür, millidəki əcnəbi futbolçular da mənim komanda yoldaşlarımdır. Ancaq mənim subyektiv fikirimə görə, bu gün yerli futbolçularımız millidəki legionerlərdən daha güclüdür. Buna baxmayaraq, baş məşqçinin öz fikri var. Kimi istəyir, onu da dəvət edir.
- Hakimin qapımıza təyin etdiyi penalti doğru qərar idimi?
- Qayda pozuntusu xəttin üstündə baş vermişdi. Ancaq bu hakimin qərarıdı. Mənim fikrim heç nəyi dəyişmir.
- Çox insan deyir ki, həmin epizod Bakıdakı oyunda olsaydı, hakim penalti verməzdi...
- Razıyam. Amma adətən, belə məqamlarda güclü komandaların lehinə qərar verilir. Əvvəl biz özümüzə hörmət etməliyik ki, sabah başqası bizə hörmət etsin. Bizim bəlalarımızdan biri də öz millətimizə, dinimizə, dilimizə hörmət etməməyimizdədir. Biz öz millətimizi sevmirik. Bu gün elə azərbaycanlılar var ki, öz dilində deyil, rusca danışır. Azərbaycanda səkkiz il futbol oynayan əcnəbi “salam”, “sağ ol”dan başqa bizim dildə heç nə bilmir. Amma qonşu Türkiyə baxaq. Həmin ölkəyə gələn futbolçu bir ildən sonra mətbuat konfransında jürnalistlərin suallarına türkcə cavab verir. Mən həmişə futbolçularımızla da danışanda onlara bildirirəm ki, özümüzə hörmət etməliyik. Amma biz nə edirik? Bura gələn əcnəbi ilə onun dilində danışırıq.
Şükür CAVAD
Arne Slotdan etiraf
20 il sonra “Kamp Nou”da
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi
“Cəbrayıl”ın 3 qollu qələbəsindən - Video
AVRO-2032 Türkiyədə keçirilə bilər
Millinin baş məşqçisi istefa verdi
Noyer pley-off tarixinə düşdü
"Arsenal" bu göstəricidə Avropada liderdir
“Ayaks” Avstriya klubu ilə əməkdaşlıq edəcək
Daha az maaşla klubunda qaldı
"Millini çalışdırmaq istəsə, onu dəstəkləyərdim"
“Bakı Sportinq” və “Cəbrayıl” tura qələbə ilə başladı
14 illik həsrət bitdi
Azərbaycan millisinin İspaniyadakı ilk məşqindən - Şəkillər
Matçın ən yaxşısı seçilən 40 yaşlı Noyerdən açıqlama
Daha 4 il üçün federasiya prezidenti seçildi