AZAL klubunun brazilyalı hücumçusu Franko Nildonu cari Azərbaycan Premyer Liqasının tapıntısı da adlandırmaq olar. O, xüsusilə “Qarabağ”a 6:2 hesabı ilə qalib gəldikləri oyunda vurduğu dörd qolla yadda qalıb.
Nildo Qol.Az saytına müsahibəsində Azərbaycana gəlişinin tarixçəsindən, ölkəmizdə futbolu durumundan və s. danışır.
- AZAL-a transferin necə baş tutdu?
- Komandamızın baş məşqçisi Vaqif Sadıqov mənim oyunlarımın videoyazısını izləyib bəyənmişdi. Menecerimlə əlaqə saxlayıb dəvət etdi. Komandaya yaradılaş şərait və şərtlər məni qane etdiyindən razılıq AZAL-da oynamağa başladım.
- Bura gələnə qədər Azərbaycan haqda nə kimi məlumatın vardı?
- Düzü, heç bir məlumatım yox idi. Ancaq Polşa çempionatında çıxış etdiyim vaxtda orada vaxtilə Azərbaycan çempionatında çıxış etmiş dostlarımdan məlumat aldım. Onlar sizin ölkənizi və çempionatın səviyyəsinin yaxşı olduğunu, həmçinin futbolçulara yaxşı pul verildiyini bildirdilər. Ona görə dəvəti qəbul etdim.
- İlk gəldiyin vaxt Azərbaycan, Bakı barəsində təəssüratların necə oldu?
- Çox yaxşı ölkəniz var. Bakı da yaxşı şəhərdi, ancaq yollarınızda tıxacların çox olduğunu söyləyə bilərəm (gülür).
- Bəs insanlarımızın sənə münasibətlərindən razısan?
- Ölkənizə gəldiyim ilk gündən heç kimlə problemim olmayıb. Burada hər kəs mənimlə ünsiyyət qurmağa, çətinliyim olanda kömək etməyə çalışır. Burdan əvvəl yaşadığım Polşa ilə müqayisədə sizin insanlar yaxşı mənada çox fərqlidir. Polşalılar bir az irqçi xalqdır.
- Yeməklərimizə öyrəşə bilirsən?
- Bəzi yeməkləriniz Brazilya yeməklərinə çox oxşayır. Əsasən də düyü ilə olan yeməkləriniz. Ümumiyyətlə, mənim mətbəxlə bağlı problemim yoxdur.
- Azərbaycan dilində sözləri başa düşürsən?
- Çox yox. Amma “necəsən”, “yaxşı”, “sağ ol” kimi rahat sözləri başa düşürəm. Sizin dilinizi öyrənməyi çox istəyirəm. Polşada oynadığıma görə az da olsa rus dilini başa düşürəm. Komandamızda rus dilindən çox istifadə olunduğundan daha da çox öyrənirəm.
- Bizim çempionatda çıxış edən hansı futbolçularla dostluq edirsən?
- Öz komandamda Junior, “Qarabağ”dan Riçard Almeyda, həmçinin “Neftçi”də oynayan Brunno Bertuçi ilə yaxşı münasibətlərim var.
- Bakıda ailənlə birlikdə yaşayırsıan?
- Hazırda burada tək qalıram. Ancaq növbəti il ailəmi yanıma gətirəcəyəm.
- Deməli, ölkəmizdə hələ uzun müddət oynamaq fikrin var?
- Hazırda bu haqda heç bir söz deyə bilmərəm. Müqaviləm başa çatana kimi burdayam. Əgər sonra yenidən təklif olsa, niyə də Azərbaycanda qalmayım?
- Sənin Azərbaycan millisinə dəvət olunmağını istəyənlər də var. Belə bir təklif gəlsə, necə qarşılayarsan?
- Çox xoşbəxt olaram. Mənim zəhmətimi qiymətləndirib buna layiq bilən insanlara minnətdarlğımı bildirirəm. Əslində Azərbaycan millisində oynamaq mənim üçün çox yaxşı olar. Brazilya yığmasında oynamaq şənsım demək olar ki, yoxdur. Mənim mövqeyimdə oynayan çox böyük futbolçular var. Brazilya yığmasına düşmək hər futbolçuya nəsib olmur. Ancaq mən bu haqda heç vaxt fikirləşməmişəm. İndi də fikirləşmirəm. Mənim tək fikirləşdiyim öz klubumdakı oyunumdur.
- Kumirin kimdir?
- Braziliyalı Ronaldo və fransalı Tyerri Anri
- Azərbaycan çempionatını Brazilyanın hansı seriyasıyla müqayisə edə bilərsən?
