Azərbaycan milli komandasının sabiq futbolçusu Vidadi Rzayev DÇ-2014-ün seçmə qrup oyunu çərçivəsində keçirilən Rusiya-Azərbaycan matçı ilə bağlı Qol.Az-a müsahibə verib.
- Millimizin Rusiya ilə oyununu necə şərh edərdiniz?
- Komandamız müdafiə taktikası seçmişdi. Mən də elə düşünürəm ki, bu cür oyunda müdafiədən başqa taktika seçmək doğru olmazdı. Çünki rəqib güclüdür, həm də səfərdə oynayırdıq. 84-cü dəqiqəyə kimi dayandıq, amma sona qədər bacarmadıq.
- Penalti epizodu ilə bağlı nə deyə bilərsiniz?
- Məncə, hakim penaltini verməyə bilərdi.
- Penalti yox idi, yoxsa necə?
- İstəsə verməyə bilərdi. Məncə, oyun Bakıda olsaydı, hakim o penaltini verməyəcəkdi. O ki qaldı olub-olmamağına, son anda rəqibin futbolçusunun ayağı cərimə meydançasında idi. Yani bu mənada hakimin onbirmetrlik nöqtəni göstərməsi başadüşüləndi. Ancaq yenə deyirəm, hakim istəsəydi, penaltini verməyə bilərdi.
- Maraqlıdır ki, mediadan fərqli olaraq, mütəxəssislərimiz millimizin əzmkar oyunundan, yaxşı müdafiə olunmasından danışır. Axı futbol adına heç nə oynamırıq. Sizin, statistik göstəricilərdən xəbəriniz var?
- Bəli, var baxmışam və bilirəm ki, ruslar oyunboyu bizdən qat-qat üstün olublar. Qapıya daha çox zərbə endiriblər.
- Statistik göstəricilərə görə, oyun ərzində Rusiya millisi qapı istiqamətinə 18 zərbə vurub, onun da 12-i çərçivəyə gedib. Bizim futbolçular isə qapı istiqamətinə 2 zərbə vurub, onun da heç biri çərçivəyə getməyib. 90 dəqiqə ərzində çərçivəyə bir zərbə belə vura bilməyən milli nə dərəcədə tərifəlayiqdi?
- Mən sizi başa düşürəm və sözlərinizlə də razıyam. Siz demək istəyirsiniz ki, bu qədər müdafiə olunmaq olmaz, arada əks-hücumlara da çıxmaq lazımdır. Biz bütünlüklə müdafiə olunduğumuzdan və hücuma çıxmadığımızdan qapıya zərbə də vura bilmirdik. Ancaq yenə deyirəm, kim olur olsun, Rusiya, Portuqaliya kimi komandalara qarşı müdafiədən oynamalısan.
- Müdafiədən oynamalısan, ancaq müdafiədə “oturmamalısan”. Şimali İrlandiya da səfərdə oyunu müdafiədən qurdu, amma əks-hücumlara da çıxdığından Portuqaliyadan xal gətirdi...
- Razıyam, müdafiədə bu qədər “oturmaq” olmaz.
- Millinin heyətinin yarısı legionerlərdən qurulmuşdu. Buna münasibətiniz?
- Mən həmişə demişəm ki, millidə yerli futbolçular oynamalıdır. Nə bilim, bəlkə də futbolçu çatmır, ona görə legioner dəvət edirlər. Ancaq mən düşünürəm ki, kifayət qədər yerli futbolçu var ki, millidə oynayan legionerlərdən zəif olmasa da, kənarda qalıblar.
Anar XANLAROV
Yeni baş məşqçinin “Qəbələ”də işə başlayacağı tarix bilindi
Misli Premyer Liqasında 6-cı turun hakimləri müəyyənləşdi
“Beşiktaş” - “Marsel” matçının heyətləri açıqlandı
Oyun yarımçıq dayandırıldı, sabah davamı olacaq
İngiltərə İnfantinodan araşdırma tələb etdi
CAF prezidentindən kuboka ev sahibliyi ilə bağlı qəti mövqe
Şamaxıda vurulan 5 qol - Video
İspaniya Superkuboku Türkiyədə keçiriləcək
“Barselona”nın qapıçısı sıradan çıxdı
Azərbaycan millisinin rəqibləri bilindi
2-ci liqada 6 oyunun saatı məlum oldu
“Şahdağ Qusar” liderliyə yüksəldi
AFFA bu futbolçuları cəzalandırdı
Mbappe: “Qızıl top” “Real”a qayıtmalıdır
"Kəpəz" 15 yaşlı futbolçu ilə peşəkar müqavilə imzaladı
"Barselona" tarixinin ən yaxşı startı
Todd Boeli “Çelsi”dən ayrıldı - Klubda rəhbərlik dəyişdi
“Bavariya”nın Keyn planları
"Trabzonspor"un yeni baş məşqçisi açıqlandı
Rafinya: "Flikə həmişə minnətdaram"
“Liverpul” “Çelsi”yə rəqib oldu
Bugünkü oyunları yayımlayacaq kanallar
Azərbaycan kubokunun finalı bu stadionda olacaq
Klopp Almaniya millisinin heyətini açıqladı
“Mançester Yunayted” 49 il sonra bu uğursuzluğu təkrarladı
Millimizin rəqibinin heyəti açıqlandı - 16 legioner var
Kamilo Duran ilk dəfə Kolumbiya millisinə çağırıldı
Messi 49-cu titulunu qazandı
"Barselona" - "Rasinq" oyunundakı 9 qol - Video
Məşhur futbolçu milli ilə vidalaşdı
Stadionu su basdı, La Liqa oyunu təxirə salındı - Şəkillər
"Milan"dan məğlubiyyət, "Bayer"dən qələbə
Renat oynadı, komandası kubokla vidalaşdı
Elvin Camalov “Qəbələ”yə qayıtdı - Rəsmi
“Trabzonspor”u çalışdıra bilər
Premyer Liqa tarixinə düşdülər
Alvaresin qol həsrəti davam edir
Azərbaycan boksçularının ilk rəqibləri bəlli oldu
"Karvan-Yevlax"ın qələbəsindən - Video
Ronaldo “Əl-Nəsr”dən gedə bilər
“Qəbələ”dən 1-ci liqa klubuna keçdi
Yamal Flikə müraciət etdi
Bəhlul Mustafazadə yenidən əməliyyat olundu
“Karvan-Yevlax” liderliyə yüksəldi
“İstəyirəm daha çox kubok qaldırım” - Emin Mahmudov
"Sumqayıt"ın əsas kapitanı seçildi
“Kəpəz” bəyanat yaydı