Bakının “İnter” klubunun makedoniyalı futbolçusu Slavço Georgievski DÇ-2014-ün seçmə qrup oyununda Rusiya-Azərbaycan matçının baş hakimi olmuş və komandamızın qapısına ədalətsiz penalti təyin etmiş həmyerlisi Aleksandr Stavrovun idarəçiliyi ilə bağlı Qol.Az-a müsahibə verib.
- Öncə Rusiya-Azərbaycan oyunu ilə bağlı qısaca fikirlərini öyrənək...
- Azərbaycan yaxşı müdafiə olundu, göstərdi ki, rəqibdən qorxmur, çəkinmir. Yəni meydançada sona qədər mübarizə apardılar. Sadəcə, problem o idi ki, komanda hücuma çıxa bilmirdi.
- Oyuna damğa vuran şəxs görüşün baş hakimi, sənin həmyerlin Aleksandr Stavrov oldu. Onun idarəçiliyini necə şərh edərdin?
- Karyeram boyu çalışmışam ki, heç vaxt hakim idarəçiliyini şərh etməyim. O da insandı, səhv edə bilər. Ancaq mən deməzdim ki, Stavrov dünən ruslara kömək edirdi və penaltini də bu səbəbdən təyin etdi. Xeyr, sadəcə, səhv idi etdi. Dünyanın ən məşhur hakimləri də səhv edir.
- Səhv deyəndə ki, principcə qayda pozuntusu var idi, amma bu, axı cərimə meydançasının kənarında idi...
- Bəli, bu barədə sizinlə razıyam. Mən özüm də epizoda bir neçə dəfə baxdım və etiraf edim ki, qayda pozuntusu cərimə meydançasından kənarda idi.
- Necə düşünürsən, bəlkə hakim bundan öncəki epizodda penalti təyin etmədiyindən özünü sığortalamaq üçün bu addımı atdı?
- Ola bilər, mən bunu istisna eləmirəm. Bəlkə də daha öncə iki epizodda penalti nöqtəsini göstərmədiyindən son dəqiqələrdə özünü kompensassiya etdi.
- Əminsən ki, qərəzdən söhbət gedə bilməz?
- Qəti şəkildə əminəm ki, heç bir qərəzdən söhbət gedə bilməz.
- Ancaq Azərbaycan millisinin üzvü Ruslan Abışov saytımıza verdiyi müsahibəsində deyib ki, hakimin ruslara simpatiyası var idi...
- (Gülür) Ola bilsin, Ruslan emosional olduğundan bu cür düşünüb. Özünüz, fikirləşin, hansı hakim bir oyuna görə, öz karyerasını məhv edər? Təbii ki, səhv olub. Yəqin ki, UEFA-nın, FİFA-ın aidiyati qurumları bu məsələyə baxacaq və səhvi varsa, hakim cəzalanacaq. Ancaq yenə deyirəm, burada heç bir qərəzdən, simpatiyadan söhbət gedə bilməz. Əgər hakim keçmiş SSRİ-dən olsa hardasa ehtimal ola bilərd. Amma belə şeylərə də inanmıram. Ona qalsa, bizim oyunlarımızı dəfələrlə, xorvat, serb hakimlər idarə edib və hamı da elə düşünüb ki, keçmiş Yuqoslaviya respublikaları olduğundan bizə kömək edəcəklər. Amma heç bir köməklik də olmurdu.
- Şəxsən sənin, Stavrovla tanışlığın var?
- Bəli, əlbəttə ki.
- Necə hakimdi, Makedoniyada ən yaxşılardan sayılır?
- Stavrov yaxşı hakimdi, kifayət qədər də təcrübəlidir. O, “Barselona” kimi komandanın oyununu idarə edib. Sadəcə, az öncə dediyim kimi, hər insan səhv edə bilər, o cümlədən də hakim.
- Makedoniya mətbuatı hələ ki, onun idarəçiliyi ilə bağlı susur...
- Düzdür, mən də izləyirəm, hələ ki, Aleksandrın idarəçiliyi ilə bağlı informasiyaya rast gəlməmişəm. Bilirsiniz ki, dünən Makedoniya millisi Serbiyanı məğlub edib. Ona görə də hazırda Makedoniya mətbuatı daha çox bu oyundan yazır. Yəqin ki, Stavrovla da bağlı nə isə yazarlar. Şəxsən məndə elə bir məlumat olsa sizə deyərəm.
Anar XANLAROV
Yeni baş məşqçinin “Qəbələ”də işə başlayacağı tarix bilindi
Misli Premyer Liqasında 6-cı turun hakimləri müəyyənləşdi
“Beşiktaş” - “Marsel” matçının heyətləri açıqlandı
Oyun yarımçıq dayandırıldı, sabah davamı olacaq
İngiltərə İnfantinodan araşdırma tələb etdi
CAF prezidentindən kuboka ev sahibliyi ilə bağlı qəti mövqe
Şamaxıda vurulan 5 qol - Video
İspaniya Superkuboku Türkiyədə keçiriləcək
“Barselona”nın qapıçısı sıradan çıxdı
Azərbaycan millisinin rəqibləri bilindi
2-ci liqada 6 oyunun saatı məlum oldu
“Şahdağ Qusar” liderliyə yüksəldi
AFFA bu futbolçuları cəzalandırdı
Mbappe: “Qızıl top” “Real”a qayıtmalıdır
"Kəpəz" 15 yaşlı futbolçu ilə peşəkar müqavilə imzaladı
"Barselona" tarixinin ən yaxşı startı
Todd Boeli “Çelsi”dən ayrıldı - Klubda rəhbərlik dəyişdi
“Bavariya”nın Keyn planları
"Trabzonspor"un yeni baş məşqçisi açıqlandı
Rafinya: "Flikə həmişə minnətdaram"
“Liverpul” “Çelsi”yə rəqib oldu
Bugünkü oyunları yayımlayacaq kanallar
Azərbaycan kubokunun finalı bu stadionda olacaq
Klopp Almaniya millisinin heyətini açıqladı
“Mançester Yunayted” 49 il sonra bu uğursuzluğu təkrarladı
Millimizin rəqibinin heyəti açıqlandı - 16 legioner var
Kamilo Duran ilk dəfə Kolumbiya millisinə çağırıldı
Messi 49-cu titulunu qazandı
"Barselona" - "Rasinq" oyunundakı 9 qol - Video
Məşhur futbolçu milli ilə vidalaşdı
Stadionu su basdı, La Liqa oyunu təxirə salındı - Şəkillər
"Milan"dan məğlubiyyət, "Bayer"dən qələbə
Renat oynadı, komandası kubokla vidalaşdı
Elvin Camalov “Qəbələ”yə qayıtdı - Rəsmi
“Trabzonspor”u çalışdıra bilər
Premyer Liqa tarixinə düşdülər
Alvaresin qol həsrəti davam edir
Azərbaycan boksçularının ilk rəqibləri bəlli oldu
"Karvan-Yevlax"ın qələbəsindən - Video
Ronaldo “Əl-Nəsr”dən gedə bilər
“Qəbələ”dən 1-ci liqa klubuna keçdi
Yamal Flikə müraciət etdi
Bəhlul Mustafazadə yenidən əməliyyat olundu
“Karvan-Yevlax” liderliyə yüksəldi
“İstəyirəm daha çox kubok qaldırım” - Emin Mahmudov
"Sumqayıt"ın əsas kapitanı seçildi
“Kəpəz” bəyanat yaydı