Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadov Qol.Az saytına müsahibəsində "DÇ-2014"ün seçmə mərhələsi çərçivəsində millimizin dünən Rusiya ilə keçirdiyi oyununu dəyərləndirib:
- Dünən "DÇ-2014"ün seçmə mərhələsi çərçivəsində millimiz Rusiya yığmasına son dəqiqələrdə penalti zərbəsindən buraxılan qolla məğlub oldu. Bu oyun barədə nə deyərdiniz?
- Həmin matçda uşaqlar yaxşı oynadılar. Əsasən də kompakt oyuna üstünlük verdilər. Mən çox analizlər etdim ki, bizim oyunumuzda nə çatmırdı. Fikrimcə, yığmamızın orta xətti zəif təsir bağışladı. Eyni zamanda topu da özümüzdə çox saxlaya bilmirdik. Həmçinin, ötürmələrimiz düzgün alınmırdı. Ona görə də hücumçularımız bundan əziyyət çəkirdilər. Xüsusən, ikinci hissədə bu, özünü qabarıq göstərdi. Lakin komandamızda bir şey xüsusən alqışlanmalıdır. O da əzmkarlığımız idi. Müdafiə olunmağımız da xoşuma gəldi. Düzdü, heç Rusiya millisi də çoxlu sayda real qol imkanı əldə edə bilmədi. Yalnız 1-2 epizodları təhlükəli alındı.
- İlk yarının 10-15 dəqiqəsində millimiz hücum futbolu nümayiş etdirirdi. Sizcə, sonradan nə baş verdi ki, rəqibdən çəkinərək geri oturdular?
- Bəli, doğrudan da komandamız oyuna çox əla başlamışdı. Hətta həmin dəqiqələr ərzində dörd dəfə künc zərbəsi yerinə yetirdik. Lakin sonradan elə bil bunlara kimsə dedi ki, geri oturun. Sanki kimsə onları müdafiədə oturmağı tapşırdı. Elə bil ilk 15 dəqiqədəki hücum edərək rəqibi qapısına sıxışdıran millimiz deyildi. Bir sözlə, başlanğıc oyunun davamı olmadı. Bütün bunlar baş məşqçi və məşqçilər korpusunun səlahiyyətlərinə aiddir. Buna onlar cavab verməlidirlər ki, niyə davamı gəlmədi. Bunu yaxşıca analiz etməlidirlər. Əgər orta xəttlə hücum arasında əlaqəmiz yaxşı olsaydı, topu saxlaya bilsəydik, ruslara məğlub olmayacaqdıq.
- Necə düşünürsünüz, yığmamız hansı göstəricilərdə ruslara uduzurdu?
- Əsasən top saxlamaq və mərkəzdəki oyunu ilə rəqibə uduzurduq. Bilirsiniz, biz cənub insanlarıyıq. Ona görə də topla daha yaxşı işləməyi sevməliyik. Top nə qədər çox bizdə qalsa, fiziki gücümüz də kifayət qədər qalar. Topsuz qaçan futbolçu hər zaman konsentrasiyanı itirir. Baş məşqçinin verdiyi tapşırıqları da yerinə yetirə bilmir.
- Dünənki oyunda zəif təsir bağışlayan futbolçulardan biri Əli Gökdəmir idi. Siz bu futbolçunun çıxışını necə dəyərləndirirsiniz?
- Mən bu futbolçunun millidə iki oyununu görmüşəm. Həmin oyunlarda olduğu kimi, Rusiya ilə qarşılaşmada da çox zəif təsir bağışladı. Onu Foqts orta xəttdə oynadırdı. Lakin öhdəsindən gələ bilmədi. Ümumiyyətlə, başa düşülmədi ki, bu futbolçu topla olan zaman nə etmək istəyir. Nə etdiyini, hansı mövqeyi bağladığı mənim üçün qaranlıq qaldı.
- Bundan əlavə məhz Gökdəmirin səhvindən sonra qapımıza penalti zərbəsi təyin olundu...