- Sözsüz ki, A seriyası Azərbaycan çempionatından çox yüksəkdi. Orda çox səviyyəli futbolçular çıxış edir. Azərbaycanda isə daha çox komanda oyununa üstünlük verilir. Ona görə fərdi keyfiyyətlərinə görə seçilən futbolçularə çox deyil. Bu mənada, Azərbaycan Premyer Liqasını Braziliyanın B seriyası ilə eyni saymaq olar.
- Hazırda yeddi qolla çempionatımızda bombardirlər sırasındasan. Səni bu ilin tapıntısı sayanlar da var.
- Mən hücumçuyam, işim qol vurmaqdır. Özüm də daha çox qol vurmaq istiyirəm. Başqa komandalarda da yaxşı hücumçular oynayır. Hər gün öz üzərimdə işləyirəm. Çalışıram ki, daha yaxşı oyun nümayiş etdirim.
- Bombardirlik yarışında özünə daha çox hansı futbolçunu rəqib hesab edirsən?
- “Xəzər Lənkəran”dan Branimir Sübaşiç, “Qəbələ”də Dodo, “Bakı”dan isə Parksı qeyd edə bilərəm.
- Növbəti turda “Turan”la səfər oyununuz var. Həmin görüş barəsində nə deyə bilərsən?
- Hazırda “Turan” turnir cədvəlində aşağı yerlərdədir. Amma buna baxmayaraq, yaxşı komandadır. Onlarla oynamaq bizə çətin olacaq. İlk dəqiqələrdən oyuna nəzarət edə bilsək, qalib gələrik.
Şükür CAVAD
Yeni baş məşqçinin “Qəbələ”də işə başlayacağı tarix bilindi
Misli Premyer Liqasında 6-cı turun hakimləri müəyyənləşdi
“Beşiktaş” - “Marsel” matçının heyətləri açıqlandı
Oyun yarımçıq dayandırıldı, sabah davamı olacaq
İngiltərə İnfantinodan araşdırma tələb etdi
CAF prezidentindən kuboka ev sahibliyi ilə bağlı qəti mövqe
Şamaxıda vurulan 5 qol - Video
İspaniya Superkuboku Türkiyədə keçiriləcək
“Barselona”nın qapıçısı sıradan çıxdı
Azərbaycan millisinin rəqibləri bilindi
2-ci liqada 6 oyunun saatı məlum oldu
“Şahdağ Qusar” liderliyə yüksəldi
AFFA bu futbolçuları cəzalandırdı
Mbappe: “Qızıl top” “Real”a qayıtmalıdır
"Kəpəz" 15 yaşlı futbolçu ilə peşəkar müqavilə imzaladı
"Barselona" tarixinin ən yaxşı startı
Todd Boeli “Çelsi”dən ayrıldı - Klubda rəhbərlik dəyişdi
“Bavariya”nın Keyn planları
"Trabzonspor"un yeni baş məşqçisi açıqlandı
Rafinya: "Flikə həmişə minnətdaram"
“Liverpul” “Çelsi”yə rəqib oldu
Bugünkü oyunları yayımlayacaq kanallar
Azərbaycan kubokunun finalı bu stadionda olacaq
Klopp Almaniya millisinin heyətini açıqladı
“Mançester Yunayted” 49 il sonra bu uğursuzluğu təkrarladı
Millimizin rəqibinin heyəti açıqlandı - 16 legioner var
Kamilo Duran ilk dəfə Kolumbiya millisinə çağırıldı
Messi 49-cu titulunu qazandı
"Barselona" - "Rasinq" oyunundakı 9 qol - Video
Məşhur futbolçu milli ilə vidalaşdı
Stadionu su basdı, La Liqa oyunu təxirə salındı - Şəkillər
"Milan"dan məğlubiyyət, "Bayer"dən qələbə
Renat oynadı, komandası kubokla vidalaşdı
Elvin Camalov “Qəbələ”yə qayıtdı - Rəsmi
“Trabzonspor”u çalışdıra bilər
Premyer Liqa tarixinə düşdülər
Alvaresin qol həsrəti davam edir
Azərbaycan boksçularının ilk rəqibləri bəlli oldu
"Karvan-Yevlax"ın qələbəsindən - Video
Ronaldo “Əl-Nəsr”dən gedə bilər
“Qəbələ”dən 1-ci liqa klubuna keçdi
Yamal Flikə müraciət etdi
Bəhlul Mustafazadə yenidən əməliyyat olundu
“Karvan-Yevlax” liderliyə yüksəldi
“İstəyirəm daha çox kubok qaldırım” - Emin Mahmudov
"Sumqayıt"ın əsas kapitanı seçildi
“Kəpəz” bəyanat yaydı