“Qarabağ”ın yarımmüdafiəçisi Namiq Yusifov Qol.Az saytına müsahibəsində "DÇ-2014"ün seçmə mərhələsi çərçivəsində yığmamızın dünən Rusiya ilə keçirdiyi oyunu dəyərləndirib:
“BİZƏ YARADICI FUTBOLÇULAR LAZIMDIR”
- Əvvəlcə oyunla bağlı fikirlərini bilmək istərdik...
- Görüşü televiziya vastəsiylə izlədim. Millimiz pis təsir bağışlamadı. Amma bir məsələ var: Rusiya Almaniya, İspaniya kimi komanda deyil ki, biz onlarla görüşdə tamamilə arxada oturaq. Bu komandayla oynamaq olardı.
- Azarkeşlər elə düşünürdülər ki, Portuqaliyaya qarşı oynadığımız qorxaq futbolu ruslarla görüşdə də təkrarlayacağıq. Ancaq millimizdən ilk dəqiqədən fərqli oyun gördük...
- Məncə, taktika eyni idi. Sadəcə, ruslar var gücləri ilə oynamadılar. Ona görə də hardasa bizə oynamağa imkan yaratdılar. Bu gün orta sahədə bizim oyun qurucusu yox dərəcəsindədi. Bizim milli komandamızda Ronaldo, Nani yoxdur ki, topu götürüb təkbaşına hücuma keçsin. Biz ancaq komanda oyunu hesabına nəsə edə bilərik. Onu da edə biləcək yaradıcı futbolçular lazımdır.
- Belə futbolçular olmadığına görə millimiz çox tənqid olunur. Bu cür oyunçuların yoxluğunun səbəbini nədə görürsən?
- Yəqin baş məşqçi tələb etmir. Bu sistemlə oynamır. Ümumiyyətlə, futbolçu əsgər kimidir. Məşqçi nə tələb edirsə, onu da yerinə yetirir. Futbolçu da fikirləşir ki, onun verdiyi tapşırığı yerinə yetirim, sonra da yenə milliyə dəvət alıb. Bizim millimizdə belə bir sistem var. “Qarabağ”da belədir ki, Qurban müəllim bizdən sözün həqiqi mənasında baxımlı futbol tələb edir. Düzdür, nəticəyə də oynamaq olar. Amma baxır nə vaxt. Matçın sonlarına yaxın hesabda öndə olanda nəticəni qorumaq üçün hardasa baxımsız oyun oynamaya bilərsən. Bu, normaldır. Amma oyun başlayandan otur müdafiədə ki, qol buraxmayım, yaxud minimal hesabla uduzum, bu artıq yaxşı hal deyil. Bunu artıq baş məşqçi tələb edir. Hətta ruslarla oyundan öncə Foqts demişdi ki, bərabərə qalmaq və minimal hesabla uduzmaq onlar üçün uğurlu nəticə sayılacaq.
“RUSİYA MİLLİSİNİ ÇOX ŞİŞİRTMƏK LAZIM DEYİL”
- Rusların bizə qarşı heç də yaxşı oynadığını söyləmək olmaz. Səncə, onların zəif oynamasına görüşə arxayın çıxmaları səbəb oldu, yoxsa biz onlara imkan vermədik?
- Deməzdim onların oyunu arxayınlığa görə alınmadı. Sadəcə, Rusiya millisi indi nəticəyə oynayan komandadı. Hiddinkin, Advokatın vaxtında onlar hücumameyilli, baxımlı futbol oynayırdılar. Amma Kapellonun oynatdığı futbol daha çox müdafiəyə meyillidır. Bu mənada, hazırda ruslar üçün əsas qələbə qazanmaqdır. Onlar üçün hesabın elə də önəmi yoxdur. Rusiya millisini çox şişirtmək də lazım deyil. Avropanın ortabab komandasıdır. Futbolçuları əsasən yerli çempionatda çıxış edir.
- Azərbaycan millisinin heyətində legioner futbolçuların çoxluğu haqda fikirlərin necədir?
- Legionerlər dünyanın əksər milli komandalarında var. Ancaq istər klubda, istərsə də millidə oynayan əcnəbilər yerli futbolçulardan ən azı ikiqat üstün olmalıdır. Yox, əgər həmin əcnəbi sənin yerli futbolçundan seçilmirsə, onu oynatmağın nə mənası var? Bu gün millimizdə oynayan legionerlərdən hansı yerli futbolçularımızdan oyununa görə üstündür?! Heç biri.
“FOQTSUN MƏNDƏN XOŞU GƏLMİR”
- Bir dəfə millinin hazırlıq prosesinı çağırılsan da, sonradan Foqts sənə dəvət göndərmədi.
- Təbii ki, hər bir yerli futbolçu kimi mənim üçün də millidə oynamaq şərəf olardı. Hələ özümü qoyuram bir kənara. Əlbəttə, mənə çox pis təsir edir ki, güclü yerli futbolçularımız ola-ola, bizdən zəif olan legionerləri komandaya gətirirlər. Fotqsun mənə bundan sonra şans verəcəyinə inanmıram. Çempionatın əksər oyunlarını baş məşqçinin köməkçiləri izləyir. Yəqin mən Foqtsun oyun strategiyasına uyğun gəlmirəm. Başqa heç bir problem yoxdur. Mənə qarşı heç bir şəxsi qərəzliyi olmayıb. Artıq məndə belə bir fikir formalaşıb ki, o insanın bir futbolçu kimi məndən xoşu gəlmir. Xala xətrin qalmasın deyə, məni dəvət etdi. Mən millidə bir oyun yox, davamlı oynamaq istəyirəm. Sadəcə, Foqts ilin çox hissəsini ölkəmizdə olmadığına görə çempionat oyunlarını izləmir. Qeyd etdiyim ki, oyunlara əsasən onun köməkçiləri baxır. Ola bilsin kimsə desin ki, filan oyunçunu dəvət elə, o da bir dəfə bunu edir. Sonra gedib ordan-burdan legionerləri tapıb gətirir. Bu insanın fikrində odur ki, bizim çempionat çox aşağı səviyyədədir. Bizim yerli məşqçilər işləyə bilmir, futbolçularımız tənbəldir və s. Halbuki heç xəbəri yoxdur ki, “Qarabağ”da biz futbolçular gündə iki dəfə məşq edirik.