- Birincisi, cərimə meydançasının kənarında belə riskli addım atmamalıydı. Dahi məşqçilər yetirmələrinə bu mövqedə rəqibinin ayağına oynamağı qadağan edirlər. Çünki həmin zaman ayağın topa deyil, rəqibin ayağına toxuna bilər. Həmçinin hakimlər belə epizodlarda tez-tez kobud səhvlərə yol verirlər və dərhal 11 metrlik nöqtəni göstərirlər. İndiki gənc futbolçular nədənsə, buna daha çox üstünlük verirdilər.
- Sizcə, makedoniyalı hakim penalti təyin etməkdə düzgün qərar vermişdi?
- Düzünü desəm, 83-cü dəqiqədəki qayda pozuntusunda penalti yox idi. Gərək yan hakim buna müdaxilə edəydi. Lakin bundan öncəki iki epizodda futbolçularımız cərimə meydançasının içərisində qaydanı pozmuşdular. Hakimin hər iki qayda pozuntusunda fiti susdu. Gərək, düzünü danışasan. Yəni iki penalti epizodunda nöqtəni göstərmədisə, son dəqiqədə olmayan penaltini verdi.
Əli HƏYATİ
Yeni baş məşqçinin “Qəbələ”də işə başlayacağı tarix bilindi
Misli Premyer Liqasında 6-cı turun hakimləri müəyyənləşdi
“Beşiktaş” - “Marsel” matçının heyətləri açıqlandı
Oyun yarımçıq dayandırıldı, sabah davamı olacaq
İngiltərə İnfantinodan araşdırma tələb etdi
CAF prezidentindən kuboka ev sahibliyi ilə bağlı qəti mövqe
Şamaxıda vurulan 5 qol - Video
İspaniya Superkuboku Türkiyədə keçiriləcək
“Barselona”nın qapıçısı sıradan çıxdı
Azərbaycan millisinin rəqibləri bilindi
2-ci liqada 6 oyunun saatı məlum oldu
“Şahdağ Qusar” liderliyə yüksəldi
AFFA bu futbolçuları cəzalandırdı
Mbappe: “Qızıl top” “Real”a qayıtmalıdır
"Kəpəz" 15 yaşlı futbolçu ilə peşəkar müqavilə imzaladı
"Barselona" tarixinin ən yaxşı startı
Todd Boeli “Çelsi”dən ayrıldı - Klubda rəhbərlik dəyişdi
“Bavariya”nın Keyn planları
"Trabzonspor"un yeni baş məşqçisi açıqlandı
Rafinya: "Flikə həmişə minnətdaram"
“Liverpul” “Çelsi”yə rəqib oldu
Bugünkü oyunları yayımlayacaq kanallar
Azərbaycan kubokunun finalı bu stadionda olacaq
Klopp Almaniya millisinin heyətini açıqladı
“Mançester Yunayted” 49 il sonra bu uğursuzluğu təkrarladı
Millimizin rəqibinin heyəti açıqlandı - 16 legioner var
Kamilo Duran ilk dəfə Kolumbiya millisinə çağırıldı
Messi 49-cu titulunu qazandı
"Barselona" - "Rasinq" oyunundakı 9 qol - Video
Məşhur futbolçu milli ilə vidalaşdı
Stadionu su basdı, La Liqa oyunu təxirə salındı - Şəkillər
"Milan"dan məğlubiyyət, "Bayer"dən qələbə
Renat oynadı, komandası kubokla vidalaşdı
Elvin Camalov “Qəbələ”yə qayıtdı - Rəsmi
“Trabzonspor”u çalışdıra bilər
Premyer Liqa tarixinə düşdülər
Alvaresin qol həsrəti davam edir
Azərbaycan boksçularının ilk rəqibləri bəlli oldu
"Karvan-Yevlax"ın qələbəsindən - Video
Ronaldo “Əl-Nəsr”dən gedə bilər
“Qəbələ”dən 1-ci liqa klubuna keçdi
Yamal Flikə müraciət etdi
Bəhlul Mustafazadə yenidən əməliyyat olundu
“Karvan-Yevlax” liderliyə yüksəldi
“İstəyirəm daha çox kubok qaldırım” - Emin Mahmudov
"Sumqayıt"ın əsas kapitanı seçildi
“Kəpəz” bəyanat yaydı