Milli komandamızın hücumçusu Vuqar Nadirovun Qol.Az saytına müsahibəsi
- DÇ-2014-ün Rusiya millisinə qarşı keçirdiyimiz oyunla bağlı fikirlərini bilmək istərdik.
- Bu oyun maraqlı olmaqla yanaşı, çox gərgin keçdi. Təəssüf ki, görüşü yaxşı nəticəylə başa vura bilmədik. Son dəqiqələrdə qapımıza vurulan qol xal qazanmaq imkanımızın üstündən xətt çəkdi.
- Görüşün ilk dəqiqələrinə çox yaxşı başlasanız da, sonradan komandanın oyunu alınmırdı. Buna səbəb nə idi?
- İlk dəqiqələrdə rusların qapısına qol vurmaq imkanımız oldu. Əgər bunu edə bilsəydik, rəqib şoka düşəcəkdi. Onlar özlərinə gələnə kimi oyun əldən gedəcəkdi. Lakin bunu edə bilmədiyimizdən rəqib təzyiqi daha da artırıb bizi qapımıza doğru sıxışdırdı. Düzdü, istəyirdik ki, kompakt oyuna üstünlük verək. Çünki bir-birimizə sıx oynadıqca, rəqibə real təhlükə yaratmağa imkan vermirdik. İkinci hisssədə isə daha çox hücum etməyi planlaşdırmışdıq. Amma alınmadı. Əgər hücum etsəydik, daha yaxşı olardı. Onda istər-istəməz ruslarda müdafiəyə daha diqqət yetirəcəkdilər. Biz müdafiə olmaqla onlara hücum etmək üçün daha çox şans verdik.
- Öz çıxışınla bağlı nə deyə bilərsən? Oyunundan razı qaldın?
- Mən özümü tərifləmək istəmirəm. Lakin düşünürəm ki, oyuna pis başlamamışdım. Artıq oyunun tempini də tutmaq istəyirdim. Hiss olunurdu ki, oyunum yavaş-yavaş alınır. Amma belə tez əvəzlənəcəyimi gözləmirdim. Bu, məşqçinin qərarıdır və buna hörmətlə yanaşmalıyıq.
- Bəs niyə Foqts səni meydandan çıxardı?
- Ola bilsin ki, aktivimdə sarı vərəqə olduğu üçün belə etdi. Yəqin düşündü ki, bir az sərt oynayaraq ikinci sarı vərəqəni də ala bilərəm. Azlıqda qalsaq, bizim üçün daha çətin olardı.
- Son dəqiqələrdə makedoniyalı baş hakim qapımıza təyin etdiyi penalti haqda nə deyə bilərsən?
- Rusiya yığmasının bir neçə futbolçusu və jurnalistləri də etiraf etdi ki, həmin epizodda penaltii yox idi. Fikrimcə, hakim ruslara köməklik edirdi. Çünki oyun başlayan kimi iki futbolçumuza sarı vərəqə göstərdi. Bundan sonra da komandada sınma baş verdi. Həmin oyunçular meydanda daha ürəkli və sərt mübarizə apara bilmədilər. Matçın son dəqqələrində qol buraxmağımız bizi çox məyus etmişdi. Bu qədər əziyyətimiz bir hakim səhvinin badına getdi.
Əli HƏYATİ
Yeni baş məşqçinin “Qəbələ”də işə başlayacağı tarix bilindi
Misli Premyer Liqasında 6-cı turun hakimləri müəyyənləşdi
“Beşiktaş” - “Marsel” matçının heyətləri açıqlandı
Oyun yarımçıq dayandırıldı, sabah davamı olacaq
İngiltərə İnfantinodan araşdırma tələb etdi
CAF prezidentindən kuboka ev sahibliyi ilə bağlı qəti mövqe
Şamaxıda vurulan 5 qol - Video
İspaniya Superkuboku Türkiyədə keçiriləcək
“Barselona”nın qapıçısı sıradan çıxdı
Azərbaycan millisinin rəqibləri bilindi
2-ci liqada 6 oyunun saatı məlum oldu
“Şahdağ Qusar” liderliyə yüksəldi
AFFA bu futbolçuları cəzalandırdı
Mbappe: “Qızıl top” “Real”a qayıtmalıdır
"Kəpəz" 15 yaşlı futbolçu ilə peşəkar müqavilə imzaladı
"Barselona" tarixinin ən yaxşı startı
Todd Boeli “Çelsi”dən ayrıldı - Klubda rəhbərlik dəyişdi
“Bavariya”nın Keyn planları
"Trabzonspor"un yeni baş məşqçisi açıqlandı
Rafinya: "Flikə həmişə minnətdaram"
“Liverpul” “Çelsi”yə rəqib oldu
Bugünkü oyunları yayımlayacaq kanallar
Azərbaycan kubokunun finalı bu stadionda olacaq
Klopp Almaniya millisinin heyətini açıqladı
“Mançester Yunayted” 49 il sonra bu uğursuzluğu təkrarladı
Millimizin rəqibinin heyəti açıqlandı - 16 legioner var
Kamilo Duran ilk dəfə Kolumbiya millisinə çağırıldı
Messi 49-cu titulunu qazandı
"Barselona" - "Rasinq" oyunundakı 9 qol - Video
Məşhur futbolçu milli ilə vidalaşdı
Stadionu su basdı, La Liqa oyunu təxirə salındı - Şəkillər
"Milan"dan məğlubiyyət, "Bayer"dən qələbə
Renat oynadı, komandası kubokla vidalaşdı
Elvin Camalov “Qəbələ”yə qayıtdı - Rəsmi
“Trabzonspor”u çalışdıra bilər
Premyer Liqa tarixinə düşdülər
Alvaresin qol həsrəti davam edir
Azərbaycan boksçularının ilk rəqibləri bəlli oldu
"Karvan-Yevlax"ın qələbəsindən - Video
Ronaldo “Əl-Nəsr”dən gedə bilər
“Qəbələ”dən 1-ci liqa klubuna keçdi
Yamal Flikə müraciət etdi
Bəhlul Mustafazadə yenidən əməliyyat olundu
“Karvan-Yevlax” liderliyə yüksəldi
“İstəyirəm daha çox kubok qaldırım” - Emin Mahmudov
"Sumqayıt"ın əsas kapitanı seçildi
“Kəpəz” bəyanat yaydı