"ƏCNƏBİLƏR ARASINDA AZƏRBAYCAN FUTBOLUNA SXADADZEDƏN ÇOX XEYİR VERƏN OLMAYIB"
- Sözlərindən belə çıxır ki, Foqts bizim futbol adamlarına hörmət etmir.
- O, Azərbaycan futboluna və futbolçularına yuxarıdan aşağı baxır. Mən həmişə demişəm, bu gün də sözümün üstündə dururam ki, əcnəbi məşqçilər arasında Azərbaycan futboluna “İnter”in baş məşqçisi Kaxaber Sxadadzedən başqa xeyir verən olmayıb. Onun özünü yaxşı tərəfdən göstərməsinə gürcü futbolunun bizim futbola oxşarlığı ilə bağlıdı. Mentalitet baxımından Sxaxadze bizim futbolçuları başa düşür. Amma almanlar bizi başa düşə bilmızlər. Xatırlayırsınızsa, Foqtsun həmyerlisi Gede gəlib “Neftçi”ni pis günə qoymuşdu. Komanda 6-7-ci yerdən o tərəfə gedə bilmirdi. İki ildi “Neftçi”də yerli məşqçilər çalışır. İndi komanda Avroliqanın qrupunda oynayır.
- Foqts Azərbaycan millisini 2016-cı ildə keçiriləcək Avropa çempionatının qrup mərhələsinə vəsiqə qazanacağını bildirir. Sən bunu nə dərəcədə reyal qəbul edirən?
- 2016-cı ilə hələ çox var. Sabah nə olacağını bilmək olmur. Foqtsun indi necə yaşı var?
- 62.
- Həmin vaxtda 66 yaşı olacaq. Nə bilim, bəlkə artıq o vaxta qədər təcrübəsi artar. Yəqin Foqts indi, bu yaşında təcrübə yığır.
Şükür CAVAD
Yeni baş məşqçinin “Qəbələ”də işə başlayacağı tarix bilindi
Misli Premyer Liqasında 6-cı turun hakimləri müəyyənləşdi
“Beşiktaş” - “Marsel” matçının heyətləri açıqlandı
Oyun yarımçıq dayandırıldı, sabah davamı olacaq
İngiltərə İnfantinodan araşdırma tələb etdi
CAF prezidentindən kuboka ev sahibliyi ilə bağlı qəti mövqe
Şamaxıda vurulan 5 qol - Video
İspaniya Superkuboku Türkiyədə keçiriləcək
“Barselona”nın qapıçısı sıradan çıxdı
Azərbaycan millisinin rəqibləri bilindi
2-ci liqada 6 oyunun saatı məlum oldu
“Şahdağ Qusar” liderliyə yüksəldi
AFFA bu futbolçuları cəzalandırdı
Mbappe: “Qızıl top” “Real”a qayıtmalıdır
"Kəpəz" 15 yaşlı futbolçu ilə peşəkar müqavilə imzaladı
"Barselona" tarixinin ən yaxşı startı
Todd Boeli “Çelsi”dən ayrıldı - Klubda rəhbərlik dəyişdi
“Bavariya”nın Keyn planları
"Trabzonspor"un yeni baş məşqçisi açıqlandı
Rafinya: "Flikə həmişə minnətdaram"
“Liverpul” “Çelsi”yə rəqib oldu
Bugünkü oyunları yayımlayacaq kanallar
Azərbaycan kubokunun finalı bu stadionda olacaq
Klopp Almaniya millisinin heyətini açıqladı
“Mançester Yunayted” 49 il sonra bu uğursuzluğu təkrarladı
Millimizin rəqibinin heyəti açıqlandı - 16 legioner var
Kamilo Duran ilk dəfə Kolumbiya millisinə çağırıldı
Messi 49-cu titulunu qazandı
"Barselona" - "Rasinq" oyunundakı 9 qol - Video
Məşhur futbolçu milli ilə vidalaşdı
Stadionu su basdı, La Liqa oyunu təxirə salındı - Şəkillər
"Milan"dan məğlubiyyət, "Bayer"dən qələbə
Renat oynadı, komandası kubokla vidalaşdı
Elvin Camalov “Qəbələ”yə qayıtdı - Rəsmi
“Trabzonspor”u çalışdıra bilər
Premyer Liqa tarixinə düşdülər
Alvaresin qol həsrəti davam edir
Azərbaycan boksçularının ilk rəqibləri bəlli oldu
"Karvan-Yevlax"ın qələbəsindən - Video
Ronaldo “Əl-Nəsr”dən gedə bilər
“Qəbələ”dən 1-ci liqa klubuna keçdi
Yamal Flikə müraciət etdi
Bəhlul Mustafazadə yenidən əməliyyat olundu
“Karvan-Yevlax” liderliyə yüksəldi
“İstəyirəm daha çox kubok qaldırım” - Emin Mahmudov
"Sumqayıt"ın əsas kapitanı seçildi
“Kəpəz” bəyanat yaydı